Euthanasia Coaster
Evtanaziya lunapark qatarı sərnişinlərini öldürmək üçün dizayn edilmiş dəmir sürət qatarı konsepsiyadır. 2010-cu ildə elmlər doktoru namizədi Culicanas Urbanas tərəfindən London Kral Sənət Kollecində dizayn edilib miqyaslı modeli düzəldildi. Əyləncə parkında çalışmış Urabans öz lunapark sürət qatarının yaradılmasın hədəfi insan canını "eyforiya və zərifliklə" alması olduğunu dedi. Dizaynının praktik tətbiqlərinə gəldikdə, Urbanas "evtanaziya" və ya "edam" olduğundan bəhs etdi. Filadelfiya Toboqqan Şirkətində başçı vəzifəsində xidmət göstərən Con Allen Urbanası "sonuncu" lunapark sürət qatarı odur ki, "24 adam göndərir və hamısı ölü olaraq geri qaytarır." açıqlaması ilə ilhamlandırdı.
== Dizaynı ==
Sxemin dizayn konsepsiyasına əsasən yuxarı doğru dik dərəcə ilə 510 metrə qədər 24 sərnişini qatar liftlə çəkir. 510 metr yüksəkliyə çatana qədər hər hansı sərnişin geri qayda bilər. Bundan sonra yeddi kolotoidə və qatarın inversiyasına qədər(Eyler spiralı) saatda 360 kilometrə yaxın bir sürətdə aşağı düşür, özünün terminal sürətinə yaxındır. Qatar sürətini itirərkən , hər inversiyada diametr daha da kiçilir və 10g qüevəsini qoruyur. Kəsgin sağ dönüşdən sonra qatar yeni sərnişinləri almaq cəsədləri boşaldmaq üçün düz istiqamətdə başladığı yerə geri qaydır.