Ende

das; -s, -n 1. son, axır; aqibət, əncam, xatimə; dib; 2. (Spitze) uc; 3. (Seite) tərəf, yan; 4. (schließlich) nəhayət, ən axırı; am ~ nəhayət, axırda, əvvəl-axır; veralt. əlhasil; 5. (vielleicht) bəlkə; 6. am ~ sein gücdən düşmək; es geht mit ihm zu ~ o, ölür, əcəli gəlir; letzten ~s nəhayət, nəticədə, axırda; zu ~ gehen qurtulmaq, sona çatmaq, bitmək; ein ~ machen / setzen qurtarmaq, bitirmək, son qoymaq (D/); kein ~ nehmen sona (başa) çatmamaq, qurtarmamaq; das dicke ~ kommt noch çətini hələ qabaqdadır (qarşıdadır); fig. das ~ vom Lied işin sonu; zu ~ gehen başa gəlmək, bitmək; Spr. Unrecht kann kein gutes ~ haben! zülmün aqibəti olmaz!
Endbuchstabe
Endeffekt
OBASTAN VİKİ
Endeisa flava
Dendrobium densiflorum (lat. Dendrobium densiflorum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Callista densiflora (Lindl.) Kuntze Dendrobium clavatum Roxb. Dendrobium densiflorum var. clavatum Rolfe Dendrobium densiflorum f. parviflorum Regel Dendrobium schroederi B.S.Williams Endeisa flava Raf. Epidendrum dumunsuttu Buch.-Ham. ex Lindl.
Endemik
Endemik (yun. ἔνδημος — yerli) yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtimalı olmayan heyvan və ya bitki. Endemik bitkilər və heyvanlar məhdud areala sahibdirlər, bu səbəbdən sayları da az olur, onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Qırmızı kitaba tez-tez yazılırlar. Növlərin məhdud arealda yerləşmə xarakteristikası endemizm adlanır. Endemizimin inkişafına coğrafi izolyasiya və iqlim şəraiti kömək edir. Növ (və ya yarımnöv) üçün endemizm çox kiçik bir ərazi ilə son dərəcə məhdudlaşa bilər. Məsələn, qoyunboğanın arealı Menorka adasında (İspaniya) cəmi bir neçə kvadrat kilometr təşkil edir. Okean adaları, təcrid edilmiş dağ vadiləri endemik formalarla daha zəngindir. Xüsusilə Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir.
Endemik növlər
Endemik (yun. ἔνδημος — yerli) yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtimalı olmayan heyvan və ya bitki. Endemik bitkilər və heyvanlar məhdud areala sahibdirlər, bu səbəbdən sayları da az olur, onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Qırmızı kitaba tez-tez yazılırlar. Növlərin məhdud arealda yerləşmə xarakteristikası endemizm adlanır. Endemizimin inkişafına coğrafi izolyasiya və iqlim şəraiti kömək edir. Növ (və ya yarımnöv) üçün endemizm çox kiçik bir ərazi ilə son dərəcə məhdudlaşa bilər. Məsələn, qoyunboğanın arealı Menorka adasında (İspaniya) cəmi bir neçə kvadrat kilometr təşkil edir. Okean adaları, təcrid edilmiş dağ vadiləri endemik formalarla daha zəngindir. Xüsusilə Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir.
Enderbi Torpağı
Enderbi Torpağı (ing. Enderby Land) — Şərqi Antarktida ərazisinin bir hissəsi olaraq, 44°38' və 59°34' şərq uzunluğunda qərararlaşır. Qərbdən Kraliça Mod Torpağı, şərqdən isə Kemp Torpağı ilə əhatələnir. Kosmonavtlar dənizi sahillərini yuyur. Enderbi Topağının bir hissəsini təşkil edən Bernad yarımadasında 2300 metr hündürlüyə malik olan Neypier dağı yerləşir. Yarımada Kosmonavtlar dənizini Birlik dənizindən ayırır. Yarımada 100 km dəniz daxilinə uzanır. Buz qatının qalınlığı mərkəzi hissədə 2000—2500 metr təşkil edir. Bəzi sahələr buzdan tam azad ola bilir. Enderbi Torpağının şərq hissəsində dağ massivi yerləşir.
Herfindal – Hirşman indeksi (Herfindahl Endeksi (HHI))
Herfindal – Hirşman indeksi - Orris Herfindahl ve Albert Hirschman adlı iqtisatçılar tərəfindən irəli sürülmüş olan ve Herfindahl Endeksi (HHI) olaraq bilinən ölçü sistemi, hər hansı bir sektordakı rəqabət səviyyəsini müəyyən etməyə imkan verir. İndeksin formulu çox sadədir. Bir sektorda mövcud olan olan firmaların bazar paylarının kvadratları toplanır. Və çıxan nəticəyə əsasən sektordakı rəqabət səviyyəsi müəyyənləşir. HHI < 100 : Rəqabət səviyyəsi çox yüksəkdir HHI < 1000 : Bazar rəqabətlidir 1000 < HHI < 1800 : Bazar orta rəqabət səviyyəlidir HHI > 1800 : Bazarda rəqabət zəifdir. HHI = 10.000 : İnhisar bazarı Bir bazarda payları sırasıyla %80, %15 ve %5 olan üç firma olduğunu zənn edək. HHI formuluna görə hər üç rəqəmin kvadratları cəmini tapaq. 6400 + 225 + 25 = 6650 Bu nəticəyə görə bu bazardakı rəqabət səviyəsinin zəif olduğunu rahatlıqla demək olar.
Norm Ender
Ender Əroğlu və ya daha çox tanınan adı ilə Norm Ender (25 mart 1985, Bornova, İzmir) — Türk reper. 10 yaşında, Alman-Türk rep qrupu Carteldən ilhamlanandan sonra rep ilə maraqlanmağa başladı. Məktəbi bitirdikdən sonra 2001-ci ildə rep deməyə başladı və sonra Atv telekanalının yayımladığı Akademi Türkiye musiqi yarışmasına qatıldı. Əvvəlcə Akademi Türkiye yarışmasında pop musiqisini ifa etməyi xahiş edən Ender, yarışmanın tələbini yerinə yetirməkdən imtina etdi. Sonda Akademi proqramına rep kursu təqdim etdi. Ender Erman Altınoğlu və digər 3 nəfər ilə 5 nəfərdən ibarət NORM qrupunu yaratdı. Əslində bu qrupun yaradıcısı Erman Altınoğludur. Hərbi xidmətini başa vurduqdan sonra, 2010-cu ildə İçinde Patlar adlı solo rep albomu hazırladı. 2012-ci ildə yeni bir albom buraxacağını açıqladı. Bu albomu tanıtmaq üçün İzmir, Diyarbakır və Ankarada konsertlər verdi və səhnə adı Norm Ender solo buraxılışları üçün istifadə etməyə başladı.
Endespermum
Dalbergiya (lat. Dalbergia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Acouroa Aubl. Amerimnon P.Browne Coroya Pierre Drakensteinia DC. Drakenstenia Neck. Ecastaphyllum P.Browne Endespermum Blume Fornasinia Bertol. Hecastophyllum Kunth Miscolobium Vogel Podiopetalum Hochst. Pterocarpus P.J.Bergius Securidaca L. Semeionotis Schott Trioptolemea Mart. ex Benth. Triptolemea Mart. Dalbergia abrahamii Bosser & R.Rabev.
Endeisa
Dendrobium (lat. Dendrobium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Endemik zob
Endemik zob — müəyyən ərazidə yaşayan əhali arasında yayılmış xəstəlikdir. Qalxanabənzər vəzin proqressiv böyüməsi və onun funksional aktivliyinin dəyişməsi ilə xarakterizə olunur. Bu xəstəlik torpaq, su və qida məhsullarında yodun az olduğu ərazilərdə ən çox müşahidə edilir. Daha ağır endemiyalar dağlıq və dağətəyi ərazilərdə rast gəlir.