Meri-eks göydələni
Gherkin — Londonun memarlıq rəmzinə çevrilən və britaniyalıların "Gherkin" adlandırdıqları 40 mərtəbəli "St. Mary Axe" binası. 2014-cü ilin yay aylarında satışa çıxarılan bu binanı braziliyalı investor Joseph Safra Londonun mərkəzində yerləşən Gherkin binası üçün 726 milyon funt sterlinq (1.1 milyard dollar) təklif edib.
Göydələn 2001–2004-cü illərdə məşhur britaniyalı arxitektor Norman Fosterin layihəsilə tikilib.
Tikintisi 400 milyon dollara başa gələn və 180 metr hündürlüyündə olan bina elə layihələşdirilib ki, bu tipli digər binalarla müqayisədə 2 dəfə az elektrik enerjisi sərf edir.
Bu səbəbdən "Gherkin" binasını çoxları "ekoloji göydələn" adı ilə də çağırırlar. Gherkin həm də turşuya qoyulmaq üçün yararlı olan kiçik xiyar növlərinin adıdır.
"Gherkin" Londonun əsas rəmzlərindən birinə çevrilərək müasir memarlıq sənətininin ən məşhur nümunələrindən sayılır.
"Evans Randall" şirkətilə şərikli əsasda binanın sahibi olan Almaniyanın "IVG Immobilien" şirkəti 2013-cü ildə müflis oluğunu elan etmişdi.
Hesablamalara görə, Londonun müasir mənzərəsini yaradan 10 ən məşhur binasının ümumi dəyəri 11 milyard dollar təşkil edir.