DƏFƏLƏRLƏ

DƏFƏLƏRLƏ [İbrahim xan:] Mən dəfələrlə kömək verib, dardan qurtardığım İrakliyə tac gəlsin... (Çəmənzəminli); DÖNƏDÖNƏ Dönə-dönə imtahan etdi fələk dövranını; Onda mən bərəkslikdən özgə adət görmədim (M.P.Vaqif); KƏRRAT Ömər: Bu barədə de kərrat ilə mənə sifariş göndəriblər (N.Nərimanov); MÜKƏRRƏR (köhn.) Gördüm bu rübaiyi mükərrər (M.Ə.Sabir); TƏKRARƏN Kərimzadə.. Həmişəyevin fikrini təkrarən təsdiq elədi (B.Bayramov); TƏKRAR-TƏKRAR Xan Vaqifin Tiflisdən gətirdiyi xəbəri təkrar-təkrar xatirindən keçirib fikirləşdi (Çəmənzəminli).

DƏFƏ
DƏFİNƏ

Значение слова в других словарях