EKZONİM

is. \[yun. ἔμσ "olmayan" + ὄλνκα "ad"\] dilç. Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektin adının xarici dillərdə istifadə edilən və Azərbaycan Respublikasının dövlət dilindən fərqli olan forması.
EKZEKVATURA
EKZOTERİK
OBASTAN VİKİ
Azərbaycan (ekzonim)
Azərbaycan — müxtəlif dövrlərdə Şimali və Cənubi Azərbaycan üçün hal-hazırda müasir Azərbaycan Respublikası üçün istifadə edilən toponim. == Etimologiya == "Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir. Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropat Midiyası və ya sadəcə Atropatena adlandırılır. Qədim müəlliflər həmçinin Atropatena üçün Kiçik Midiya adını istifadə edirlər. "Aturpatkan" toponimindən orta dövr fars dili toponimi "Adərbadqan" (fars. Âzarâbâdagân‎) vasitəsilə "Azərbaycan" toponimi ortaya çıxır. Bu ərazinin sakinləri irandilli midiyalılar idi. Midiya Atropatenası coğrafi olaraq böyük hissəsi Cənubi Azərbaycanı və həmçinin Araz sərhəd olmaqla Azərbaycan Respublikasının cənub-şərqini əhatə edirdi. Ancaq eramızdan əvvəl II əsrin əvvəllərində Atropatenanın siyasi gücü Azərbaycan Respublikasında yerləşən Naxçıvana qədər yayılmışdı. Orta əsr ərəb coğrafişünasları ekzonimi fərqli şəkildə, şəxs adı Adarbadordan xalq etimologiyasının nəticəsi kimi əmələ gəlmiş olaraq şərh ediblər.
Köhnə Azərbaycan ekzonimlərinin siyahısı
Köhnə Azərbaycan ekzonimlərinin siyahısı — 1940-cı illərə kimi Azərbaycan dilində (həmçinin orta azərbaycanca və qədim azərbaycanca) qeyd olunmuş ekzonimlər. SSRİ hökuməti Azərbaycan Xalq Cümhuriyyətini işğal etdikdən sonra Azərbaycan istilahatına aid çox sözlər "internasionalizmlər" ilə əvəz olunur, Lenin tərəfindən başlanan və Stalin tərəfindən güclənən bu hərəkatın ən pik dönəmi 1937–1945-ci illər olur. Ərəb qrafikalı Azərbaycan əlifbasından latın əlifbasına keçmə nəticəsində bir çox istilahlar unudulur və coğrafi istilahata getdikcə ruscadan gələn sözlər çoxalır.[mənbə göstərin] == Adlar == === Belarus === === Çin === === Ermənistan === Tarix boyu Ermənistan hökumətləri yaşayış məntəqələrin adlarını rəsmi olaraq dəyişsə də, Azərbaycan hökuməti Qərbi Azərbaycanın tarixi şəhərlərinin orijinal adlarını işlədir (bax Ermənistanın adları dəyişdirilmiş şəhərlərinin siyahısı) === Fransa === === Gürcüstan === 1936-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı (НКВД) və Mərkəzi İcra Komitəsinin (ЦИК СССР) sənədinə görə Gürcüstan SSR-nin yaşayış məntəqəsinin adları bütün sovet xalqlarının dillərində gürcü dilindəki adının transkripsiyası olmalıdır. Bir çox yaşayış məntəqələrinin adlarına sadəcə "İ" hərfi əlavə olunub. === Hindistan === Britaniya imperiyasından azadlıq əldə edən Hindistan etnik cəhətdən həssas addəyişmə siyasətini aparır (və bu yalnız yaşayış məntəqələrinə aid deyil, həmçinin küçə adları, simvolikalar və s.). Bharatiya Canata Partiyası (BJP) 1990-cı və 2001-ci illərdə Əhmədabad şəhərini Karnavati olaraq və Allahabad şəhərini Prayaqrac olaraq dəyişdi. Prayaqrac adının qəbul edilməsindən sonra BJP rəsmisi bildirib: "Bu gün BJP hökuməti Əkbərin etdiyi səhvi nətər lazımdı düzəltdi". 2018-ci ildə Övrəngabad şəhəri Çhatrapati Sambhaci Naqar və Osmanabad şəhəri Dharaşiv olaraq dəyişdirildi. Maharaştra ştatının rəisi Uddhav Thackerey 2020-ci ildə qeyd etdi ki, bunların səbəbi «islami» adlardan hindu adlarına keçməkdir. Hindistan mədəniyyəti etnik və dini qrupların əsrlər boyu bir-bir ilə sülh içində yaşamaqda idi, lakin Hindistan şəhərlərinin və yerlərinin adlarının dəyişdirilməsi kimi hadisələr bu qruplar arasında əsas gərginliyi üzə çıxarır.

Digər lüğətlərdə