ESKULAP

сущ. устар. шутл. эскулап, врач (по имени античного бога врачевания)
ESKORT
ESMİNES
OBASTAN VİKİ
Eskulap (qrup)
Eskulap — Azərbaycan rok qrupu. == Tarixi == Rafiq Babayev "Eskulap" qrupunu 1966-cı ildə Azərbaycan Tibb İnstitutunun tələbələrindən təşkil edib. Qrup fəaliyyəti dövründə eyni tərkiblə çıxış edib: Eldar Bağırov (vokal), Murad Vəzirov (vokal), Vaiz Səmədov (vokal), Əli Babayev (piano), Cəbrayıl Məstanov (solo gitara), Abbas Vəlibəyov (bass gitara), Emin Seyidəliyev (zərb aləti), Mehdi Əliyev (saksofon), Fuad Vəlibəyov (orqan). "Eskulap" müasir mahnı yaradıcılığından məharətlə istifadə etdiyi üçün öz ətrafına xeyli pərəstişkar toplaya bilir. Qrupun repertuarında həm xalq mahnıları, həm də xarici mahnılar var idi. 1966-cı ildə Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilən festivalda Vaiz Səmədov vokalçılar arasında birinci yerə layiq görülür. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 51 illiyi münasibətilə təşkil olunan rok festivalında "Eskulap" 2-ci yeri "Eksperiment OK" qrupu ilə bölüşür. 1969 və 1971-ci illərdə "Qızıl Payız" festivallarının laureatı olan qrup üzvləri diplom və medalla təltif edilir. 1971-ci ildə "Gün keçdi" filmində ekranlarda görünən, həmin dövrdə keçirilən bir çox müsabiqə və festivallarda iştirak edən "Eskulap" qrupu 1972-ci ildən fəaliyyətini dayandırır.
Eskulap dırmanantəlxəsi
Eskulap dırmanantəlxəsi və ya Eskulap ilan — Suilanıkimilər fəsiləsinə aid ilan növü. == Görünüşü == Uzunluğu 2 m təşkil edir (ən uzunu isə 2,25 m). Ümumi fonda sarı-boz-krem rənglərinin qarışığını təşkil edir. == Yayılması == Bu növ Şimal-qərbi İtaliyadan Qafqaza qədər olan ərazilərə yayılmışdır. Onlara Cənubi Moldova, Cənub-qərbi Ukrayna ərazilərdə görmək olar. Vaxtı ilə İran və Azərbaycanın cənub şərqində yayılmış Elaphe persica (Werner, 1913) yarımnövü hazırda Fars dırmanantəlxəsi adı ilə müstəqil növə çevrilmişdir. == Həyat tərzi == Onlar əsasən ön dağlıq ərazilərdə yayılırlar. Bəzən 2000 m yüksəkliyə qədər yayıla bilirlər. Onlara daha çox çay və fındıq kolları arasında olurlar. Xüsusi ilə açıq və insnların çox olduğu ərazilərdən qaçırlar.

Digər lüğətlərdə