DISA

Defense Information Systems Agency ABŞ Müdafiə Nazirliyi İnformasiya Sistemləri Agentliyi
Digital signature
Disaster Recovery Plan (DRP)
OBASTAN VİKİ
Disarmonia Mundi
Disarmonia Mundi — İtaliyanın Turin şəhərində yaranan metal musiqi qrupu. == Haqqında == Qrup 2000-ci ildə Ettore Rigotti tərəfindən yaradılmışdır. 2001-ci ildə ilk studio "Nebularium" adlı albomlarını çıxartdılar,bu albomu Ettore Rigotti öz evində yazmışdır. "Nebularium" albomu Rusiyada geniş surətdə satılmağa başlandı.Daha sonra Scarlet Records şirkəti ilə müqavilə imzalıyan Disarmonia Mundi 2004-cü ildə "Fragments of D-Generation" adlı ikinci studio albomlarını buraxdı.
Disaxarid
Disaxarid (ikiqat şəkər və ya bioza) — iki monosaxaridin qlikozid rabitə ilə birləşməsindən əmələ gələn şəkər. Monosaxaridlər kimi disaxaridlər də suda həll olan sadə şəkərlərdir. Geniş yayılmış disaxaridlərə misal kimi saxaroza, laktoza və maltozanı göstərmək olar. Disaxaridlər karbohidratların dörd kimyəvi qrupundan (monosaxaridlər, disaxaridlər, oliqosaxaridlər və polisaxaridlər) biridir. Disaxaridlərin ən geniş yayılmış növlərinin — saxaroza, laktoza və maltozanın ümumi kimyəvi formulu C12 H22 O11 olub, 12 karbon atomuna malikdir. Bu disaxaridlər arasındakı fərq molekul daxilindəki atomların düzülüşü ilə əlaqədardır. Monosaxaridlərin disaxaridə birləşməsi kondensləşmə reaksiyası ilə baş verir ki, bu da su molekulunun yalnız funksional qruplardan kənarlaşdırılmasını nəzərdə tutur. Disaxaridin iki monosaxaridə parçalanması disaxaridaza adlı bir növ fermentin köməyi ilə, hidroliz yolu ilə həyata keçirilir. Daha iri şəkərin qurulması zamanı bir su molekulu kənarlaşdığından, onun parçalanması üçün bir su molekulu tələb olunur. Bu reaksiyalar maddələr mübadiləsi üçün vacibdir.