EOPLEYSTOSEN

( yun. eos-səhər şəfəqi, başlanğıc və Pleystosen) Dördüncü dövrün stratiqrafik sxeminin aşağı bölgüsü, keçmiş sovet alimləri tərəfindən işlənib, qəbul edilmişdir. Qərbi Avropada Villafrank mərtəbəsinin üst hissəsinə və keçmiş SSRİ də Abşeron mərtəbəsinə uyğun gəlir. 2-1,7-dən 1 milyon ilə qədərki vaxt kəsimini əhatə edir. İlk vaxtlar E. termini Alt Pleystosenin sinonimi kimi qəbul edilmişdir. эоплейстоцен eopleistocene
EOL ŞƏHƏRLƏRİ
EPEYROGENEZ
OBASTAN VİKİ
Eopleystosen epoxası
== Eopleystosen (Abşeron əsri) epoxası == Eopleystosen epoxasında (Abşeron əsri) litosfer tavaların kolliziyasının güclənməsi zəminində relyefin inkişafının yüksələn istiqamətli təmayülü davam edir və bünövrəsi əvvəllər qoyulmuş morfostrukturların böyüməsi və differensiasiyası baş verir. Epoxanın başlanğıcı və ya Akçaqıldan Abşeron əsrinə keçid Xəzər dənizi hövzəsinin çökməi və ətraf dağlıq bölgələrin qalxması ilə səciyyələnir ki, bu zaman baş vermiş qısa müddətli reşqressiya sonradan miqyasca Akçaqıl transqressiyasından geri qalan transqressiya ilə əvəz olunur. Belə ki, Erkən Abşeronda dənizin sərhədi Akçaqıl dənizinin sərhəddindən bir o qədər fərqlənmirsə də Abşeronun ortalarında onun sahəsi nisbətən daralır və əsirin sonunda Böyük Qafqazın ərazisini demək olar ki, tamamilə tərk edir. Dəniz bu zaman yalnız bölgənin cənub-şərqində dar körfəzlər şəklində saxlanılır. Reqressiya nəticəsində Abşeron yarımadası və Şamaxı-Qobustan vilayəti ərazilərində maili düzənliklərin sahəsi xeyli genişlənir və onların relyefi tirəli-dalğalı səciyyə daşıyır. Bu zaman müasir Qalamədin, Hərəmi, Gürovdağ və Mişovdağ tirələri adalar şəklində mövcud olmuşdur. Abşeron əsrinin axırlarında dənizin reqressiyası nəticəsində Kür çökəkliyinin xeyli hissəsi quruya çevrilir və kontinental şəraitdə inkişaf edir. Dəniz ensiz körfəz şəklində indiki Kür çayının dərəsi boyu Gəncə çayınadək uzanır. Çökəkliyin şimal-şərq yamacında Çatma və Daşüz antiklinal qırışıqlar zonasının yerində tirələr əmələ gəlir. Onlar şərqə doğru alçalaraq allüvial-prolüvial düzənliklərə keçir.
Eopleystosen (Abşeron əsri) epoxası