Duo

das; -s, -s mus. duet
Dunstkreis
Duplikat
OBASTAN VİKİ
Duodenoqastral reflüks
Duodenoqastral reflüks — onikibarmaq bağırsaq (duodenum) möhtəviyyatının geriyə , mədənin içinə atılmasıdır. DQR səbəbi pilorik məngənənin tam qapanmaması, xroniki duodenit və duodenumda təzyiqin artmasdır .[1] DQR mədənin selikli qişasının, xüsusən də duoenuma yaxın olan antral hissənin öd turşuları və onlarının duzları, pankreas fermentləri , lizolesitin və digər duodenum möhtəviyyatının komponentləri ilə zədələnməsinə səbəb olur .[1] DQR uzun müddət mədə selikli qişasına təsiri nəticəsində reflüks-qastrit (C- tip qastrit) formalaşır .[1] Ancaq uzun müddət və intensiv davam edən reflüks kliniki əlamətlərlə müşahidə olunur. Xəstələrdə dillərində sarımtıl ərp, qarın nahiyəsində dəqiq lokalizasiya olmadan ağrı, dispepsiya (gəyirmə, göynəmə) müşahidə olunur. Bu əlamətləri olduqda pasientə FEQDS, ulstrasəs müayinəsi , sutkalıq pH metriya, elektroqastroenteroqrafiya təyin edilir. Turşuluğun təyini DQR olub-olmamasını və ağırlıq dərəcəsinin müəyyənləşdirmək üçün vacib meyar sayılır .[1] == Dərmanla müalicəsi == DQR müalicəsi mədə və duodenumun hərəkətinin (motorikasının) nizamlanması və öd turşularının , lizolesitinin mədəyə aqressiyasının neytrallaşdırılmasına yönəldilir. Duodenal möhtəviyyat əsasən mədə turşuluğunun olması fonunda zədələyici təsir göstərdiyindən müalicə zamanı proton nasosu ingibitorlarından da istifadə etmək tövsüyyə olunur . Motorikanı nizamlamaq üçün prokinetiklər, öd turşularınının selikli qişaya zədələyəci təsirlərinin qarşısını almaq üçün isə ursodezoksixol turşusu preparatları istifadə olunur [1] Bundan başqa DQR zamanı qaraciyərin , mədəaltı vəzin , öd kisəsi və yollarının , bağırsaqların yanaşı gedən xəstəlikləri müalicə olunmalıdır. == Mənbə == Белоусов С. С., Муратов С. В., Ахмад А. М. Гастроэзофагеальная рефлюксная болезнь и дуоденогастральный рефлюкс. — Н. Новгород: Изд-во Нижегородской государственной медицинской академии, 2005. — 120 с.
Duolingo
Duolingo (Duolinqo) pulsuz dil öyrənmə tətbiqidir. Hal hazırda ingilis dili, ispan dili, alman dili, fransız dili, portuqal dili, italyan dili, dan dili, irland dili, isveç dili, türk dili, ukrayna dili, norveç dili, rus dili, vyetnam dili, ivrit dili, macar dili, yunan dili, rumın dili, yapon dili, fin dili, katalan dili, çin dili, koreya dili, ərəb dili, niderland dili, polyak dili, hind dili, çex dili, esperanto dili, vall dili, suahili dili, indoneziya dili, havay dili, navajo dili, klinqon dili, yüksək valiriya dili, latın dili, şotlandiya qalisi dili, yidiş dili, haiti kreol dili, zulu dili, quarani dili kimi dilləri öyrənməyə imkan verir.
Duomi xaqan
Duomi xaqan (çin. 多彌可汗, Pinyin: Duōmí Kèhán; v. 646) — Seyanto xaqanı. Əsl adı Bacuo olub, tam titulu İl Küllüg Şad Duomi xaqan (頡利俱利薛沙多彌可汗) idi. == İncu xaqan dövründə == Atasının ilk övladı deyildi, lakin bir kəniz yerinə xatundan doğulduğu üçün daha çox hörmət görürdü. 638-ci ildə artıq atası İncu xaqan onu cənub tayfalarının valisi kimi təyin etmişdi. Tan sülaləsinin imperatoru Taiçonq isə onun və qardaşının arasında rəqabət yaratmaq üçün onu hətta kiçik xaqan kimi də tanımışdı. Daha sonra atası onu Si Yabqu titulu ilə qərb hakimi kimi təyin etmişdi. == Hakimiyyəti == Atasının 645-ci ildəki ölümündən sonra böyük qardaşı Yemanq ilə hakimiyyət uğrunda mübarizəyə başladı. Yemanq Bacuo tərəfindən tutularaq həbs edildi.
Duopoliya
Duopoliya (yun. δύο duo (iki) + yun. πωλεῖν polein (satmaq)) — oliqopoliyanın bir növü. Duopoliyada iki şirkət bazar üzərində dominant və ya müstəsna nəzarətə malik olur. Sadə quruluşuna görə, oliqopoliyanın ən çox tədqiq olunmuş növüdür. Duopoliyalar fərdi istehlakçının seçiminin şirkətə təsir göstərə bilmədiyi rəqabət bazarında istehlakçılara satışı həyata keçirir. Duopoliyalar və oliqopoliyaların müəyyənedici xüsusiyyəti odur ki, satıcıların verdiyi qərarlar bir-birindən asılıdır. == İqtisadiyyatda duopoliya modelləri == İki əsas duopoliya modeli mövcuddur: Kurno modelində hər iki şirkət digərinin hasilatını təhmin edir və buna sabit bir miqdar kimi yanaşır. Buna əsaslanaraq, həmin şirkət öz istehsalını təşkil edir. Bertran modelində isə şirkətlərin apardığı oyunda onların hər biri qiymət azalmasına cavab olaraq digər şirkətin qiymətləri dəyişməyəcəyini güman edir.
Duodenit
Duodenit — onikibarmaq bağırsağın iltihabı. == Simptomları == Duodenitin simptomlarına aşağıdakılar daxildir: Qarın ağrısı Qusma Ürəkbulanma Mədədə narahatlıq == Səbəbi == Duodenitin səbəblərinə aşağıdakılar daxildir: Helikobakter pilori infeksiyası Seliakiya xəstəliyi Bakterial infeksiya Viral infeksiya Qeyri-steroid antiinflamatuar dərmanlar Otoimmün xəstəliklər (məs. Kron xəstəliyi) Duodenal limfositoz İdiopatik == Növləri == Kəskin duodenit Xroniki duodenit == Diaqnozu == Diaqnoz ümumiyyətlə histologiyanı qiymətləndirmək üçün biopsiya ilə endoskopiya vasitəsi ilə qoyulur. Simptomların və əlaqəli şərtlərin nəzərdən keçirilməsi vacibdir. == Müalicəsi == Müalicə qıcıqlandırıcı və ya infeksiyanı aradan qaldırmağa yönəldilmişdir. Helikobakter pilori infeksiyası adətən antibiotiklərlə müalicə olunur.
Trifolium duodecimnerve
Trifolium glomeratum (lat. Trifolium glomeratum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. Amoria glomerata (L.) Soják Micrantheum glomeratum (L.) C.Presl Microphyton glomeratum (L.) Fourr. Trifolium axillare Phil. Trifolium duodecimnerve Loscos ex Willk. & Lange Trifolium glomeratum var. condensatum Ball Trifolium glomeratum var.
Trifolium glomeratum var. duodecimnerve
Trifolium glomeratum (lat. Trifolium glomeratum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. Amoria glomerata (L.) Soják Micrantheum glomeratum (L.) C.Presl Microphyton glomeratum (L.) Fourr. Trifolium axillare Phil. Trifolium duodecimnerve Loscos ex Willk. & Lange Trifolium glomeratum var. condensatum Ball Trifolium glomeratum var.

Digər lüğətlərdə