Ekzem
elastisch
OBASTAN VİKİ
Lotus Elan
Lotus Elan — Lotus Cars tərəfindən 1962–1975 və 1989–1995-ci illər arasında istehsal olunan idman avtomobili modelidir. 1962–1975-ci illərdə istehsal olunan Type 26, 26R Racing versiyası (S1 Elan), 36R Racing versiyası (S2 Elan), 36 Fixed Head Coupe, 45 Drop Head Coupe və “Type 50” +2 Coupe 1960-cı illərin Elanı olaraq bilinir. Onlar iki qapılı, arxa itələməli kupe və roadsterlər olmuşdurlar. Type M100, 1989–1995-ci illər arasında istehsal edilmiş və 1990-cı illərin Elanı kimi tanınan iki qapılı roadster (üstü açıq maşın) olmuşdu.
Ölmüş elan edilmə
Ölmüş elan edilmə — hər hansı bir şəxsin ölümü ilə bağlı birbaşa sübutun olmadığı (ona aid cəsədin, qalıqların, sümüklərin və s. tapılmadığı və ya qalmadığı) hallarda onun hüquqi baxımdan ölmüş elan edilməsidir. Beynəlxalq terminologiya olaraq əsasən "ölüm prezumpsiyası" kimi işlədilsə də bu cür ifadə Azərbaycan Respublikasının qanunvericiliyində istifadə olunmur. Anlayışın mahiyyətinə uyğun müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsində əks olunmuşdur: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4.
Azərbaycanda elan olunmuş illərin siyahısı
2007-ci ildən etibarən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər bir il bir sahəyə həsr olunur. Bəzi illər müəyyən bir sahənin inkişafına diqqət ayırmaq üçün (məsələn, "Sənaye ili" və ya "Könüllülər ili") elan olunduğu halda, bəzi illər müəyyən hadisələrin yubileyini qeyd etmək üçün (məsələn, "Nizami Gəncəvi ili" və ya "Heydər Əliyev ili") elan olunur. Prezident tərəfindən ilin elan olunması adətən ilin əvvəlində – yanvar ayında baş versə də, bəzi hallarda bir neçə ay qabaqcadan da il elan olunur. Məsələn, "Heydər Əliyev ili" 2022-ci ilin sentyabr ayında elan olunmuşdur. İllə bağlı keçiriləcək tədbirlər planı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən hazırlanır. İl çərçivəsində ölkədə bir çox tədbirlər keçirilir, poçt markaları buraxılır.
Azərbaycanda dövlət varidatı elan edilən filmlər
Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısı — bu siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə təsdiq edilmiş sənədə əsasən hazırlanmışdır. == Siyahı == Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlər bunlardır: "Sevil" (1929-cu ildə çəkilmişdir); "Lətif" (1930-cu ildə çəkilmişdir); "İsmət" (1934-cü ildə çəkilmişdir); "Mavi dənizin sahilində" (1935-ci ildə çəkilmişdir); "Almaz" (1936-cı ildə çəkilmişdir); "Bakılılar" (1938-ci ildə çəkilmişdir); "Kəndlilər" (1939-cu ildə çəkilmişdir); "Səbuhi" (1941-ci ildə çəkilmişdir); "Bir ailə" (1943-cü ildə çəkilmişdir); "Arşın mal alan" (1945-ci ildə çəkilmişdir); "Görüş" (1955-ci ildə çəkilmişdir).
Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısı
Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısı — bu siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə təsdiq edilmiş sənədə əsasən hazırlanmışdır. == Siyahı == Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlər bunlardır: "Sevil" (1929-cu ildə çəkilmişdir); "Lətif" (1930-cu ildə çəkilmişdir); "İsmət" (1934-cü ildə çəkilmişdir); "Mavi dənizin sahilində" (1935-ci ildə çəkilmişdir); "Almaz" (1936-cı ildə çəkilmişdir); "Bakılılar" (1938-ci ildə çəkilmişdir); "Kəndlilər" (1939-cu ildə çəkilmişdir); "Səbuhi" (1941-ci ildə çəkilmişdir); "Bir ailə" (1943-cü ildə çəkilmişdir); "Arşın mal alan" (1945-ci ildə çəkilmişdir); "Görüş" (1955-ci ildə çəkilmişdir).
Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısı
Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısı — bu siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə təsdiq edilmiş sənədə əsasən hazırlanmışdır. == Müəlliflər == Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflər bunlardır: Qətran Təbrizi; Məhsəti Gəncəvi; Əfzələddin Xaqani; Nizami Gəncəvi; Qazi Bürhanəddin; İmadəddin Nəsimi; Aşıq Qurbani; Şah İsmayıl Xətai; Məhəmməd Füzuli; Aşıq Abbas Tufarqanlı; Molla Pənah Vaqif; Molla Vəli Vidadi; Qasım bəy Zakir; Mirzə Fətəli Axundzadə; Həsən bəy Zərdabi; Seyid Əzim Şirvani; Xurşidbanu Natəvan; Mirzə Ələkbər Sabir; Nəcəf bəy Vəzirov; Aşıq Ələsgər; Cəlil Məmmədquluzadə; Əbdürrəhim bəy Haqverdiyev; Cəfər Cabbarlı; Əhməd Cavad; Mikayıl Müşfiq; Əhməd bəy Ağayev; Əli bəy Hüseynzadə; Nəriman Nərimanov; Məmməd Səid Ordubadi; Hüseyn Cavid; Əzim Əzimzadə; Yusif Vəzir Çəmənzəminli; Üzeyir Hacıbəyov; Səməd Vurğun; Əliağa Vahid.
Türk dilinin dövlət dili elan olunması haqqında qərar (1918)
Türk dilinin dövlət dili elan olunması haqqında qərar — Rusiya işğalından (1813) bəri Şimali Azərbaycanda türk dilinin dövlət dili kimi işlədilməsi haqqında ilk sənəd. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 27 iyun tarixli həmin qərarına əsasən, türk dili bütün ölkə ərazisində dövlət dili elan edildi. Bu qərar ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Bütün məhkəmə inzibati idarəçilik və digər vəzifələrin başında duranlar bu dili lazimi səviyyədə öyrənənədək Hökumət idarələrində rus dilindən də istifadə olunmasına yol verilirdi. Qəranın icrası ilə bağlı, milli kadrlar hazırlanmalı, bu sahədə tədris işi yenidən qurulmalı idi. Təhsilin milliləşdirilməsi bu sahədə atılan ilk addımlardan oldu. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən bütün ibtidai tədris müəssisələrində təhsil ana dilində aparılmalı və dövlət dili olan türk dilinin tədrisi icbari surətdə həyat keçirilməli idi. 1918-ci il dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəyin əmri ilə Azərbaycan-türk dili orduda da dövlət dili qəbul edilmişdi. Hökumət 1919-cu il fevralın 11-də Azərbaycan milli ordusunda türk dilində süvari qoşunları nizamnaməsinin təsdiqi haqqında qərar qəbul etmişdi. Azərbaycan Parlamentinin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi.
Eland
Eland — Baltik dənizində ada. Skandinaviya yarımadasının cənub şərq sahilləri yaxınlığındadır. İsveçə məxsusdur. Uzunluğu şimaldan cənuba 136 km, sahəsi 1342 km²-dir. Əsasən, moren çöküntülərilə örtülmüş əhəng daşından təşkil olunmuşdur. Ərazisində şam meşələri var. Əhalisi əkinçilik və maldarlıqla məşğul olur. Mühüm şəhəri Borqholmdur.
Elaninae
Boz çalağanlar (lat. Elaninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi. == Cins və növləri == Boz çalağan (Elanus) Bozumtul çalağan (Elanus caeruleus) Qara çiyinli çalağan (Elanus axillaris) Ağquyruq çalağan (Elanus leucurus) Yazılı çalağan (Elanus scriptus) Chelictinia Qayçıquyruq çalağan (Chelictinia riocourii) Macheiramphus Macheiramphus alcinus Gampsonyx İnci çalağan (Gampsonyx swainsonii) Elanoides Haçaquyruq çalağan (Elanoides forficatus) Azərbaycanda yaşayan növü yoxdur.
Elano Blumer
Elano Blumer (14 iyun 1981) — Braziliya məşqçisi və hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmiş keçmiş futbolçusu.
Elanoides
Elanoides forficatus
Elanoides forficatus (lat. Elanoides forficatus) — elanoides cinsinə aid quş növü.
Elanus
Boz çalağan (lat. Elanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Elanus axillaris
Elanus axillaris (lat. Elanus axillaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Elanus caeruleus
Bozumtul çalağan (lat. Elanus caeruleus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Elanus forficatus
Elanoides forficatus (lat. Elanoides forficatus) — elanoides cinsinə aid quş növü.
Elanus leucurus
Ağquyruq çalağan (lat. Elanus leucurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Elanus melanopterus
Bozumtul çalağan (lat. Elanus caeruleus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Elanus scriptus
Elanus scriptus (lat. Elanus scriptus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Poa bulbosa var. elanata
Soğanaqlı qırtıc (lat. Poa bulbosa) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid bitki növü. Paneion bulbosum var. viviparum (Koeler) Lunell Poa alpina Pall. ex Roem. & Schult. [Invalid] Poa attenuata var. desertorum (Trin.) Griseb. Poa briziformis Trab. Poa bulbillifera Chrtek& Hadac Poa bulbosa subsp.
Suxoy Elançik çayı
Suxoy Elançik çayı (əvvəlki adı Srednı Elançik) — Ukrayna və Rusiya ərazisindən axan çay. Mokrıy Elançik çayının sağ qolunu təşkil edir. Azov dənizi hövzəsinə aid bir çaydır. Çayın uzunluğu 77 kilometr təşkil edir. Su toplayıcı hövzəsinin sahəsi 515 km² təşkil edir. Enişi 1 km 1 metr təşkil edir. Vadisi V şəkilli formaya malikdir. Vadisinin evi 3 kilometrə qədər genişlənir. Eni isə 200 km-dir. Çaydan həm əkinçilik həm də balıqçılıqda istifadə edirlər.

Значение слова в других словарях