EKSFOLİASİYA
is. \[ing. exfoliation < lat. ex- "ayrılma" mənasını verən önşəkilçi + foliaceus "yarpaq kimi, yarpağabənzər"\] 1. tib. Süd dişlərinin təbii yolla tökülməsi.
2. 1) tib. Dərinin təbii yolla qabıq verərək soyulması; 2) kosmet. Dərinin ölü dəri hüceyrələrindən soyularaq təmizlənməsi; pilinq. Əllərə qulluq sahəsində ən vacib mərhələ- lərdən biri dərinin hüceyrələrini bərpa edən, buynuzlaşmış hissəni aradan qaldıran, ona parlaq və düz səth bəxş edən - əl dərisinin eksfoliasiyası (pilinq) sayılır. ("Art of beauty jurnalı", №6, 2012, səh. 52.)