DİRSƏKLİ

прил. тех. коленчатый. Dirsəkli ling коленчатый рычаг, dirsəkli boru коленчатая труба, dirsəkli val коленчатый вал
DİRSƏKLƏŞMƏK
DİRSƏKLİK
OBASTAN VİKİ
Dirsəkli val
Dirsəkli val bir və ya bir neçə dirsəkdən və yastıq oturdulması üçün eynioxlu boğazlardan ibarət valdır. O, çarxqollu-sürüngəc mexanziminin tərkib hissəsi kimi tətbiq olunaraq sürgü qolundan verilən itələmə hərəkətini fırlanma momentinə çevirir. Dirsəkli valların ilk tətbiqinə qədim Romadakı Hierapolis mişar dəyirmanında rast gəlinir (III əsr). Bu maşın fırlanma hərəkətini sürgü qolu və disrəkli valın köməyi ilə düzxətli hərəkətə çevirirdi. == Quruluşu == Dirsəkli valın dirsəyindəki boğazda sürüngəc oturdulur. Sürüngəcin oxu valın oxuna nisbətən sürüşdürülmüş hazırlanır. Valı gövdədə oturtmaq üçün onun uc hissələrində yastıqaltı səthlərdən ibarət boğazlar nəzərdə tutulur. Sürüngəc və valın birləşdiyi yerlərdə tətbiq olunan sürtünmə yastıqlarında yağlamanın təsirini gücləndirmək üçün dirsəkli valların xarici səthləri ilə təmas səthləri arasında deşiklər açılır. Bəzi hallarda sürüngəc valla diyirlənmə yastığı ilə birləşdirilir. Burada yastıqların təzyiq altında yağlanması məcburi deyil.
Dirsəkli (Cizrə)
Dirsəkli — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1946-cı il qeydlərində kürdmənşəli Baska və ya Baskiyan kimi istinad edilir. Əvvəllər Mardin vilayətinin Cizrə rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Cizrə rayonuna birləşdirilmişdir.

Digər lüğətlərdə