ERTƏSİ

zərf. Bir günün, həftənin, ayın, ilin ardınca gələn gün, həftə, ay, il. Bayramın ertəsi yola düşdülər. Ertəsi gün işə başladılar.
[Qorxmaz:] Ertəsi gün isə aldığın son bir parça çörəyi özün yeməyib, dünən sənə daş atan qocaya verdin. C.Cabbarlı.
Nə isə ertəsi gün səhər saat yeddinin yarısında işə başladıq. Çəmənzəminli.

ERTƏLƏMƏK
ESÉR
OBASTAN VİKİ
Bazar ertəsi
Bazar ertəsi – dünyanın bir çox ölkələrində yeni həftənin başlandığı gün. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin birinci günüdür. Rəsmi sənədlərdə bazar ertəsi bəzən qısaldılmış şəkildə b.e. də yazılır. Türk dillərində " ertə " " gün başlanğıcı", " sabah " anlamında olduğundan " bazar ertəsi " -" bazardan sonrakı " gün deməkdir. Azərbaycanda bu gün rəsmi sənədlərdə və rəsmi dildə bazar ertəsi adlansa da, cəmiyyətdə daha sadə, sıra sayına görə birinci gün deyilir. Bazar ertəsi həftədə bazar günü ilə çərşənbə axşamı arasında yerləşir. Bir çox ölkələrdə həftənin birinci günü bazar ertəsidir. Həm yeni iş, həm də yeni dərs günü bazar ertəsi ilə başlayır. Ancaq islam ölkələrində və İsraildə həftə bazar günü ilə başlayır.

Значение слова в других словарях