ETİQAF
özünə qapanma və ya inzivaya (təkliyə) çəkilməkdir. Müəyyən şərt və istəklərlə məsciddə Allaha ibadət etmək üçün bir necə gün təkliyə çəkilmək anlamında işlədilən bir termindir. Vacib və müstəhəb olmaqla iki növ etiqaf vardır. Etiqafı niyyət edən müsəlman üçün bu davranış vacibdir.
Ramazan ayının sonuncu on günündə bütün fikrini Allaha yönəldərək dualar edən hər bir müsəlman etiqaf edə bilər. Etiqaf etmək müstəhəbdir. Etiqafı edən insan müsəlman, eləcə də sağlam düşüncəli adam olmalıdır.
Məsciddə olarkən etiqafda olan müsəlman təmiz (qüsul almış və dəstəmazlı) olmalıdır.
Etiqaf zamanı müsəlman məscidi yalnız üzrlü səbəbdən tərk edə bilər. Əks halda etiqaf pozulmuş olur. Cinsi əlaqəyə girmək istəyi və sağlam düşüncədə olmama durumu da etiqafı pozar.