DRUZLAR

ismaili şiələrə yaxın ifrat dini təriqətin davamçılarıdırlar. Bu təriqətin qurucusu Dərazi olmuşdur. O, Qahirədə Fatimi xəlifəsi Biəmrillahın (386/996 – 411/1021) yanında qulluq etmişdir. Dərazi Biəmrillahı Tanrının yerdəki təcəllisi hesab edirdi. Ancaq, bu təriqət Misirdə deyil, Libnan (Livan) dağlarında yaşayan müxtəlif qəbilələrin arasında geniş yayılmışdır. Müsəlmanların çoxu druzları müsəlman hesab etmirlər. Druzlar yeni platonçuluq və qnostik inancların, xüsusən də, onların emanasiya (Tanrı işığının saçması sonu dünyanın yaranması) təlimini mənimsəmişdirlər. Onların dünyagörüşündə dünya Əqli emanasiya edərək (işıq kimi saçaraq) müxtəlif insanlarda təkrar-təkrar ortaya çıxır. Druzlar ruhun bir bədəndən başqasına köçə bilməsinə (tənasüh) inanmışlar. Onların inanclarına görə dünya Əqli sonuncu dəfə Həmzə adlı bir şəxsdə təcəlli etmişdir. Ümumilikdə, Druzların təlimi gizli xarakter daşıyır. Onu yalnız təriqətin “uqqal” (ağıllı) adlanan seçilmişləri bilirlər. Digərləri isə “cuhhallardır” (cahillərdir). “Uqqallar” ara-sıra xüsusi yerlərdə ibadət etmək üçün yığışırlar. Duruzlarda ən yüksək məqama çatmış insanlar “kamil insan” adlanırlar.
DİYƏT
DUA
OBASTAN VİKİ
Druzlar
Druzlar və ya dürzilər (ərəb. الدُرُوز‎‎, təkdə ərəb. دَرْزِيّ‎‎) — ismailliliyin şaxələrindən biri olan müsəlman dini təriqətinə aid ərəblər. Livan və Suriyada, az bir hissəsi isə İsraildə yaşayır. Druz təriqəti XI əsrin əvvəllərində Misir və Cənubi Livan ismailliləri arasında təbliğat aparan batini vaiz Dərazinin (təriqətin adı da buradandır) fəaliyyəti nəticəsində meydana gəlmişdir. Druzlar Fatimi xəlifəsi Hakimdə (996-1021) Allahın təcəssüm olunduğuna və ruhların ölməzliyinə inanırlar. Orta əsrlərdən başlamış son dövrədək druzlar nəsli aristokratiyaya və hakim əmir sülaləsinə malik olmuşlar. Druz əmirlərinin Livanda ən qüdrətli dövrü II Fəxrəddin Məan (1590-1633) və II Bəşir Şihabın (1788/89-1840) hakimiyyəti illərinə təsadüf edir. Maruni kəndliləri və onların feodal ağaları olan druz zadəganları arasındakı sinfi ziddiyətlər nəticəsində XIX əsrin 40-60-cı illərində Livanda Druz və xristian Marunilər arasında silahlı toqquşmalar baş verdi. XIX əsrin 2-ci yarısı-XX əsrdə Osmanlı İmperiyası hakim dairələrinin druz "sərbəstliyinə", "imtiyazına" (hərbi mükəlləfiyyətin olmaması, silah gəzdirmək hüququ, druz zadəganlarının sıravi druzlar üzərindəki qeyri məhdud hakimiyyəti və s.) son qoymaq cəhdləri tez-tez türklər əleyhinə çıxışlara səbəb olmuşdu.

Digər lüğətlərdə