ENSİZ

прил. гьяркьуьвал тӀимил авай, гуьтӀуь, дар, сал (мес. куьче).
ENSİKLOPEDİYAÇI
ENSİZLƏŞDİRİLMƏK
OBASTAN VİKİ
Ermənistanda ensiz dəmiryolu
Ermənistanda ensiz dəmiryolu — ensiz dəmiryolları standart geniş dəmir yollarından fərqli olaraq, şəhərətrafı və ya şəhərlərarası nəqliyyatda sərnişin daşımaq üçün nəzərdə tutulmayıb. Ermənistandakı ilk ensiz dəmir yolu 1906-cı ildə İrəvanda açılır. Bu dəmir yolu şəhər konkasında istifadə edilir. Birinci Dünya müharibəsi zamanı Rusiya imperatorluğunun əsgərlərini, silahlarını, döyüş sursatını və ehtiyaclarını Rusiya-Türkiyə cəbhəsinə daşımaq üçün təcili hərbi dəmir yolları inşa edilir. Daha sonra bu dəmir yolları Türkiyə ərazisinə bitir. Bəziləri geniş relslərlə dəyişdirilir, digərləri isə sökülür. Ermənistandakı müasir ensiz dəmir yolları iki növə bölünə bilər: Böyük şəhərlərdə uşaq dəmir yolları Sənaye zavodlarında sənaye dəmir yolları. == İrəvan == === İrəvan konkası === 1906-cı ildə İrəvan şəhərində 914 mm ölçülü şəhər konkası açılmışdır. Konka 1918-ci ildə dağıdılır. 1933-cü ildə şəhərdə ilk geniş relsli tramvay xətti açılır.
Gədəbəy ensiz dəmiryolu xətti
Gədəbəy ensiz dəmiryolu xətti - Cənubi Qafqazda ilk dəmir yol xətti (1868-ci il). == Tarixi == Gədəbəyin ən baxımlı yerlərindən biri Qalakənddir. Rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir. Simens qardaşları burada xeyli iş görüblər. 1865-ci ildə ilk zavod işə salınıb. 1883-cü ildə ikinci müəssisə - Qalakənd misəritmə zavodu tikildi. Bununla əlaqədar Gədəbəy - Qalakənd arasında yol çəkildi, körpülər inşa olundu. Daha da vacibi Gədəbəy zavodu ilə meşə zolağı olan, gələcəkdə zavod tikiləcək Qalakənd arasında 31 kilometrlik ensiz dəmir yol xətti çəkildi. Simens Gədəbəy rayonuna etdiyi ikinci səfərinə (1868-ci il) aid xatirələrində bu barədə belə yazırdı: Dağlıq relyefı olan ərazidə bu xəttin çəkilməsi üçün 50-yə yaxın müxtəlif layihəli körpü və keçidlər inşa edildi. Həmin xətt Cənubi Qafqazda ilk dəmir yol xətti oldu.
Nabran ensiz dəmiryolu xətti
Nabran ensiz dəmiryolu xətti — Azərbaycanın Xaçmaz rayonu ərazisində mövcud olmuş ensiz dəmiryolu xətti (750 mm). Xətt 1951-ci ildə inşa edilmişdir. Xudat stansiyasından, Muxtadir qəsəbəsinə oradan isə Nabrana yönəlirdi. Üstəlik digər qollarıda var idi. Dəmir yolu Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinə tabe idi. Əsasən Kolxoz və Solxozlara xidmət üçün nəzərdə tutulsa da Azərbaycanın bu hissəsinin turistik bölgə olması səbəbindən dəmir yolu turistlər tərəfindən də istifadə edilirdi. Dəmir yolu Xəzər dənizinin sahili boyunca uzanırdı. Xətt tələbatın olmaması səbəbindən 1990—1992-ci illərdə fəaliyyətini dayandırmışdır. Yollarda əsasən iki paravozdan istifadə edilirdi. Sonradan isə Tu4 teplovozları da istifadəyə verilmişdir.
Septemvri — Dobrinişte ensiz dəmiryolu xətti
Septemvri — Dobrinişte ensiz dəmiryolu xətti və ya 16 nömrəli xətt — Bolqarıstan dövlət dəmir yollarının son aktiv ensiz dəmiryolu xətti (760 mm). Septemvri şəhərindən Velingrad və Bansko yolu ilə Dobrinişteye aparır. Marşrut Rila və Rodope dağları arasından keçir və Pirin dağlarının şərqində bitir. Xəttin ümumi uzunluğu 125 km, orta səyahət müddəti təxminən 5 saatdır. 1915-ci ildən bəri olan Rodop dağlarına gedişi təmin edən bir dəmir yolu fikri ortaya atılırdı. Bu zaman üç mümkün marşrut təklif edilir. Birinci Dünya müharibəsi zamanı, 1916-cı ildə hərbi səbəblərə görə ordu Nevrokop şəhərini (indiki Qotse Delçev) dəmir yolu şəbəkəsi ilə birləşdirilməsini istəyir və Sarambeydən (indiki Septemvri) Laceneyə (indiki Velingradın bir hissəsi) xəttin çəkilməsi araşdırılır. Ancaq müharibə bitəndə iş dayandırılır. Dəmir yolu xətti 1922 və 1945-ci illərdə bir neçə mərhələdə inşa edilmişdir. İlk mərhələ Septemvri - Velingrad 1926-cı il avqustun 1-də açılmışdır.
Afrika ensizburun timsahı
Afrika ensizburun timsahı (lat. Crocodylus niloticus) — əsl timsahlar sinfinin nümayəndələrindən biri. Afrikada yayılmış timsahların dörd növündən biri. Son tədqiqat məlumatları nəticəsində DNT göstəricilərinə görə ayrı bir Mecistops cinsinə ayrılır. == Görünüşü == Afrika ensizburun timsahı adını Orinoko timsahına bənzər ensiz burun sayəsində almışdır. Ölçüləri ümumiyyətlə 2,5 m-dən çox olmur, bəzən uzunluğu 4 m-ə qədər olan fərdlərə də rast gəlinir. Boyunun arxasındakı qoruyucu sümük lövhələri 3–4 cərgədə boyunca uzanır və bu növü iki cərgəyə sahib olan Crocodylus cinsinin nümayəndələrindən fərqləndirir. Bu xüsusiyyətinə görə bu növə zirehli timsah (alm. Panzerkrokodil‎) də deyilir. Afrika ensizburun timsahın xallı dərisi onu əsl timsahlardan daha çox alliqatorlara və ya qaviallara bənzədir.
Ensizyarpaq acıpaxla
Ensizyarpaq acıpaxla (lat. Lupinus angustifolius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Ensizyarpaq alışan
Ensizyarpaq canavargiləsi
Ensizyarpaq canavargiləsi (lat. Daphne mucronata) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqaz, Türkiyə, İran, Əfqanıstan, Pakistan və Hindistanda təbii arealı vardır. == Azərbaycanda yayılması == Təbii halda Naxçıvan MR-də, 2000 m yüksəkliyində və Göyçay rayonunda rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. VU D2. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 1–2 (3) m olan budaqlı koldur. Budaqların qabığı bozdur; cavan zoğları qırmızımtıl-qonurdur.
Ensizyarpaq iydə
Daryarpaq iydə (lat. Elaeagnus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü. 45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur. İydə 3–7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol halında bitən formaları vardır. Yabanı ağacları balaca tikanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir. May-iyunda çiçəkləyir.
Ensizyarpaq kassiya
Ensizyarpaq lavanda
Ensizyarpaq lavanda (lat. Lavandula angustifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü. == Arealı == Ensizyarpaq lavandanın vətəni Aralıq dənizinin Fransa və İspaniya sahilləri hesab edilir. Avropa, Şimali Afrika, Şimali Amerikanın hər yerinə uyğunlaşdırılıb. Şimali Afrikada və Şimali Amerikada, Rusiyada, Qafqazın Qara dəniz sahilində bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 30-60 (100) sm, kəskin qoxulu, həmişəyaşıl, bozumtul tükcüklü yarımkoldur. Aşağı oduncaqlaşmış budaqları çox şaxələnmiş, yuxarı qalxan, çoxsaylı cavan zoğludur; çiçəkli zoğları dörd hissəli, uzun, yuxarı buğumaralıdır. Yarpaqları üzbəüz, oturaq, uzunsov-xətvari, burulmuş kənarlı, uzunluğu 2-6 sm, yaşıl və ya boz-yaşıl tükcüklüdür. Çiçəkləri sünbülvari çiçək qrupları əmələ gətirən yalançı çiçək köbələrinə yığılmışdır. Çiçək tacı ikidodaqlı, uzunluğu təxminən 1 sm, əsasən mavi-bənövşəyi, tükcüklüdür.
Ensizyarpaq lavanda və ya əsl lavanda (sünbüllü lavanda).
Ensizyarpaq xamerion
Ensizyarpaq yağıotu
Chamaenerion angustifolium (lat. Chamaenerion angustifolium) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin chamaenerion cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, yoğun, sürünən kökümsovlu bitkidir. Gövdəsi düz, sadə və ya budaqlı, nazik tüklənmiş, aşağısı çılpaq, hündürlüyü 1 m çatır. Yarpaqlarının uzunluğu 4-12 (18) sm, eni 8-20 (30) mm, əsasən ardıcıl düzülmüş, oturaq və ya qısa saplaqlı, uzunsov və ya xəttvari-lansetvari, ucubiz, çılpaq, qıraqları demək olar bütöv və ya xırda vəzili, yaxud vəzivari diş-dişli, üstü tünd yaşıl, parlaq, altı qonurtəhər rəngdədir. Çiçəkləri xırda, uzunsov çicəkaltlıqların qoltuğunda yerləşir və yığılaraq kövrək salxım əmələ gətirirlər. Kasacığının uzunluğu 9-12 mm, lansetvari, xırda tükcüklü dilimlidir. Ləçəklərinin uzunluğu 10-15 mm, eni 5-8 mm, tərsyumurtavari, bənövşəyi, bəzən açıq çəhrayı və ya ağ rəngdədir. Qutucuğu 5-8 sm uzunluğunda, meyvəsaplağı ilə birlikdə xırda tüklüdür. Toxumları 1,5 mm qədər, uzunsov-oval, çılpaq, açıq mixəyidir.
Ensizyarpaq çödükotu
Ensizçiçək çadırçiçəyi
Ensizçiçək çadırçiçəyi (lat. Adenophora stenanthina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin çadırçiçəyi cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Campanula stenanthina Ledeb. == Yarımnövləri == Adenophora stenanthina subsp. stenanthina Adenophora stenanthina subsp.
Ensizyarpaq göyrüş
Ensizyarpaq göyrüş (lat. Fraxinus angustifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Qafqazda təsvir edilmişdir. Təbii halda Krım, Balkan, Kiçik Asiya və İranda yayılmışdır. == Botaniki təsviri == Alçaqboylu ağac və ya koldur. Tumurcuqları xırda, qonurdur. Cavan zoğları yaşılımtıl və ya sarımtıldır. Yarpaqları təklələkvari, hər yarpaq oxunda 3-11 ədəd yarpaqcığı olur. Yarpaqcıqları uzunsov-neştərvari, qaidə hissəsi dəyirmi və ya azacıq pazvari, ucu sivri, kənarları mişardişili, üstdən yaşıl, çılpaq, altdan isə açıq-yaşıl və damarları boyunca seyrək tükcüklüdür. Çiçəkləri süpürgə çiçək qrupunda yerləşir.

Значение слова в других словарях