DƏNİZ
DƏNİZÇİLİK
OBASTAN VİKİ
Baş dənizçi
Baş dənizçi — Azərbaycan Hərbi Dəniz Qüvvələrində hərbi qulluqçulara verilən rütbədir. Belə ki, bu rütbələr əsasən hərbi xidmətdə şücaəti, idarəçiliyi və fədakarlığı ilə yoldaşlarından seçilən hərbi qulluqçulara verilir. Bu rütbə ilə təltif olunmuş hərbi qulluqçular kiçik komandir heyəti kateqoriyasına aiddirlər.
Dənizçi Günü
Dənizçi Günü — 25 iyun dənizçilərin peşə bayramı. == Tarixi == "Dənizçi Günü" peşə bayramı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 iyun 2014-cü il tarixli 565 nömrəli sərəncamı ilə təsis edilmişdir. Həmçinin Beynəlxalq Dəniz Təşkilatının 20 dekabr 2011-ci il tarixli qətnaməsi ilə də hər il dünyada 25 iyun tarixində "Dənizçilər günü"nün qeyd olunması barədə qərar qəbul edilib.
Mustafa Bayram (dənizçi)
Mustafa Bayram (dənizçi) Mustafa Bayramın doğum ili məlum deyil, ancaq mənbələr onun Yəməndə böyüdüyünü və məşhur dənizçi Salman Rəisin qardaşı oğlu olduğunu göstərir. Salman Rəis, münaqişə nəticəsində 1528-ci ildə Hayrəddin əl-Rumi tərəfindən öldürüldü. Onları fikir ayrılığının səbəbi, bəzi şayiələri nəzərə alaraq Salman Rəis Osmanlı donanmasının Qırmızı dəniz və Hind Okeanı komandanlığından uzaqlaşdırılmasını istənilməsi idi, çünki mərkəzi hakimiyyət bu vəzifəni Hayrəddin əl-Rumiyə vermişdi, lakin Salman Rəis rədd etmiş və donanmanı idarə etməyə davam etmişdi. Salman Rəis öldürülməzdən əvvəl Mustafa Bayram və Hoca Səfərə son bir əmr verdi. Mustafa Bayramın nəzarəti altında Diu Hindistana gedəcək və Bahadır şah Qücəratiyə Portuqaliya imperatorluğuna qarşı mübarizədə ona kömək edəcəklər. Mustafa Bayram Salman Rəisdən əmri aldıqdan sonra bütün lazımi hazırlıqları gördü və donanmasını Hindistanın Diu şəhərinə yönəltdi. Salman Rəis, qardaşı oğlu Mustafa Bayram və tələbəsi Hoca Səfərdən başqa heç kimə güvənə bilməzdi, Diu döyüşü (1509) uğursuzluqla başa çatmışdı və onlar üçün böyük bir qələbə ilə geri qayıtmaqdan başqa çarə yox idi. Yalnız Diu, Hindistan və Bahadır şah Qücərati təhlükədə deyildi. I Manuel (Portuqaliya) zəfərlərindən sonra müsəlman dünyasını məhv etməklə təhdid etmiş və Məkkə və Ciddəni məhv edəcəyini elan etmişdi. 1531-ci ildə Diu mühasirəsində, Nuno da Cunhanın başçılıq etdiyi Portuqaliya İmperatorluğu donanması ilə Mustafa Bayramın idarəsindəki Osmanlı İmperatorluğu donanması və Qucarat sultanlığı qarşı -qarşıya gəldi.
Dənizçi ürəyi (film, 1986)
== Məzmun == Kinooçerk balıq sənayesi əlaçısı, uzaq səfərlər kapitanı, SSRİ Dövlət Mükfatı laureatı Zaur Sadıqzadə haqqındadır.
Müqəddəs Nikola dənizçi kafedralı
Müqəddəs Nikola dənizçi kafedralı (rus. Никольский морской собор, tam adı Müqəddəs Nikolay şərəfinə kafedral kilsə) – Peterburqun mərkəzində, Nikola meydanında yerləşən böyük pravoslav kafedral kilsə, məbəd Rus pravoslav kilsəsinin Sankt-Peterburq yeparxiyasının tabeliyindədir. Kilsənin başçısı - protoierey Boqdan Soykodur. Əraziyə bitişik yerlərdə o zaman bir mərtəbəli qışlaq binalarla tikilmişdi. Burada Hərbi-Dəniz təsisatın xidmətçiləri yaşayırdı. Bu haqqda yaxınlıqda yerləşən Kanoner küçəsinin və Kanoner döngəsinin adları deyilir («kanonir» və ya «kanoner» topçu deməkdir). Günümüzə qədər 1788—1789-cu illərə aid Nikola bazarının daş binaları mühafizə edilmişdi. Kafedralın tikinti yeri uğurla bir tərəfdən cənubi Alay həyəti, bir tərəfdən isə su yollarının yaxınlığı ilə - Fontanka, Qriboyedov və Krükov kanallarla müəyyən edilmişdi. Nikola dənizçi kafedralı əvvəlki taxtadan inşa olunmuş kiçik məbədin yerində «dəniz alay kilsəsi» kimi 1753-cü ildən 1762-ci ilə qədər, Admirallıq-kolleqiyasının baş memarı Savva Çevakinskinin layihəsi əsasında inşa olunmuşdu. Kafedral kilsə eyni anda təxminən 5 min adamı yerləşdirə bilir.
Bakı Fəhlə, Əsgər və Dənizçi Deputatları Soveti
Bakı Soveti, Bakı Fəhlə və Hərbi Deputatları Soveti, Bakı Fəhlə və Əsgər Deputatları Soveti, Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti və ya Bakı Fəhlə, Əsgər və Dənizçi Deputatları Soveti — 1917-ci ilin martından 1918-ci il 31 iyula qədər Bakıda fəaliyyət göstərmiş hakimiyyət orqanı. == Tarixi == === Yaradılması === Rusiyada 1917-ci il Fevral inqilabından sonra Bakıda, həmçinin digər şəhərlərdə ikinci hakimiyyət orqanı kimi Fəhlə Deputatları Soveti və Hərbi Deputatları Soveti yaradılırdı. Bakı Rayonu Fəhlə Deputatları Soveti ilə Hərbi Deputatları Sovetinin birləşməsi nəticəsində yaradılan Bakı Soveti onların içərisində ən nüfuzlusu hesab edilirdi. O, 7 mart 1917-ci il tarixində təsis edilmişdir. Martın 8-də elan olunmuş müraciətdə bildirilirdi ki, Bakı fəhlələrinin 2/3-dən çoxu seçkilərdə iştirak etmişdir. Sovetin tərkibinə 52000 fəhlə və qulluqçu tərəfindən seçilən və əksəriyyəti ermənilərdən ibarət olan 9-u bolşevik, digərləri isə menşevik və eserlərdən ibarət 52 deputat daxil idi. Sovetinin İcraiyyə Komitəsi və komitəyə rəhbərlik üçün sədr, iki müavin və iki katibdən ibarət rəyasət heyəti seçilmişdi. Sovetin birinci iclasının sədri menşevik Qriqori Ayollo, katibi isə o zaman menşevik olan M.N.Mandelştam idi. Martın 8-də Stepan Şaumyan qiyabi olaraq sovetin sədri seçildi. Sovetin İcraiyyə komitəsinə isə bolşeviklərdən İ.Fioletov, İ.Ter-Qabrielyan, eserlərdən isə V.İ.Soçnev daxil idi.
"Quba" gəmisinin dənizçilərinə qoyulmuş abidə
"Quba" gəmisinin dənizçilərinə qoyulmuş abidə — 1857-ci il sentyabrın 14-də Xəzər dənizində tədqiqat aparan "Quba" gəmisinin Şüvəlan burnu yaxınlığında batması nəticəsində dünyasını dəyişmiş dənizçilərə qoyulmuş abidə. Hadisə nəticəsində ekipajın 22 üzvü dünyasını dəyişib, 57 nəfər isə xilas edilib. Bu faciədən sonra gəmilərin təhlükəsizliyi üçün Abşeronda mayakların inşasına başlayıblar. 1889-cu ildə Şüvəlanda qoyulmuş abidənin müəllifi İohan Edeldir. == Tarixi == Çar Rusiyası Azərbaycan xanlıqlarının işğalını başa çatdırdıqdan sonra 1850-ci illərin sonlarından etibarən Xəzər dənizini xüsusi Xəzər astronomik və hidroqrafik eskpedisiya tərəfindən tədqiq etməyə başlayır. Ekspedisiyanın əsas vəzifələri Xəzər dənizinin tam araşdırılması, onun dənizçilikdə istifadəsi üçün dəqiq xəritəsinin çıxarılması idi. Ekspedisiyaya mütəxəssis hidroqraf olan 2-ci dərəcəli kapitan Nikolay İvanşintsov rəhbərlik edirdi. 1856-cı ildə ekspedisiya fəaliyyətə başlayır. Lakin elə həmin ildə ekspedisiyanın astronomu vəbadan dünyasını dəyişir. 1857-ci il sentyabrın 11-də Rusiya imperiyası tərəfindən təchiz edilmiş Xəzər astrohidroqrafik ekspedisiyası Xəzərin daha dəqiq xəritəsinin tərtib edilməsi üçün dəyərli məlumatlarla birgə Həştərxandan Bakıya göndərilib.
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi — Azərbaycanda fəaliyyət göstərmiş ali hərbi təhsil müəssisəsi. == Haqqında == Bakı Ali Hərbi Dənizçilik Məktəbində 1992-ci ildən başlayaraq dənizçi zabitlərlə yanaşı Silahlı Qüvvələrin quru qoşunları üçün mütəxəssislərin də hazırlığı təşkil olunmuşdur. Burada dənizçilər üçün tədris müddəti 5 il, quru qoşunlarının zabitləri üçün 4 il olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 20.08.2001-ci il tarixli fərmanı ilə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin adı dəyişdirilib ona Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adı verilmişdir. 1999-cu ildən məktəbdə NATO standartlarına uyğun tədris proqramı həyata keçirilir və bu proqrama uyğun olaraq məktəb Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün 5 hərbi ixtisas üzrə zabit kadrlar hazırlayır. 1999-cu ildən yeni proqramla tədris keçən kursantlara 4 il təhsil aldıqdan sonra "leytenant" hərbi rütbəsi verilir və onlar Dənizçilik Məktəbinin nəzdində təşkil edilmiş 1 illik zabit ixtisas kursunda təhsillərini davam etdirirlər. 20 avqust 2001-ci il tarixdə prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün kadr hazırlığının sonrakı inkişafı məqsədilə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin adı dəyişdirilərək Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adlandırıldı. Bununla da məktəbin respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu artdı. 1999-cu ildən məktəbdə dəyişikliklərlə əlaqədar təhsil yeni proqramlara keçmişdir. 2003-cü ildə bu proqramlar təkmilləşdirilərək Azərbaycan Respublikasının müdafiə naziri və təhsil naziri tərəfindən təsdiq olunmuşdur.
Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci
Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci — Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində fəaliyyət göstərən orta-ixtisas təhsili müəssisəsi. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxildir. == Təcrübə == Kollec tələbələrinin əksəriyyəti təcrübəni "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC strukturuna aid müəssisələrdə keçirlər. Təcrübə müddətində Xəzər Dəniz Neft Donanmasına və "Zığ" Gəmi Təmiri və Tikintisi Zavoduna daha çox tələbə cəlb edilir. Qeyri-dəniz profilli ixtisaslarda təhsil alan tələbələr isə ixtisasa uyğun olaraq müxtəlif müəssislərdə təcrübə keçirlər. == Tarixi == Azərbaycan Dənizçilik Kolleci Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli 197 saylı qərarına əsasən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilməklə Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlandırılmışdır. Azərbaycan Dənizçilik Kolleci özünün 87 illik fəaliyyəti dövründə müxtəlif adlarla ayrı-ayrı dövrlərdə keçmiş SSRİ nazirliklərinin və baş idarələrinin tabeliyinə verilmişdir. Belə ki, Kollec 1930–1945-ci illərdə Ümumittifaq Dövlət Balıq Təsərrüfatı Birliyinin tabeliyində olmaqla Zaqafqaziya Dəniz Balıq Sənayesi Texnikumu, 1946–1955-ci illərdə Azərbaycan SSR Balıq Sənayesi Nazirliyinin, 1956–1959-cu illərdə Xalq Təsərrüfatı Şurasının, 1960–1962-ci illərdə Ali və Orta İxtisas Təhsili Komitəsinin tabeliyində Azərbaycan Dövlət Balıq Sənayesi Texnikumu adlandırılmışdır. 1963–1980-ci illərdə SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Xəzər hövzəsinin Baş Balıq Sənayesi İdarəsinin ("Xəzərbalıq") və 1980–1991-ci illərdə həmin nazirliyin Xəzər hövzəsinin Ümumittifaq Balıq Sənaye Birliyinin ("Xəzərbalıq"), 1992-ci ildən 2000-ci ilin birinci yarısına kimi "Azərbalıq" Dövlət Konserninin, 2000-ci ilin ikinci yarısından etibarən isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə keçirilmiş və Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli qərarına əsasən isə 2010-cu ildən etibarən Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci adlandırılmışdır. Azərbaycan Dənizçilik Kolleci Respublikanın orta ixtisas təhsil müəssisələri sırasında özünəməxsus dəsti-xətti olan, Qafqaz regionunda yeganə təhsil ocağıdır ki, balıq sənayesi üçün ixtisaslı balıqçı kadrları hazırlamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti Xəzər hərbi dənizçilikdə
Azərbaycan Xalq Cümhuriyyəti Xəzər hərbi dənizçilik- Azərbaycan Respublikası öz fəaliyyətinə başladığı dövrdə hərbi-siyasi şərait, Antantanın, Üçlər İttifaqı ölkələrinin və Sovet Rusiyasının qarşılıqlı təsirindən Xəzər bölgəsində yaranmış geosiyasi rəqabət özünəməxsus mürəkkəbliyi və gərginliyi ilə fərqlənirdi. 1918–1920-ci illərdə Avrasiyanın ən mühüm geosiyasi vəziyyətini dəyişdirən amillərdən birinə çevrilmiş Xəzər bölgəsinin qlobal hərbi-siyasi hadisələrini və dünya ölkələrinin hərbi-strateji inkişafına əsaslı təsir göstərmişdir. == Xəzər dənizi AXC == 1917-ci il Fevral inqilabı Rusiya imperiyasını kökündən silkələyən ən böyük sosial-siyasi kataklizm olmuşdur. Oktyabr bolşevik çevrilişindən sonra keçmiş nəhəng imperiyanın ərazisində vətəndaş müharibəsinə gətirib çıxarmışdır. Bu hadisələr öz növbəsində uzaq bölgələrdə, о cümlədən Azərbaycanda öz təsirini göstərməyə bilməzdi. Hər iki bloka düşmən kəsilən hərbi-siyasi amilin – Sovet Rusiyası amilinin ortaya çıxması şəraitində Orta Şərqdə Xəzər bölgəsində öz nəzarətini yaratmaq uğrunda geosiyasi mübarizə daha da güclənmiş və yeni vüsət almışdır. Bu geosiyasi mübarizədə məqsədə çatmaq üçün Qafqazın ən böyük sənaye mərkəzi olan Bakı bir növ açar rolu oynayırdı, müharibə ərəfəsində Bakı Rusiya imperiyası neftinin dörddə üç, dünya neftinin 15 faizini verirdi. Xəzər dənizinin ən böyük limanı sayılan Bakını tutmaq Xəzər dənizinin bütün akvatoriyasını tam nəzarət altına almaq üçün geniş imkanlar açırdı. Həm də Bakıda onlarla Neftayırma zavodu və digər böyük sənaye müəssisələri yerləşmişdi. Şimali Qafqazla Cənubi Qafqazı birləşdirən əsas magistral yolların – dəmir yolunun, şose və torpaq yollarının Azərbaycan ərazisindən keçməsi Xəzər Hərbi Donanmasının Bakıda yerləşdirilməsi üçün mühüm hərbi-strateji amil hesab edilirdi.
Bakı Ali Hərbi Dənizçilik Məktəbi
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi — Azərbaycanda fəaliyyət göstərmiş ali hərbi təhsil müəssisəsi. == Haqqında == Bakı Ali Hərbi Dənizçilik Məktəbində 1992-ci ildən başlayaraq dənizçi zabitlərlə yanaşı Silahlı Qüvvələrin quru qoşunları üçün mütəxəssislərin də hazırlığı təşkil olunmuşdur. Burada dənizçilər üçün tədris müddəti 5 il, quru qoşunlarının zabitləri üçün 4 il olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 20.08.2001-ci il tarixli fərmanı ilə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin adı dəyişdirilib ona Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adı verilmişdir. 1999-cu ildən məktəbdə NATO standartlarına uyğun tədris proqramı həyata keçirilir və bu proqrama uyğun olaraq məktəb Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün 5 hərbi ixtisas üzrə zabit kadrlar hazırlayır. 1999-cu ildən yeni proqramla tədris keçən kursantlara 4 il təhsil aldıqdan sonra "leytenant" hərbi rütbəsi verilir və onlar Dənizçilik Məktəbinin nəzdində təşkil edilmiş 1 illik zabit ixtisas kursunda təhsillərini davam etdirirlər. 20 avqust 2001-ci il tarixdə prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün kadr hazırlığının sonrakı inkişafı məqsədilə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin adı dəyişdirilərək Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adlandırıldı. Bununla da məktəbin respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu artdı. 1999-cu ildən məktəbdə dəyişikliklərlə əlaqədar təhsil yeni proqramlara keçmişdir. 2003-cü ildə bu proqramlar təkmilləşdirilərək Azərbaycan Respublikasının müdafiə naziri və təhsil naziri tərəfindən təsdiq olunmuşdur.
Beynəlxaq Dənizçilik Təşkilatı
Dənizçilik məktəbinin binası (Taqanroq)
Dənizçilik məktəbinin binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Bina Taqanroq şəhəri Turqenev xiyabanı ev 10 ünvanında yerləşir. 1840-cı illərdə inşa edilmişdir. == Tarixi == 1808-ci ildə Nikolayev Taqanroqda Şmidt küçəsi ev 14 ünvanında bina inşa edir. İlk əvvəllər bina gömrük təsisatları üçün istifadə edilmişdi. Sonradan binada iqtisad məhkəməsi yerləşirdi. 1813-cü il məlumatına görə isə binada tikinti komitəsi yerləşirdi. 1819-cu ildə kofayət qədər ərazinin olmaması səbəbindən binanın ikinci mərtəbəsi inşa edilmişdir. 1844 - 1853 illərdə knyaz Livene burada kansilyari açmışdır. Binanın girişinfə hər zaman gözətçi olmuşdur.
Hərbi Dənizçilərin Həyatı (1923)
Hərbi dənizçilərin həyatı (film, 1923)
Koreya Milli Dənizçilik Muzeyi
Koreyanın Milli Dənizçilik Muzeyi (Koreya dilində 국립 해양 박물관) bir Koreya dəniz muzeyi və Koreya Respublikasında üçüncü ən böyük muzeydir. Muzey 9 iyul 2012-ci ildə açıldı və Busan, Yeongdo-gu, Dongsam-dong-da yerləşir. Koreyanın Milli Dənizçilik Muzeyi, dəniz mədəniyyəti və sənayesi irsini araşdırmaq, qorumaq və tədqiq etməklə dəniz sənayesini və mədəniyyətini tanıtmaq üçün qurulan Koreyanın təmsilçi dəniz muzeyidir. Bir mədəniyyət kompleksinə çevrilən muzey, insanlara təhsil proqramları təqdim edərək, sərgilər təşkil edərək və ziyarətçilərlə qarşılıqlı əlaqə quraraq okeanın dəyərini başa düşməyə və yaşamağa imkan verir. == Tarixçəsi == 2006 Koreya Milli Dəniz Muzeyinin yaradılması layihəsi üçün əvvəlcədən texniki-iqtisadi əsaslandırma aparıldı. Muzey, Koreya Milli büdcəsinə dair konqres qərarı zamanı 2007 BTL layihəsi olaraq elan edildi. 2007 Fizibilite və uyğunluq araşdırması ilə obyektlərin əsas planı hazırlandı. Koreya Milli Dənizçilik Muzeyi obyektlərinin əsas planı açıqlandı. Koreyanın Milli Dənizçilik Muzeyinin inşası üçün Məsləhət Komitəsi yaradıldı. 2008 İcra müqaviləsinin sona çatması üçün danışıqlar başladı.
Mən Xəzər dənizçisiyəm (film, 1961)
Rostov Dənizçilik Uçilişinin sinif binası
Rostov Dənizçilik Uçilişinin sinif binası - Rostov-na-Donu şəhərinin ərazisində, Sedov küçəsi, ev 8/2 ünvanında yerləşən bina. Bina 1896-cı ildə Rostov Dənizçilik Uçilişinin sinif binası kimi inşa edilmişdir. Binanın layihəsi Vladimir Kaproviç Şkitkoya məxsusdur. Rostov Dənizçilik Uçilişinin sinif binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Don diyarı ərazisində, Rostov-na-Donu ərazisində 1876-cı ildə dənizçilik sinifləri təşkil olunmuşdur. İlk əvvəl siniflər icarəyə götürülmüş binalarda fəaliyyət göstərirdi. Müəsissə üçün bina 1896-cı ildə inşa edilmişdir. Bina Verxnebulvarn küçəsində qərarlaşır. Layihənin rəhbəri Vladimir Kaproviç Şkitko olmuşdur. 1914-cü ildə binanın yaxınlığında Rostov Dənizçilik Uçilişinin əsas korpusu inşa edilmişdir.
Rostov Dənizçilik Uçilişinin əsas korpusu
Rostov Dənizçilik Uçilişinin əsas korpusu - Rostov-na-Donu şəhərinin ərazisində, Sedov küçəsi, ev 8/2 ünvanında yerləşən bina. Bina 1914-cü ildə inşa edilmişdir. Hazırda binada Q. Y. Sedov adına su nəqliyyatı institutu yerləşir. Rostov Dənizçilik Uçilişinin əsas korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Rostov-na-Donu şəhərində ilk dənizçilik sinifləri 1876-cı ildə açılmışdır. 1896-cı ildə isə Rostov Dənizçilik Uçilişinin sinif binası inşa edilmişdir. XX əsrin əvvələrində artıq bina tamamən dolduğundan yeni tədris korpusunun inşasına ehtiyac yaranmışdır. Rostov Dənizçilik Uçilişinin əsas korpusu binası 1914-cü ildə Rostov Dənizçilik Uçilişinin sinif binası yaxınlığında inşa edilmişdir. 1974-cü ildə binanın fasadında memorial lövhə vurulmuşdur. Bu lövhədə yazılır: «Bu binada Mixail Prokofeviç Belousov və Nikolay Aleksadroviç Lunin dənizçilik sahəsində təhsil almışdır.
Subasımı (dənizçilik)
Subasımı, üzən bir cismin daşırtdığı (yerini dəyişdirtdiyi) suyun miqdarıdır. Cismin suyun altındakı hissəsinin həcmi ilə suyun sıxlığının hasilinə bərabərdir.</br> F = mcisim x g F qaldırma = V batma xd maye xg (Mayenin qaldırıcı qüvvəsi cismi qaldırdığı üçün qaldırıcı qüvvə və cismin çəkisi bir-birinə bərabərdir.) mcisim x g = Vbatan x d maye x g (Lazımi sadələşdirmələr aparıldıqda;) Vbatan x dmaye = mcisim </br>Nəticə etibarı ilə cismin suda yerdəyişməsi və ya yerdəyişməsinin həcmi obyektin həcminə bərabər olur.</br> Qeyd: Bu üsulla batan cisimlərin kütləsi ölçülə bilməz.
Xəzər dənizçiləri (film, 1944)
Tammetrajlı sənədli filmdə müharibə dövrünün ən vacib kommunikasiyası olan Xəzər dənizinin müdafiəsində Xəzər dənizçilərinin qəhrəmanlığından, igidliyindən və qorxmazlığından bəhs olunur. Filmin əvvəlki iki hissəsində Xəzərin sahilindəki dinc həyatdan, liman şəhərləri əhalisinin əməyindən, Lənkəranın subtropik plantasiyalarından, Türkmənistan pambıqçılarından, Xəzər dənizçilərinin istirahətindən, köhnə Bakının tarixindən, onun abidələrindən, şöhrətli Xəzər donanmasından-cəsur dənizçilərdən, gəmi təmirçilərindən, "qara qızıl"dan danışılır. Hitlerin Bakını almaq planını təsvir edən xarici kinoxronika göstərilir. Sonra filmdə Qafqaz dağlarından, Xəzər dənizində dənizçilərin müdafiədə necə durmalarından, cəbhəyə yanacaq və hərbi ləvazimat göndərilməsindən, Volqada, Həştərxanda bombardman zamanı yanğınların baş verməsindən, "Ağamalı oğlu" tankerinin düşmən təyyarələri tərəfindən bombalanmasından və s.-dən söhbət açılır. Film Qafqaz uğrunda döyüşlərin başlaması ilə qurtarır. Rejissor: Qriqori Aleksandrov, N. Bolşakov Ssenari müəllifi: Qriqori Aleksandrov, N. Bolşakov Mətnin Müəllifi: B. Aqapov Operator: Cavanşir Məmmədov, N. Bolşakov, Q. Donets, Vladimir Yeremeyev, Seyfulla Bədəlov Bəstəkar: Qara Qarayev Səs operatoru: V. Kotov, Y. Kaşkeviç Rejissor assistenti: Niyazi Bədəlov Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
Beynəlxalq Dənizçilik, Kəşfiyyat və Ətraf Mühit Filmləri Festivalı
Beynəlxalq Dəniz Filmləri Festivalı, kəşfiyyat və ətraf mühit (fr. Festival international du film maritime, d'exploration et d'environnement de Toulon) - Fransanın cənub-şərqində Provans-Alp-Kot-d'Azür bölgəsində, Var departamentində daxil olan Tulon kommunasında keçirilən beynəlxalq film festivalı. Festival 1954-cü ildən etibarən hər il təşkil olunur və əsasən sualtı dünya, dəniz və ətraf mühit mövzuları ilə bağlı filmlər nümayiş olunur. Sualtı fotoqrafiyanın qabaqcıllarından sayılan Fransada festival ilk illər də, həvəskar şəkildə təşkil edilib, 80-cı illərdən etibarən isə daha ciddi büdcə və iştirakçı sayı ilə baş tutmuşdur. Tədbir YUNESKO və Beynəlxalq Kino və Televiziya Şurası tərəfindən də dəstəklənməkdədir.
Azərbaycan Dənizçilik Kolleci
Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci — Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində fəaliyyət göstərən orta-ixtisas təhsili müəssisəsi. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxildir. == Təcrübə == Kollec tələbələrinin əksəriyyəti təcrübəni "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC strukturuna aid müəssisələrdə keçirlər. Təcrübə müddətində Xəzər Dəniz Neft Donanmasına və "Zığ" Gəmi Təmiri və Tikintisi Zavoduna daha çox tələbə cəlb edilir. Qeyri-dəniz profilli ixtisaslarda təhsil alan tələbələr isə ixtisasa uyğun olaraq müxtəlif müəssislərdə təcrübə keçirlər. == Tarixi == Azərbaycan Dənizçilik Kolleci Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli 197 saylı qərarına əsasən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilməklə Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlandırılmışdır. Azərbaycan Dənizçilik Kolleci özünün 87 illik fəaliyyəti dövründə müxtəlif adlarla ayrı-ayrı dövrlərdə keçmiş SSRİ nazirliklərinin və baş idarələrinin tabeliyinə verilmişdir. Belə ki, Kollec 1930–1945-ci illərdə Ümumittifaq Dövlət Balıq Təsərrüfatı Birliyinin tabeliyində olmaqla Zaqafqaziya Dəniz Balıq Sənayesi Texnikumu, 1946–1955-ci illərdə Azərbaycan SSR Balıq Sənayesi Nazirliyinin, 1956–1959-cu illərdə Xalq Təsərrüfatı Şurasının, 1960–1962-ci illərdə Ali və Orta İxtisas Təhsili Komitəsinin tabeliyində Azərbaycan Dövlət Balıq Sənayesi Texnikumu adlandırılmışdır. 1963–1980-ci illərdə SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Xəzər hövzəsinin Baş Balıq Sənayesi İdarəsinin ("Xəzərbalıq") və 1980–1991-ci illərdə həmin nazirliyin Xəzər hövzəsinin Ümumittifaq Balıq Sənaye Birliyinin ("Xəzərbalıq"), 1992-ci ildən 2000-ci ilin birinci yarısına kimi "Azərbalıq" Dövlət Konserninin, 2000-ci ilin ikinci yarısından etibarən isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə keçirilmiş və Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli qərarına əsasən isə 2010-cu ildən etibarən Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci adlandırılmışdır. Azərbaycan Dənizçilik Kolleci Respublikanın orta ixtisas təhsil müəssisələri sırasında özünəməxsus dəsti-xətti olan, Qafqaz regionunda yeganə təhsil ocağıdır ki, balıq sənayesi üçün ixtisaslı balıqçı kadrları hazırlamışdır.

Значение слова в других словарях