Dilimizdə indi müstəqil işlədilməyən dir sözü olub, ondan dir-ə, dir-sə, diz (r-z əvəzlənməsi ilə bağlıdır) sözləri törəyib. Dirə və dirsə feilidir; -sə şəkilçisi adlardan arzu, istək, meyil bildirən feil əmələ gətirib (su-sa), həmin qəlib üzrə dir-sə feili, ondan isə dir-sə-k ismi yaranıb. Türk dillərində “balka” mənasında tir ismi və “подпирать” anlamında onun feil korrelyatı olub. Diz və dirsək sözləri tir ismi ilə qohum ola bilər. Başqa yozum: tuva dilində dızıla (dazıla) sözü “soyunmaq” anlamında işlədilir. Onda diz “lüt yer, ətsiz yer” kimi də başa düşülə bilər. (Tuvaca dızır“голое место” kimi açıqlanıb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)