DUXOBORLAR

pravoslav kilsəsi mərasimlərini rədd edən dini təriqətlərdən birinə mənsub adamlar (XVIII əsrin sonunda meydana gəlmişdir).
DUAYAZAN
DUZƏX
OBASTAN VİKİ
Duxoborlar
Duxoborlar — təriqət. Təriqətin əsası XVIII əsrdə S. Kolesnikov və L. Pobiroxin adlı kəndlilər tərəfindən qoyulmuşdur. Duxoborlar özlərini "müqəddəs ruh uğrunda mübarizlər" adlandırırlar. Təriqət mütləqiyyətə və kilsəyə müxalifət şəklində yaranmışdır. Dini icmanın mənəvi mərkəzi Yekaterinoslav quberniyasının Nikolskoye kəndində yalnız 1791-ci ildə, yeni dini nəzəriyyə haqqında sənəd Kaxovski qubernatoruna təhvil verildikdən sonra yaradılmışdır. İsa Məsih təriqət ardıcılları üçün ilahi qüvvənin təcəssümü olan adi adam idi. Təriqəq başçıları "canlı tanrılar" hesab edilirdilər. Duxoborlarda ədalətli cəmiyyət haqqında utopik ideyalar da güclü idi. XIX əsrin sonlarında duxoborlar içərisində sinfi parçalanma güclənmişdi. Azərbaycanda bu təriqətin ardıcılları 1844-cü ildə məskunlaşaraq Slavyanka kəndinin əsasını qoymuşlardır.

Digər lüğətlərdə