Cosmic Express
Cosmic Express (azərb. Kozmik Ekspres) — Alan Hazelden, Bencamin Devis və Tyu tərəfindən yaradılan və pazl janrında olan indi videooyunu. Oyun, 16 mart 2017-ci il tarixində Windows, macOS, Linux, iOS və Android platformaları üçün satışa çıxarılmışdır.
"Cosmic Express"in geympleyi olduqca sadədir. Oyun, sərnişinləri gedəcəkləri yerlərə aparmaq üçün oyunçulara dəmir yolları tikmələrini tapşırır.
Cosmic Express indi oyun yaradıcıları olan Alan Hazelden, Bencamin Devis və Tyu tərəfindən, Unity oyun mühərrikindən istifadə edərək hazırlanmışdır. Oyun 16 mart 2017-ci il tarixində Windows-əsaslı kompüterlər, macOS, Linux, iOS və Android platformaları üçün satışa çıxarılmışdır.