dostluq əlaməti olaraq

as a token of friendship / as a sign of friendship в знак дружбы
dostluq etmək
dostum!
OBASTAN VİKİ
Koşi əlaməti
Teorem. Tutaq ki, müsbət hədli ∑ n = 1 ∞ a n {\displaystyle \sum \limits _{n=1}^{\infty }a_{n}} ədədi sırası verilib və aşağıdakı limit var: lim n → ∞ a n n = l . {\displaystyle \lim \limits _{n\rightarrow \infty }{\sqrt[{n}]{a_{n}}}=l.} Onda baxılan sıra l < 1 {\displaystyle l<1} olduqda yığılır, l > 1 {\displaystyle l>1} olduqda isə dağılır. Qeyd edək ki, l = 1 {\displaystyle l=1} olduqda sıra yığıla da bilər, dağıla da bilər. (,) m m x y ,(,) m m m x + h y + hy¢ nöqtələri üçün toxunanın meyl bucağının orta tangensi tapılır. == Xarici keçidlər == Г.М. Фихтенгольц. КУРС ДИФФЕРЕНЦИАЛЬНОГО И ИНТЕГРАЛЬНОГО ИСЧИСЛЕНИЯ. ТОМ 1.
Risser əlaməti
Risser əlaməti – qalça darağının ossifikasiya dərəcəsi ¼ olmaqla bölünür. Əgər I dərəcədə (apofiz ossifikasiyası 0–25%) uşağın boyatması ilə bağlı skolioz ağırlaşırsa, IV dərəcədə (ossfikasiya 75–100%) skoliozun artması zəif olacaq, apofiz qalça darağı ilə tam birləşdikdə (V dərəcə) skolioz artmayacaq.
Əlaməti-Qiyamət
Əlaməti Qiyamət — rejissoruluğunu Doğa Can Anafartanın etdiyi 2016-cı ilin türk filmi. Filmin baş rollarını Murad Onuk və Mügə Əsməray paylaşır. Filmdə 1999-da Türkiyədə və dünyanın bəzi yerlerində yaşanan qorxu dolu hadisələrin Yeni Dünya Nizamı, Mehdi, İsa, şeytan, dəccal, cin və illüminati kimi mövzulara paralel inkişaf etdiyi düşüncəsini müdafiə edən hekayəsinə yer verilib. Hekayənin mərkəzində isə yalnız yaşayan "Əlif" adlı hamilə bir qadın var.
Dostluq
Dostluq — qarşılıqlı inam və qayğı üzərində qurulan şəxslərarası münasibət. Dostluqlar bizim şəxsi inkişafımıza əhəmiyyətli dərəcədə təsir edə biləcək mühüm komponentlərdir. Dostluqlar şəxsiyyətimizi, dünyaya baxışımızı və gələcəyimizi köklü şəkildə formalaşdıra bilən transformativ əlaqələrdir. Dostların təqdim etdiyi təcrübələr, məsləhətlər və imkanlar qərarlarımıza təsir edə və bizi müəyyən istiqamətlərə yönəldə bilər. Dostlar bizim güclü, zəif tərəflərimizi və potensialımızı əks etdirən güzgü rolunu oynayır. Dostluq həyatımızı müxtəlif yollarla formalaşdıra və zənginləşdirə bilən güclü qüvvədir. Dostluq fərdlərə emosional dəstək verməkdə əsas rol oynayır. Dostlar həyatın çətin anlarında ilk müraciət etdiyimiz insanlardır. Əsl dostluq ehtiyaca və ya mənfəətə əsaslanmır. Əsl dostluğun təməlində bir-birinə olan səmimi qayğı və şəfqət dayanır.
Gözyaşı damcısı əlaməti
Gözyaşı damcısı əlaməti (ing. teardrop sign) – X-ray görünən sirkə kasası çuxuru boyunca sümük çıxıntısının yaratdığı görüntüdür və bud sümüyü başı ilə çuxuru arasındakı münasibəti qiymətləndirməkdə istifadə edilir.
Dostluq (Xaçmaz)
Dostluq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi vahidinin tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi vahidinin tərkibindəki Dostluq qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Dostluq (dəqiqləşdirmə)
Dostluq
Dostluq (Özbəkistan)
Dostluq (özb. Doʻstlik) — Özbəkistanın Cizzəx vilayətində şəhər.
Dostluq ordeni
Dostluq ordeni (Azərbaycan) — Azərbaycan ordeni. Dostluq ordeni (Rusiya) — Rusiya ordeni. Dostluq ordeni (Qazaxıstan) — Qazaxıstan ordeni. Dostluq ordeni (Tacikistan) — Tacikistan ordeni. Dostluq ordeni (Ermənistan) — Ermənistan ordeni.
Dostluq oyunu
Yoldaşlıq oyunu (bəzən hazırlıq matçı və ya dostluq oyunu) — idmanda, çempionata və ya kuboka aid olmayan rəqabət. Dostluq oyununda iştirakçılar üçün, nəticəsi oyun keyfiyyəti kimi əhəmiyyətli deyil.
Dostluq paradoksu
Dostluq paradoksu — adətən insanların çoxunun orta hesabla dostlarından daha az dostu olduğunu təsdiq edən fenomenin adıdır. == Tarixi == Fenomen 1991-ci ildə New York Dövlət Universitetinin bir sosioloqu Scott L Feld tərəfindən sosial şəbəkələri araşdırarkən (təsadüfi bir qrup üçün sosial əlaqələr toplusunu ifadə edən sosiologiyada bir termin) aşkar edilmişdir. Paradoks daha dar mənada sosial şəbəkələr, yəni İnternetdəki sosial şəbəkələr üçün də doğrudur. Məsələn, 2012-ci ildə 721 milyon Facebook istifadəçisini analiz edən Cornell Universitetinin tədqiqatçıları tərəfindən təsdiqlənmişdir. Alimlər bu ifadənin Twitter istifadəçilərinin 98% -i üçün doğru olduğunu da göstərdilər. Hipotezanın zahiri paradoksal təbiətinə baxmayaraq, sosial qrafikə tətbiq olunan qraf nəzəriyyəsi və ehtimal nəzəriyyəsinin əsas prinsiplərindən səliqəli şəkildə götürülmüşdür. Xüsusilə paradoks, daha çox əlaqəsi olan insanların dostlar arasında daha çox müşahidə edildiyi nümunədəki bir qərəzlə izah edilə bilər. Bənzər bir müşahidə digər əlaqəli icmalara da tətbiq edilə bilər. Məsələn, insanların əksəriyyətinin cinsi ortaqları ortalama olaraq özlərindən daha çox cinsi partnyorları var idi. Bu paradoks yalnız orta hesabla dost sayına görə deyil, eyni zamanda mediana da aiddir.
Dostluq yatağı
Dostluq yatağı (azərb. Dostluq, Kəpəz‎, türkməncə:Dostluk, Sərdar) — Xəzər dənizində Azərbaycanla Türkmənistan sərhədində yerləşən neft-qaz yatağı. Yataq 1989-cu ildə SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. 2021-ci ilə qədər yataq Azərbaycanda “Kəpəz”, Türkmənistanda isə “Sərdar” adlandırılıb. Hər iki respublika müstəqillik əldə etdikdən sonra isə neft-qaz yatağı mübahisə peridmeti olub. 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması ilə bu mübahisə bitib. Memarandumla yatağın adı dəyişdirilərək "Dostluq" adlandırılıb. == Tarixi == Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu yataq Xəzər dənizində iki ölkə arasında sərhəddə yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlandırılıb.
"Dostluq" ordeni
Dostluq ordeni (Azərbaycan) — Azərbaycan ordeni. Dostluq ordeni (Rusiya) — Rusiya ordeni. Dostluq ordeni (Qazaxıstan) — Qazaxıstan ordeni. Dostluq ordeni (Tacikistan) — Tacikistan ordeni. Dostluq ordeni (Ermənistan) — Ermənistan ordeni.
Dostluq (kinoteatr)
"Dostluq" və ya sovet dövründəki adı ilə "Drujba" kinoteatrı – Bakının Nəsimi rayonunda yerləşən fəaliyyətsiz kinoteatr binası. == Tarixi == Kinoteatr binası 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilmişdir. 2010-cu illərə qədər kinoteatrda kino nümayişinə davam edilmişdir. 2017-ci ildə tikili özəlləşdirilmişdir. Kinoteatr özəlləşdirilənədək Mədəniyyət və Turizm Nazirliyinin balansında olmuşdur. === Sökülməsi === 2021 və 2024-cü illərdə kinoteatrın sökülməsi və yerində çoxmərtəbəli binanın tikiləcəyi barədə şayiələr yayılsa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi belə bir planın olmadığını, sadəcə təmir işlərinin aparıldığını açıqlamışdır. == Xüsusiyyətlər == Kinoteatr stalinist memarlıq üslubundadır. Baxımsız qaldığı üçün dam və fasad örtüyündə dağıntılar var, qəzalı vəziyyətdədir.
Dostluq nəğməsi
"Dostluq" (azərb-kiril. Достлуг; rus. Дружба), həmçinin "Qardaş olub Hayastan–Azərbaycan" (azərb-kiril. Гардаш олуб Һајастан–Азәрбајҹан) və ya "Kür, Araz, Ararat" (azərb-kiril. Күр, Араз, Арарат) olaraq tanınır — SSRİ hakimiyyəti dövründə Azərbaycan–Ermənistan dostluq münasibətləri haqqında Azərbaycan dilində yazılmış mahnı. Sözləri Zeynal Cabbarzadə, musiqisi Andrey Babayevindir. == Tarixi == "Dostluq" mahnısının sözləri Zeynal Cabbarzadə tərəfindən yazılmış, musiqisi erməniəsilli Azərbaycan bəstəkarı Andrey Babayev tərəfindən bəstələnmişdir. Mahnı ilk dəfə 1956-cı ildə konduktor Səid Rüstəm və Azərbaycan Radiosu Xalq Çalğı-Alət Orkestrinin müşayiətilə Şövkət Ələkbərova tərəfindən ifa edilmişdir. "Dostluq" mahnısı Sovet Azərbaycanında populyar bir mahnı olmuşdur. 1987-ci ilin aprelində Ermənistan SSR-nin əmək qabaqcılları və musiqiçiləri Azərbaycanda sovet hakimiyyətinin 67-ci ildönümünü qeyd etmək üçün Bakıya gəlmiş, Azərbaycan Dövlət Filarmoniyasında konsert təşkil edilmişdir.
Əlaməti-Qiyamət (film, 2016)
Əlaməti Qiyamət — rejissoruluğunu Doğa Can Anafartanın etdiyi 2016-cı ilin türk filmi. Filmin baş rollarını Murad Onuk və Mügə Əsməray paylaşır. Filmdə 1999-da Türkiyədə və dünyanın bəzi yerlerində yaşanan qorxu dolu hadisələrin Yeni Dünya Nizamı, Mehdi, İsa, şeytan, dəccal, cin və illüminati kimi mövzulara paralel inkişaf etdiyi düşüncəsini müdafiə edən hekayəsinə yer verilib. Hekayənin mərkəzində isə yalnız yaşayan "Əlif" adlı hamilə bir qadın var.
"Dostluq" ordeni (Azərbaycan)
"Dostluq" ordeni — Azərbaycanın dövlət təltifi (orden). Azərbaycan Respublikasının 16 fevral 2007-ci il tarixli 248-IIIQ nömrəli Qanunu ilə təsis edilmişdir. == Statusu == Azərbaycan Respublikasının Dostluq ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: Azərbaycan Respublikası ilə xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinəgörə; xalqlar arasında dostluğun möhkəmləndirilməsi işində görkəmli xidmətlərinə görə; dünyada, regionda və müxtəlif ölkələrdə sülhün vəəmin-amanlığın bərqərar olmasında, sivilizasiyalar arasında konstruktiv münasibətlərin yaradılmasında və mədəniyyətlərarası dialoqun qurulmasında görkəmli xidmətlərinə görə. Dostluq ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Şöhrət" ordenindən sonra taxılır. == Təsviri == Dostluq ordeni qızıldan düzəldilmiş itiuclu səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə tutqun sarı rəngli qızıldan hazırlanmış relyefli quş qanadları arasında parlaq platindən düzəldilmiş yer kürəsi təsvir olunmuşdur. Girdə lövhənin kənarları qabarıqdır. Orden halqa və ilgək vasitəsilə Azərbaycan bayrağının rəngləriniəks etdirən lentə birləşdirilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur. Təltif dəstinə aşağıdakılar daxildir: boyundan asmaq üçün Azərbaycan bayrağının rəngləriniəks etdirən 23 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden; paltara bərkidilmək üçün Azərbaycan bayrağının rənglərini əks etdirən 21 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden; paltara bərkidilmək üçün elementi olan, Azərbaycan bayrağının rənglərini əks etdirən, ölçüsü 1 mm x 15 mm olan qəlib == Poçt markası üzərində == 2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir.
"Dostluq" ordeni (Rusiya)
Dostluq ordeni — Rusiya ordeni.
Dostluq Bayramı (1972)
Dostluq Himni (1974)
== Məzmun == Filmdə şair Rəsul Rzanın sözlərinə bəstəkar Qara Qarayevin bəstələdiyi musiqi səslənir. Azərbaycan, Bakı, Moskva, Kiyev, Bakının küçələri, metro, Xəzər dənizi, balıqçılar-bütün bunlar fotoşəkillər vasitəsilə ekranda göstərilir. Ümumittifaq radio və televiziyasının xor və böyük simfonik orkestrinin müşayiəti ilə SSRİ xalq artisti Müslüm Maqomayev dostluq himnini ifa edir.
Dostluq Körpüləri (1980)
Dostluq Melodiyaları (1965)
== Məzmun == Film Azərbaycan və rus xalqları arasındakı dostluğa həsr olunmuşdur. Burada rus artistləri Azərbaycan bəstəkarlarının, Azərbaycan artistləri rus bəstəkarlarının əsərlərini ifa edirlər.
Dostluq Məşəli (1965)
"Dostluq" ordeni (Özbəkistan)
Dostluq ordeni — 5 may 1994-cü ildə Özbəkistan Ali Məclisinin qərarı ilə yaradılmış Özbəkistanın dövlət ordenidir. == Təltif edilir == 1. Özbəkistan Respublikasının vətəndaşları Özbəkistanda yaşayan bütün millətlərin və xalqların nümayəndələri arasında dostluğun, qarşılıqlı həmrəyliyin və harmoniyanın möhkəmləndirilməsində, Özbəkistan xalqının Azərbaycan xalqları ilə dostluğunun və hərtərəfli əməkdaşlığının inkişaf etdirilməsində böyük nailiyyətlərinə görə təltif edilirlər. Mükafat Özbəkistan Respublikasının vətəndaşı olmayan şəxslərədə verilə bilər. 2. Mükafat Özbəkistan Respublikasının Prezidenti tərəfindən verilir və təltif edilməsi haqqında Sərəncam mətbuatda, digər kütləvi informasiya vasitələrində dərc olunur. Özbəkistan Respublikası Prezidentinin "Dostluq" ordeni ilə təltif edilməsini Özbəkistan Respublikasının Ali Məclisi həyata keçirir. 3. Özbəkistan Respublikası Nazirlər Sovetinin, Özbəkistan Respublikası Konstitusiya Məhkəməsinin sədrinin, Özbəkistan Respublikası Ali Məhkəməsinin sədrinin, respublikanın Baş prokuroru, Özbəkistan Respublikasının Coqorqi Şurasının sədrinin, Qaraqalpaqıstan Respublikasının Coqorqi Şurasının sədrinin, vilayət və Daşkənd şəhərinin qubernatorlarının, nazirliklərin, dövlət komitələrinin və idarələrinin, ictimai birliklərinin rəhbərləri təqdimata uyğun olaraq mükafatın verilməsi zamanı təntənəli şəkildə iştirak edirlər. 4.
Dostluq (mahnı, 1956)
"Dostluq" (azərb-kiril. Достлуг; rus. Дружба), həmçinin "Qardaş olub Hayastan–Azərbaycan" (azərb-kiril. Гардаш олуб Һајастан–Азәрбајҹан) və ya "Kür, Araz, Ararat" (azərb-kiril. Күр, Араз, Арарат) olaraq tanınır — SSRİ hakimiyyəti dövründə Azərbaycan–Ermənistan dostluq münasibətləri haqqında Azərbaycan dilində yazılmış mahnı. Sözləri Zeynal Cabbarzadə, musiqisi Andrey Babayevindir. == Tarixi == "Dostluq" mahnısının sözləri Zeynal Cabbarzadə tərəfindən yazılmış, musiqisi erməniəsilli Azərbaycan bəstəkarı Andrey Babayev tərəfindən bəstələnmişdir. Mahnı ilk dəfə 1956-cı ildə konduktor Səid Rüstəm və Azərbaycan Radiosu Xalq Çalğı-Alət Orkestrinin müşayiətilə Şövkət Ələkbərova tərəfindən ifa edilmişdir. "Dostluq" mahnısı Sovet Azərbaycanında populyar bir mahnı olmuşdur. 1987-ci ilin aprelində Ermənistan SSR-nin əmək qabaqcılları və musiqiçiləri Azərbaycanda sovet hakimiyyətinin 67-ci ildönümünü qeyd etmək üçün Bakıya gəlmiş, Azərbaycan Dövlət Filarmoniyasında konsert təşkil edilmişdir.