EPOPEYA

сущ. лит. эпопея:
1. большое по объёму поэтическое или прозаическое произведение, в котором изображаются крупные исторические события
2. событие, имеющее большое значение в жизни народа. 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq epopeyasıdır события 20 января 1990 года – героическая эпопея азербайджанского народа
EPOLETLİ
EPOS
OBASTAN VİKİ
Epopeya
Epopeya — romanın bir növüdür. Epopeya qədim yunan dilində "epos" sözündəndir, hadisələrin daha geniş, ətraflı nağıl edilməsi deməkdir. Epopeya epik janrın ən mürəkkəb və geniş növüdür. Epopeya – [yun. poieo – yaradıram] 1)qədim poeziyada tədricən sintezləşərək dastan şəklində formalaşmış rəvayət, əfsa-nə, nəğmə silsiləsi ("İliada", "Odisseya" və s.); 2)ümumxalq və tarixi əhəmiyyətli problemlər qaldırılan, ictimai həyat prosesləri əhatəli əks etdirilən epik təhkiyənin ən iri, monumental forması. Epopeyada ümumxalq həyatı əsas yer tutur və demək olar ki, burda bütöv xalq həyatı təsvir olunur. Bu əsərdə əsas surətlər xalqı təmsil edir. Epopeyada yazıçı bütöv xalq hərəkatını, ümumi əhvali-ruhiyyəni əks edir. Epopeya kompozisiya cəhətdən mürəkkəb, süjet etibarilə çoxşaxəli olur. Məsələn: Lev Tolstoyun "Hərb və sülh" romanında 600-ə qədər surət iştirak edir.
Dəri corab (epopeya)
Kuperin bədii yaradıcılığında əsas yeri "Dəri corab" haqqında romanlar silsiləsi təşkil edir. Kuper, sanki ona görə dünyaya gəlmişdi ki, hindu mövzusunu böyük ədəbiyyata gətirsin. O, hinduların həyat və məişətini, inam və etiqadlarını diqqətlə öyrənmişdir. Onların folkloru Kuper üçün mənəvi qida mənbəyi olmuşdur. Hinduların şifahi xalq ədəbiyyatının təsiri məhz "Dəri corab" haqqında romanlar silsiləsində daha qabarıq nəzərə çarpır. Kuper Natti Bampoya həsr olunan epopeya üzərində qısa fasilələrlə on səkkiz il çalışmışdır. Silsiləsinə 1823-cü ildə "Pionerlər" romanı ilə başlamış və 1841-ci ildə "Vəhşi heyvan ovçusu" əsəri ilə tamamlamışdır. Maraqlıdır ki, Kuper həmin silsilədən olan əsərləri xronoloji ardıcıllıqla deyil, özünəməxsus bir prinsip əsasında yazmışdır. Belə ki, 1827-ci ildə qələmə aldığı "Preriya" (Geniş çöl) romanında Natti Bamponun ölümünü təsvir etmişdir. Lakin Kuper bu obrazdan ayrıla bilməmişdir.
Kitabi Dədə Qorqud: yazılı epos və ya epopeya

Digər lüğətlərdə