DİVERGENSİYA

/lat. divergentio-ayrılma/ gətirmələr /çöküntülər/ axımının divergensiyası-dənizin sahil zonasında iki bir-birinə qarşı yönəlmiş gətirmələr axımı, sahilin yuyulmasına /abraziya/ səbəb olur. дивергенция divergence
DİVA
DİZYUNKTİV DİSLOKASİYALAR
OBASTAN VİKİ
Divergensiya
Divergensiya — makrotəkamüldə mühüm rol oynayan və həyat şəraitinin dəyişilməsi nəticəsində növ daxilində əlamətin ayrı-ayrı şaxələrə parçalanması. Divergensiya zamanı növlər arasında olan seçmə istiqaməti getdikcə dərinləşir. Ancaq, bununla yanaşı divergensiya edən növlərdə onların quruluşu və bəzi əlamətləri saxlanılır. Qeyd edək ki, divergensiya təkcə növ daxilində baş vermir, cins, fəsilə, dəstə və s. kimi səviyyələrdə də baş verə bilir. Misal olaraq Qalapaqos adalarında yaşayan, lakin ümumi əcdaddan olmasına baxmayaraq birbirindən morfofizioloji (məsələn, dimdiklərinə görə) xüsusiyyətlərinə görə fərqlənən birəbitdən növlərini göstərmək olar. Ən əsası ondadır ki,bu proses qohum olan növlərdə homoloji (yun. homo-eyni,bərabər) orqanların əmələ gəlməsi ilə nəticələnir.

Digər lüğətlərdə