Picea glauca subsp. engelmannii
Engelman küknarı (lat. Picea engelmannii) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü.
Hündürlüyü 30–50 m-ə qədər, gövdəsinin diametri 90 sm-dır. Vətəni Şimali Amerikadır. Engelman küknarının çətiri möhkəm, piramida formalı, budaqları bir az sallaqdır. Uzunömürlüdür, 300-400 il yaşayır. İynəyarpaqları göyümtül, ucu biz, yumşaq, zoğlarda 10-15 il, mədəni şəraitdə 7-8 il qalır. Qabığı cavan yaşda qırmızı-qonur, sonradan açıq-qonur rəngdə olur. Dekorativ cəhətdən iynəli küknardan bir az aşağıdır. Qışa davamlıdır.