DUZLU GÖLLƏR

suyunun tərkibində 25-47 q/l duz olan göllər.
DURĞUN SU TUTARI, AXMAZ SU TUTARI
DUZLU QABIQ
OBASTAN VİKİ
Böyük göllər
Böyük göllər (ing. Great Lakes) — Şimali Amerikada (ABŞ və Kanadada) göllər qrupu. == Tərkibi == Yuxarı göl Huron gölü Miçiqan gölü Eri gölü Ontario gölü == Ətraflı == Müqəddəs Lavrenti çayı hövzəsindədir. Sahəsi 245,2 km²-dır. Tektonik-buzlaq mənşəlidir. Sahilləri (Yuxarı Göl və Huronun şm. sahillərindən başqa) az parçalanmış və yastıdır. Çoxlu adalar var. Böyük göllər təqribən eyni yüksəklikdədir. Eri və Ontario göllərini birləşdirə Niaqara çayı üzərində Niaqara şəlaləsi yerləşir.
Göllər (Əhər)
Göllər (fars. گل لر‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (28 ailə).
Çəhrayı göllər
Çəhrayı göllər - Dünyada rəngi çəhrayıya çalan göllərdir. Dünyada bir çox çəhrayı rəngli göl bilinməkdədir.
Böyük Duzlu göl
Böyük Duzlu göl (ing. Great Salt Lake) — ABŞ-nin qərbində Yuta ştatının şimal-qərb hissəsində yerləşən duzlu göl.
Duzlu göl (Bakı)
Duzlu göl və ya Qızılı göl – Bakının Suraxanı rayonunda, Zığ–Hövsan avtomagistralının yaxınlığında yerləşən göl. Göldə çimmək qadağan olunsa da, gölü şəfa mənbəyi hesab edən insanlar yayda gölə axın etməyə davam edirlər. Gölün suyu duzlu və yodla zəngin olduğu üçün hər il minlərlə insan göldə çimməyə gəlir. Xüsusilə, dəri xəstəliklərindən əziyyət çəkən insanlar şəfa tapmaq üçün göldə çimirlər. Ziyarətçilər gölün dibindən yığılmış palçığı bədənlərinə sürtürlər, daha sonra günəş vannası qəbul edirlər. Gölü əsasən yaşlılar və Bakıya gələn turistlər ziyarət edirlər. Ruslar, ərəblər, Rusiya azərbaycanlıları göldə çimməyə gəlirlər. Gölün ətrafında 1993-cü ildən Zəngilan, Füzuli və Qubadlıdan olan məcburi köçkün ailələri yaşayır. Onlar gölün ətrafında tikdikləri duş, yeməkxana kimi obyektlərindən qazanc əldə edirlər. Göl suyunun bakterioloji vəziyyəti pis olduğu üçün və göldə antisanitariya şəraiti hökm sürdüyü üçün 2006-cı ildə baş dövlət sanitar həkiminin müavini tərəfindən imzalanan 25 saylı qərara əsasən göldə çimmək qadağan olunub.
Zığ duzlu gölü

Göllər Qarasufi (Çaroymaq)
Göllər Qarasufi (fars. گللرقره صوفي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Böyük Duzlu Göl səhrası
Böyük Duzlu Göl səhrası (ing. Great Salt Lake Desert) — Böyük Duzlu göldən qərbdə, Yuta ştatının şimalında yerləşir. Səhra dördüncü dövr buzlaşmasından sonra qurumuş Bonnevil gölünün yerində formalaşmışdır. Göl ətrafları sıldırımlı qalalıqlarla əhatələnmişdir. Sahəsi Böyük Hövzə ərazisində formalaşmışdır. Səhra 10 360 km² sahəyə malikdir. Səhra qurumuş gölün səthini təşkil etdiyindən duzla örtülmüşdür. Bu səbəbdən ağ rəngdədir. İl ərzində cəmi 13 mm yağıntı düşür. Yanvar ayının orta temperaturu -3 °C, iyul ayında isə 27 °C təşkil edir.
Böyük Göllər Kolleclər Assosiasiyası
Böyük Göllər Kolleclər Assosiasiyası (ing. Great Lakes Colleges Association – GLCA) — ABŞ-nin Böyük göllər regionunun on üç Amerikan liberal incəsənət kolleci birləşməsi ilə yaradılmış konsorsium. Bu 13 təhsil müəssisəsi Miçiqan, Ohayo, Pensilvaniya və İndiana şəhərlərində yerləşir. Mərkəzi ofisi Miçiqan ştatının Ən-Arbor şəhərindədir. Qlobal Liberal İncəsənət Alyansı bu assosiasiya tərəfindən idarə olunur.
Göy göllər (Kabarda-Balkariya)
Göy göllər (kab.-çərk. Шэдхъурей) — Kabarda-Balkariyanın Çerek rayonunda yerləşən 5 karst gölündən ibarət qrup. Nalçikdən təxminən 30 km cənubda (düz bir xəttdə) Çerek Balkarski çayının vadisində, Çerek Balkarski və Çerek-Bezengiyski çaylarının Çerek çayına qovuşmasından 6 km yuxarıda yerləşirlər. Göllərə Aşağı Göy göl (Tserik-Kol, Çerek-Kol), Yuxarı Göy göl, həmçinin Quru göl və Gizli göl daxildir. Aşağı Göy göl yaşıl-mavi rəngə və daimi su temperaturu 9.3 °C-yə malikdir. Gölün adı Tserik-Köl, balkarcadan "çürük göl" kimi tərcümə olunur. Səbəb isə suyun tərkibində həll olmuş hidrogen sulfid olmasıdr. Bu səbəbdən suyunun çürümüş yumurtaları xatırladan xüsusi bir qoxusu var. Dəniz səviyyəsindən 809 m yüksəklikdə yerləşir. Gölün sahəsi 0,0216 km²-dir (235 × 120–180 m).