1. Eybəcər şeyin halı; kifirlik, çirkinlik, biçimsizlik.
Səməd acıqlandığı zaman üzündəki eybəcərlik daha aydın gözə çarpırdı.
…Eybəcərliyinə görə heç kəs [Cumanın] adını çəkmir.
2. məc. Kəsir, nöqsan, çatışmazlıq, biabırçılıq, qeyri-normal hal, iş, vəziyyət.
Gör onda neçə-neçə biabırçılıqların üstü açılar, pərdələr götürülər, eybəcərliklər görünər?
Vəlini düşündürən bütün eybəcərliyi ilə hiss etdiyi həyat məsələləri idi.