Doktorantura

1) elmi müəssisənin doktorlar hazırlayan şöbəsi; 2) elmlər akademiyalarında yüksək ixtisaslı elmi işçilər – elmlər doktorları hazırlama sistemi.
Doktorantlıq
Doktorluq
OBASTAN VİKİ
Doktorantura
Doktorantura və hərbi ­təh­sil müəssi­sə­lə­rin­də adyunktura — Azərbaycan Respublikasında yüksək ixtisaslı elmi və elmi-peda­qoji kadrların hazırlan­ma­sı ali təhsilin ən yüksək səviyyəsi, dоktоrluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi-pedaqоji kadr hazırlığı fоrması. Müvafiq elmi dərə­cə­lərin (elm sahələri göstəril­məklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır.
Doktorantura məsləhətçisi
Doktorantura məsləhətçisi (həmçinin dissertasiya rəhbəri, dissertasiya məsləhətçisi və ya doktorantura nəzarətçisi) universitetin professor-müəllim heyətinin üzvü olub, əsas vəzifəsi doktoranturada təhsil almaq istəyən aspirantlara rəhbərlik etmək, onlara kurs seçimində köməklik etmək, tələbələrin seçimini formalaşdırmaq, təkmilləşdirmək və istiqamət verməkdir. Tələbələr ümumiyyətlə öz fənləri üzrə maraqlarına, seçilmiş məzun fakültə üzvləri ilə yaxından işləmək istəyinə və bu fakültələrin onlarla işləmək istəyinə əsasən məsləhətçi seçirlər.

Digər lüğətlərdə