Yanase (avtomobil dileri)
Yanase & Co., Ltd. (Yaponca株式会社ヤナセ) — yeni və işlənmiş Avropa və Şimali Amerika avtonəqliyyat vasitələrinin Yaponiyada pərakəndə satış dileridir. 2002-ci ilə qədər Yanase Mercedes-Benz, Volkswagen, Audi, BMW, Volvo, Saab, Cadillac, Chevrolet, Chrysler, Jeep, Dodge və Smart avtonəqliyyat vasitələrinin Yaponiyada xüsusi satış hüquqlarına malik idi. İtochu group şirkətinin bir hissəsidir.
Yanasenin hal-hazırda 174 yeni və 31 işlənmiş avtomobillərin satış anbarları vardır.
Yanase şirkətinin əsası 1915-ci ildə Tokionun Hibiya rayonunda qoyulmuşdur. Şirkətin yaradıcısı yük avtomobilləri və avtobus istehsalçısı Chorato Yanase tərəfindən Mitsui Group şirkətinin tərkibində yaradılmışdır. 1920-ci illərdə şirkət ilkin olaraq General Motorsun Buick və Cadillac avtomobillərinin Yaponiyaya idxal edirdi.
Chotaro Yanase Toyoka kəndində (indiki Takasaki) 5 dekabr 1879-cu ildə anadan olmuş və 11 iyul 1956-cı ildə vəfat etmişdir. Tokio Komersiya məktəbini bitirdikdən sonra Mitsui OSK Shiping şirkətində əmək fəaliyyətinə başlamışdır.