DİSFUNKSİYA

сущ. мед. дисфункция (нарушение, расстройство функции какого-л. органа или всего организма)
DİSBALANS
DİSHARMONİK
OBASTAN VİKİ
Erektil disfunksiya
Erektil disfunksiya — cinsi fəaliyyətə kifayət qədər əngəl olan, həm başlanmasında, həm də davamında qalıcı cinsi zəiflikdir. Erektil disfunksiya termini 1992-ci ildə Beynəlxalq sağlamlıq təşkilatı tərəfindən verilmişdir. O vaxta qədər bu termin impotensiya olaraq adlandırılırdı. İmpotensiya sözü insanlara psixoloji təsir etdiyi və cinsi funksiya pozğunluqlarını tam əhatə etmədiyi üçün dəyişdirildi. Cinsi əlaqə üçün lazımı qədər cinsi istəyin (həvəsin) olmaması, penisin yaxşı sərtləşməməsi və bu müddəti idarə edə bilməməsi erektil disfunksiya adlanır. Erektil disfunksiya olduğu hallarda kişi və qadını məmnun edəcək cinsi əlaqəni başlayıb və davam etdirmək üçün penis lazımı qədər sərtləşmir. Ereksiya, cinsi həyəcana cavab olaraq yaranan bir haldır. İstənilən bir cinsi həvəs, beyin, sinir, ürək, qan damarları və hormonal aktivliyin kompleks artması nəticəsində penisə gedən qanın artmasına səbəb olur, nəticədə yumuşaq halda olan penis böyüyür və sərtləşir (bərkiyir). === Səbəbləri === Sidik-cinsiyyət sisteminin və çanaq orqanlarının iltihabi xəstəlikləri (prostatit, orxoepididimit, sistit və s.) Erektil mexanizmə cavabdeh olan damarlarda arterial qanın axınının kifayət qədər olmaması Pornoqrafiya məzmunlu video görüntülər asılılıq halına gəldikdə Depressiyalar, stress, həyəcan, qorxu Bəzi preparatların qəbulu Hormonal pozğunluqlar Cinsiyyət üzvünün travmaları Onurğa sütunu travmaları Kiçik çanaq orqanlarında əməliyyatlar Şəkərli diabet Günümüzdə "erektil disfunksiya”nın psixoloji formalarınada rast gəlinir. "erektil disfunksiya”nın üzvi əsası müalicə ilə aradan qaldırılarsa da psixonevroloji xüsusiyyətlərlə bağlı çətinliklərin təsiri bəzən davam edir.
Multiorqan disfunksiya sindromu
Multiorqan disfunksiya sindromu (MODS) — iki və ya daha çox orqan və sistemdə baş verən funksional pozulmadır. Şok və ÜİS multiorqan disfunksiyasının əsas səbəbləridir. MODS-un meydana gəlməsində əsas mexanizm hüceyrə zədələnməsi və ya disfunksiyasıdır.
Oddi sfinktoru disfunksiyası
Oddi sfinktoru disfunksiyası — Oddi sfinktorunun daşla yox, üzvi (fibroz, iltihab) və ya funksional (spazm) səbəblərdən tıxanması disfunksiya adlanır. Hərçənd ki, disfunksiya ilə birlikdə daş da rastlana bilər. Oddi sfinktoru disfunksiyası (OSD) ödün və / və ya pankreas şirəsinin onikibarmaq bağırsağa axınını əngəlləyərək xolestaza, xoledox genişlənməsinə, qaraciyər zədələnməsinə, pankreatitə və öd sancısına səbəb olur.

Digər lüğətlərdə