Ermənicə
Erməni dili (erm. Հայերեն — Hayeren) — Hind-Avropa dillərinə daxil olan və ayrı qrupa aid olan dil. Ermənistan Respublikasının dövlət dilidir.
== Erməni dilinin tarixi ==
Ermənicə yazı dilinin inkişaf dövrü 3 dövrə ayrılır:
1. Qədim Ermənicə, Qrabar (V–XI əsr),
2. Orta Ermənicə (XII–XVI əsr),
3. Yeni Ermənicə aşxarabar (XVII əsrdən dövrümüzə qədər)
Yeni Ermənicə 2 böyük qola ayrılır: Qərbi ermənicə ve Şərqi ermənicə. Şərqi ermənicə Ermənistan Respublikasının rəsmi dilidir. Bundan başqa İranda və Hindistanda yaşayan ermənilərin ədəbiyyat dilidir. Qərbi ermənicə isə Diasporanın, Türkiyədə və dünyanın başqa yerlərində yaşayan ermənilərin istifadə etdiyi dildir.