DƏFTƏRÇƏ
DƏFTƏRDARLIQ
OBASTAN VİKİ
Dəftərdar Sinan Paşa
Dəftərdar Sinan Paşa (ö. 1596) — III Murad və III Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Saray dəftərxanasında yetişdikdən sonra Anadolu dəftərdarı olaraq saraydan ayrıldı. 1582-ci ildə Misir dəftərdarı, 2 il sonra isə Misir bəylərbəyi təyin edildi. Ancaq illik Misir xəzinəsinin həmişəkindən az gəlməsi nəticəsində haqqındakı şaiyələr çoxaldı və 1587-ci ilin aprelində vəzifədən alındı. 1590-cı ildə Diyarbəkir, Mərəş, Konya və 1595-ci ildə Sivas bəylərbəyi oldu. Bu vəzifədə ikən 1596-cı ildə vəfat etdi. == Mənbə == Sicill-i Osmani V, səh.
Dəftərdar Üveys Paşa
Dəftərdar Üveys Paşa (ö. sentyabr 1591) — II Səlim və III Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Atası Aydının köklü ailələrindən olan Qazı Mehmed Əfəndidir. Bu səbəblə atasından aldığı dini təhsilin ardından Tirə qazısı olaraq dövlət xidmətinə başladı. Bu vəzifəsi əsnasında Şahzadə Muradla tanış oldu və onun xidmətinə alınaraq şahzadənin dəftərdarı oldu. Şahzadənin 1574-cü ildə taxta çıxmasıyla o da İstanbula gəldi və Sokollu Mehmed Paşa ilə rəqabət aparmasına baxmayaraq Sultan Murad tərəfindən baş dəftərdar təyin edildi. 1578-ci ildə edam edilən Budin bəylərbəyi Sokollu Mustafa Paşanın yerinə Budinə yollandı. 1579-cu ildə bölgəyə gələn Üveys Paşa o əsnada Avstriya ilə davam edən sülh müzakirələrində iştirak etdi. Bundan başqa əyalət gəlirlərini də artıran Üveys Paşa, düşmən basqını nəticəsində yaranan itkilərdən məsul tutuldu və 3 iyun 1580-ci ildə vəzifədən alındı.
Dəftərdar Əhməd Paşa
Dəftərdar Əhməd Paşa (ö. 1623) — I Əhməd, I Mustafa, II Osman və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təhsilinin ardından öncə yeniçəri katibi, ardından Misir dəftərdarı, miraxur və yeniçəri ağası oldu. 1615-ci ilin fevralında vəzir rütbəsi alaraq Misir bəylərbəyi oldu. 1617-ci ilin dekabrında vəzifədən alındı və bir müddət sonra nişançı vəzir olaraq divana daxil oldu. 1621-ci ilin noyabrında İstanbulun mühafizəsi ilə vəzifələndirildi ancaq 5 ay sonra çarəsiz qalıb qaçıb gizləndi. Sonrakı həyatı ilə bağlı məlumat yoxdur. 1623-cü ildə vəfat etmişdir. == Mənbə == Sicill-i Osmani I, səh.

Значение слова в других словарях