Doğulan həşir salar, ölən - susar.*

Lit. Who is born cries, who is dead - keeps silent. Кто родится - кричит, кто умирает - молчит.
Doğruya zaval yoxdur, çəksələr min divana.
doğulmamış uşaq kimi günahsız
OBASTAN VİKİ
Salar
Salarlar — Çin Xalq Respublikasında yaşayan Türk xalqlarından biri. Sayları 104.503 nəfərdir . Salırlar Sünni müsəlmanlarıdırlar, Hənafi-Məturudi məzhəbinə aiddirlər. Salırlar öz ənənəvi yaşayış yerlərindən də başqa böyük şəhərlərdə Döngən kimi tanınan müsəlman Çinlilərlə bir arada yaşayırlar. İslam təhsili Sanlanbahai bölgəsində Jiezi kəndində Gaizi Mişit adı verilən bir mədrəsədə alırlar.
Prad-Salar
Prad-Salar (fr. Prades-Salars, oks. Pradas de Salars) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Pon-de-Salar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12188. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 283 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 168 nəfər arasında (15-64 yaş) 120 nəfər iqtisadi fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.4%, 1999-cu ildə bu 69.6%).
Salar Aslanov
Salar dili
Salarca yayğın olduğu bölgənin ətrafında olan böyük Türk dillərindən fərqli olaraq Uyğur qrupuna deyil Oğuz qrupuna aiddir. Danışılan iki ayrı ləhcəsi vardır (Ciezi və Menqda) .
Salmo salar
Atlantik qızılbalığı (lat. Salmo salar) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Ömürünün çoxunu Atlantik okeanında keçirər. Yalnız çoxalma zamanı Avropanın və Şimali Amerikanın çaylarına girər və dağların ətəklərində olan qaynaqlarına qədər köç edər. Bu səfərin sonunda cütləşib yumurtlayar və təkrar geri dönər. Amma bu köç və cütləşmə işi çox yorucudur, və köç əsnasında yemək yeməzlər. Buna görə çoxu dənizə dönə bilmədən ölər. Ayrıca şirin su da daha tez xəstəliklərə qapıla bilərlər. Dənizə dönməyə bacaranların qapdığı mikrobları dəniz suyunun duzu öldürər.
Sonuncu ölən ümidlərdir
Sonuncu ölən ümidlərdir — Varis Yolçiyevin romanı. Yazıçının ilk kitabı olan bu romanın mövzusu real həyatdan götürülüb. Son zamanların ən çox oxunan “Sonuncu ölən ümidlərdir” romanı dramatik, həm də macəra dolu bir sevgi əhvalatından bəhs edir. 1990-cı illərin sonunda “168 saat” qəzetində pero-serial janrında “Sonuncu ölən ümidlərdir” adlı, mövzusu real həyatımızdan götürülmüş bədii əsər dərc olunmağa başladı. Qısa müddət ərzində qəzetin tirajı 20 min nüsxəni haqladı, satış faizi 95-ə yüksəldi. Son dərəcə dramatik hadisələrlə, macəralarla zənginləşdirilmiş bu sevgi əhvalatı qısa vaxt kəsiyində bütün ölkədə populyarlıq qazandı. Təqdim olunan bu kitab “Sonuncu ölən ümidlərdir”in qəhrəmanlarının sonrakı taleyini özündə əks etdirən roman variantıdır.
Fəribürz ibn Salar
I Fəribürz – Şirvanşahlar dövlətinin on altıncı hökmdarı, Şirvanşah Salar ibn Yezidin oğlu. Şirvanşah Salar ibn Yeziddən sonra Şirvanda onun qanuni varisi- hələ atasının sağlığında dövlət işləri ilə məşğul olan oğlu Fəribürz ibn Salar ibn Yəzid hökmranlıq etmişdi. Fəribürzün hakimiyyəti dövründə Şirvanşahlarla qohumluq münasibətlərində olan Arran hökmdarları Şəddadilərlə bir sıra müharibələr baş verdi. H.455-ci ilin rəbiüləvvəl ayında (mart, 1063) Arran hökmdarı Şavur ibn Fəzl Şirvana hücum edərək Quylamiyan qalasını tutdu və orada öz qarnizonunu yerləşdirdi. Həmin il o, yenidən Şirvana hücum edərək ölkəni viran etdi, qoyun və mal-qara sürülərini qovub apardı. Şavur onun əleyhinə çıxan Şirvan əhalisini qırıb-çatdı, əyanlardan bir çoxunu əsir aldı və əmlaklarını qarət etdi. "Tarix-i əl-Bab" sonra xəbər verir: "Oradan hərəkət edən Şavur Yəzidiyyənin qapıları qarşısında düşərgə saldı, öz qızını – mərhum Saların arvadını (hərəmini) pulları, bütün mal və qiymətli şeyləri ilə birlikdə götürərək Arrana qayıtdı. Lakin h.455-ci ilin rəcəb ayında (iyul, 1063) o, üçüncü dəfə Şirvana gələrək Sədun kəndində dayandı, əkinləri, ətraf kənd və malikanələri yandırdı". Şirvanşah kömək istəmək üçün oğlu Əfridunu Ənuşirəvan ibn Ləşkəri ilə birlikdə ana babası olan Sərir hakiminin yanına göndərdi. Lakin Əfridun Sərir hakimindən heç bir kömək ala bilməyib üç aydan sonra əliboş geri qayıtdı.
Güzdəhəm ibn Salar
Şahzadə Güzdəhəm (Şamaxı – 1072, Şəki) — Şirvan şahzadəsi, Salar ibn Yezidin ikinci oğlu, I Fəribürzün qardaşı. Onun adı tarixdə ilk dəfə I Fəribürzün Səlcuqilərə ödəməli olduğu xəracı oğurlayıb Ləzgi ölkəsinə qaçarkən çəkilir. 1068-ci ildə Dərbəndə gəldi və əmirlərin yanında sığınacaq tapdı. O Şirvanşah olmaq istəyirdi. Şirvanşah qoşunla həmin ilin noyabrında hərəkət edərək əl-Babı tutmaq məqsədilə Rubas çayının sahilində düşərgə saldı. Xürməstan deyilən yerdə, şəhərin divarları arxasında Şirvanşahın qoşunları ilə Güzdəhəm arasında vuruşmalar oldu. Haydaq və Tüveyk əhalisi də dərbəndlilərin tərəfində vuruşurdu. Döyüşlər nəticəsində Şirvanşahın qoşunları məğlubiyyətə uğradı. Lakin əl-Bab rəislərinin rəisi Müfərric ibn Müzəffər Şirvanşahın tərəfinə keçdi. Müfərrəc dərbəndlilərin səhvindən istifadə edərək iç qalanı tutdu.
Kane-de-Salar
Kane-de-Salar (fr. Canet-de-Salars, oks. Canet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Pon-de-Salar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12050. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 410 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 230 nəfərin (15-64 yaş arasında) 165 nəfəri iqtisadi cəhətdən fəal, 65 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 71,7%, 1999-cu ildə 65.3%).
Pon-de-Salar
Pon-de-Salar (fr. Pont-de-Salars, oks. Lo Pònt de Salars) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Pon-de-Salar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12185. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 15 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 1577 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 905 nəfər (15-64 yaş arasında) arasında 692 nəfər iqtisadi cəhətdən fəal, 213 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.5%, 1999-cu ildə 71.4%).
Salar de Atakama
Salar de Atakama (isp. Salar de Atacama) — Cənubi Amerikada, Çili ərazisində yerləşən şoranlıq. Atakama səhrasının cənubunda, hər tərəfdən dağlarla əhatə olunan ərazidə yerləşir. Ən yaxın şəhər San Pedro de Atacama 55 km şimalda yerləşir. Şərqdə And dağları, qərbdən isə Kordilyer-Domeyka dağ sistemi ilə ilə əhatələnir. Ərazidə bir neçə vulkan yerləşir: Liankabur, Akamaraçi, Aquas-Kaltentes və Çilinin ən aktiv vulkanı Laskar. Onların çoxu şoranlığın şərqində yerləşir. Salar de Atakama 3 min. km² əraziyə, 100 km uzunluğa, 80 km enə malikdir. Bu göstəriciyə görə Boliviyada yerləşən Uyuni şoranlığından (10 582 km²) və Argentinada Salinas Qrandesdən sonra (6 000 km²) üçüncüdür.
Salar de Uyuni
Salar de Uyuni və ya Salar de Tunupa-10.582 kvadrat kilometr (4,086 kv mi) ilə dünyanın ən böyük duz düzü, gölü və səhrası. Cənub-qərb Boliviyada Potosi və Oruro bölgələrində və And krestinin yaxınlığında və orta dəniz səviyyəsindən 3.656 metr (11,995 ft) yüksəkdə yerləşir. Dünyanın ən iri duzlu səhrasıdır. Səhranın özü kifəyət qədər geniş, səthi düzdür və bunun nəticəsində burada yığılan su güzgüyə bənzəyən nazik su qatı əmələ gətirir. Bütün bunlar heyrət ediləcək dərəcədə gözəl görünür. Salar-de-Uyunidə faydalı qazıntı yataqları çox olduğundan burada suyu qəribə rənglərə çalan bir neçə göl var. Səhra duzlu olduğu üçün duz hasilatı burada əsas yer tutur. Mütəxəssislərin hesablamalarına görə, ərazidə 10 milyard tondan artıq duz ehtiyatı var. Halbuki, ildə bunun cəmi 25 min tonu çıxarılır.
Salar ibn Yezid
Salar ibn Yəzid – Şirvanşahlar dövlətinin on beşinci hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu. Şirvanşah Buxtnassar Əli ibn Əhmədin hakimiyyətinin birinci ilində onun əmisi Salar ibn Yəzid hakimiyyət çevrilişi edərək Şamaxı qalasını ələ keçirmişdir. Şamaxı qalasının süqutundan sonra Şirvanşah Buxtnassar Şirvanı tərk edərək Arrana qaçmış və Beyləqan yaxınlığında əmisi Salar ibn Yəzidin döyüşçüləri tərəfindən ələ keçirilərək ölüdürülmüşdür. Münəccimbaşının məlumatına görə Salar h.445 (1053)-ci ildə Malu (Maluğ) qalasını tutaraq möhkəmləndirmiş, orada qarnizon yerləşdirmiş, ərzaq və silahla təchiz etmişdi. O, qalanın yaxınlığında ətrafında istehkamlar qurulmuş şəhər (mədinə) saldırmış, oraya əhali köçürmüş və cümə məscidi tikdirmişdi. Salar "kafirlərlə", ehtimal ki, (Dağıstanın islamı qəbul etməyən əhalisi ilə) müharibəni davam etdirmiş və Şirvanı onların basqınlarından qorumuşdur. O, on beş il hökmranlıq etdikdən sonra h.455-ci il, şənbə günü səfər ayının 18-də (20 fevral 1063) ölmüşdür. Salar Şəddadi Əbüləsvar Şavur ibn Fəzllə qohumluq münasibətlərində olmuş, onun qızı ilə evlənmişdir. Onun adına üzərində dörd sətirlik yazı olan sikkə zərb edilmişdir. "Məhəmməd Rəsulullah!
Salar ibn Yəzid

Əbül Hica Salar
Əbül Hica Salar (v. 989) — Erməni mənbələrində adı keçən, Arazdan şimalda hakimiyyətdə olmuş son Salari hökmdarı. Atası İbrahimin ölümündən sonra Dvində hakimiyyətə gəlmiş Əbül Hica Azərbaycanı Rəvvadilərə verməyə məcbur olmuşdu. Bu vaxt qonşuluqdakı iki erməni knyaz I Smbat və əmisi Muşel ədavətdə idilər. Muşel 982-ci ildə ona Smbata hücum etməsini təklif etmiş, lakin elə bu ərəfədə Ordubad hakimi Əbu Dulaf Şeybani Dvini ələ keçirmişdi. Bundan sonra sərgərdan həyatı yaşamağa başlayan Əbül Hica və ailəsi Bizans imperatoru II Bazilin yanına gedərək torpaqlarını geri almaq üçün kömək istəmişdi.
Tualetdə ölən şəxslərin siyahısı
Tarixdə bir çox şəxs defekasiya və sidik ifrazı prosesi zamanı tualetdə ölmüşdür. Tualetdə ölən şəxslərin siyahısına Dəmirböyürlü Edmund kimi tarixi şəxslər, eləcə də, Cudi Qarlend və Elvis Presli kimi tanınmış simalar daxildir. 1993-cü il istehsalı "Yura dövrünün parkı" filmində Donald Gennaro personajı tualetdə əyləşərkən tirannozavr tərəfindən yeyilir. Corc Martin tərəfindən 2000-ci ildə yazılmış "Qılınclar fırtınası" kitabında Tivin Lannister personajı tualetdə ikən öldürülür. "Sopranolar" serialında Toni Sopranonun kapolarından biri olan Cici Çestone liderlik rolunun gətirdiyi stresdən tualetdə ölür. Stiven Kinqin eyniadlı romanı əsasında çəkilən "Yuxu tələsi" (2003) filmində Rik Makkarti yadplanetli ilə mübarizə aparkən tualetdə ölür. "Cənubi Park" animasiya serialının "Tərs kovgörl" adlı seriyasında (2012) Klayd Donovanın anası tualetin içinə düşərək ölür. 2020-ci il istesahlı "Xilasetmə" filmində əsas personajlardan biri olan Amir Asif tualetə daxil olduqdan sonra vurulur.
Mirzə Hüseyn bəy Salar
Mirzə Hüseyn bəy Məhəmməd ağa oğlu Usubov (Hacıyusifli) — şair, xəttat. Mirzə Hüseyn bəy Salar 1824-cü ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mir Möhsün Nəvvab onun haqqında öz ünlü təzkirəsində söhbət açmışdı. Şair idi. Salar təxəllüsü ilə ruh aləminə uyğun şeirlər yazırdı. Mirzə Hüseyn Salar həm də gözəl xəttat idi. Mirzə Adıgözəl bəy Qarabağinin Qarabağnamə adlı əsərinin üzünü köçürmüşdü. Mirzə Hüseyn bəy Salar 1876-cı ildə vəfat edib.
Pon-de-Salar (kanton)
Pon-de-Salar (fr. Pont-de-Salars) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1224. Pon-de-Salar kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Pon-de-Salar kommunasıdır. 2006-cı ildə əhalinin sayı 6 560 nəfər təşkil edirdi.
Salar-De-Uyuni səhrası
Salar de Uyuni və ya Salar de Tunupa-10.582 kvadrat kilometr (4,086 kv mi) ilə dünyanın ən böyük duz düzü, gölü və səhrası. Cənub-qərb Boliviyada Potosi və Oruro bölgələrində və And krestinin yaxınlığında və orta dəniz səviyyəsindən 3.656 metr (11,995 ft) yüksəkdə yerləşir. Dünyanın ən iri duzlu səhrasıdır. Səhranın özü kifəyət qədər geniş, səthi düzdür və bunun nəticəsində burada yığılan su güzgüyə bənzəyən nazik su qatı əmələ gətirir. Bütün bunlar heyrət ediləcək dərəcədə gözəl görünür. Salar-de-Uyunidə faydalı qazıntı yataqları çox olduğundan burada suyu qəribə rənglərə çalan bir neçə göl var. Səhra duzlu olduğu üçün duz hasilatı burada əsas yer tutur. Mütəxəssislərin hesablamalarına görə, ərazidə 10 milyard tondan artıq duz ehtiyatı var. Halbuki, ildə bunun cəmi 25 min tonu çıxarılır.
Mən, Erl və ölən qız (film)
Mən, Erl və ölən qız (ing. Me and Earl and the Dying Girl) — Cessi Endrüsün 2012-ci ildə yazdığı eyniadlı romandan əsaslanaraq çəkilən komediya-dram filmi. 2015-ci ildə Sandens film festivalında nümayiş olunan filmin rejissorluğunu Alfonso Qomes-Rehon, ssenarisini isə romanın müəllifi Cessi Endrüs yazıb. Rollarda Tomas Mann, Oliviya Kuk, RJ Cyler və Con Berntal çəkilib. Film aktyorluğa və ssenariyə görə tənqidçilər tərəfindən müsbət rəylər əldə edib. Özünü marmota oxşadan 17 yaşlı Qreq Qeyns (Tomas Mann) Pittsburq Şenli Liseyində digər tələbələrlə sıx əlaqədən qaçan yuxarı sinif şagirdidir. O, tələbə yoldaşı və keçmiş uşaqlıq dostu Reyçel Kuşnerə (Oliviya Kuk) leykoz diaqnozu qoyulduğunu öyrənir və öz valideynləri (Nik Offerman və Konni Britton) tərəfindən onunla dostluq etməyə məcbur edilir.
Mən, Erl və ölən qız (film, 2015)