FÜSUNƏ
GAVİ
OBASTAN VİKİ
Füzuli
Məhəmməd Füzuli (ərəb. محمد بن سليمان‎) (təq. 1494, Ağqoyunlu dövləti – 1556, Osmanlı imperiyası), daha çox sadəcə Füzuli (fars. فضولی‎) təxəllüsü ilə tanınır — XVI əsr Azərbaycan şairi. O, ana dili olan azərbaycanca, həmçinin farsca və ərəbcə şeirlər yazmışdır. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi Asiyaya və Hindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir. 1494-cü ildə indiki İraq ərazisində anadan olan Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir. Onun sağlığında Füzulinin doğma yurduna nəzarət Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyaları arasında dəyişmişdir. O, hər üç imperiyanın dövlət səlahiyyətliləri üçün şeirlər yazmış, ilk şeirini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdir.
Dədəli (Füzuli)
Dədəli — Azərbaycan Respublikasının Füzuli rayonunun Dədəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dədəli obası Cavanşir-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Xanlıq dönəmində vergi ödəmirdi. İran şahzadəsi Abbas mirzə Qоvanlı-Qacar 1805-ci ildə Dədəli obasında oturaq etmiş, düşərgə salmışdı. Tarixçi Əminə Pakrəvan yazır: "Baharın sonları idi və Araz çayı hələ də daşqın suları ilə axmaqda idi. İlk dəfə bir çocuq olaraq Araz çayını görən Abbas mirzə bu dəfə bir sərkərdə, bir komutan kimi onun sahilində dayanmış, çayı seyr edir, çocuqluğunu xatırlayırdı. Xudafərin körpüsünün üstündən ordu Arazın o tayına keçməyə başladı. Ordu, Qarabağın Dədəbəyli adında bir bölgəsində oturaq saldı. Savaş meydanına yaxın olan bu bölgədə Abbas mirzə ordunun öndə gələn isimləri ilə bir yerdə durum dəyərləndirməsi yapdı.
Fin (Füzuli)
Fin — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == == Toponimikası == Fin oyk. Düzənlik ərazidədir. == Əhalisi == == Mədəniyyəti == 1 ədəd poçt məntəqəsi, 1 ədəd xəstəxana, 1 ədəd aptek, 1ədəd orta məktəb və digər obyektlər yerləşir == İqtisadiyyatı == Əhali arıçılıq, heyvandarlıq və əkinçilik ilə məşğul olur.
Füzuli (Samux)
Füzuli — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Füzuli kəndi Kolayır kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Füzuli kənd Soveti yaradılmışdır. == Əhalisi == Əhalisinin sayı 1464 nəfərdir.
Füzuli (ad)
Füzuli — Azərbaycanda daha çox işlədilən kişi adı. Füzuli — görkəmli Azərbaycan şairi. Füzuli Rüstəmov — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. Füzuli Hüseynov — Aktyor, Əməkdar artist. Füzuli Məmmədov Füzuli Məmmədov (aktyor) — Aktyor. Füzuli Məmmədov (iş adamı) — İş adamı. Füzuli Məmmədov (futbolçu) — Futbolçu. Füzuli Ramazanoğlu — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laurеatı Füzuli Sabiroğlu — ssenari müəllifi, rejissor Füzuli İsmayılov — televiziya aparıcısı, İctimai Televiziyada Analitik proqramlar departamentinin direktoru. Füzuli Ələkbərov — Azərbaycan Respublikasının keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri.
Füzuli (dəqiqləşdirmə)
Füzuli — azərbaycanlı şair. Füzuli (şəhər) — Azərbaycanın Füzuli rayonun inzibati mərkəzi. Füzuli rayonu — Azərbaycanda rayon. Füzuli (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda qəsəbə. Füzuli (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Digər Füzuli (simfonik poema) — bəstəkar Arif Məlikovun simfonik poeması.
Füzuli (Şəmkir)
Füzuli — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == Şəmkir rayonunun Təzəkənd inzibati ərazi vahidində qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Əzizbəyov adına sovxozun 2 nömrəli malikanəsi olmuşdur. Yerli əhali arasında İkinci Şöbə də adlanırdı. Yaşayış məntəqəsini 1925-ci ildə həmin rayonun Qaracəmirli kəndindən və Cənubi Azərbaycandan gəlmiş ailələr salmışlar. 1965-ci ildə M.Füzülinin adı ilə adlandırılmışdır. Memorial toponimdir.
Füzuli (şəhər)
Füzuli — Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli şəhər inzibati ərazi dairəsində şəhər, Füzuli rayonunun inzibati mərkəzi. 1827-ci ilə qədər kənd olmuş və Qarabulaq adını daşımış, həmin il rus ordusunun polkovniki Pavel Karyaginin şərəfinə Karyagin adlandırılmış və şəhər statusu verilmişdir. 1959-cu ilin aprelində şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun və şəhərin adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Bakıdan 310 km cənub-qərbdə yerləşir. 2023-cü ilin sonuna şəhərin əhalisi 1298 nəfərdir. == Tarixi == Füzuli şəhərinin 1403-cü ildən 1905-ci ilədək adı Qarabulaq olub. Qarabulaq kəndi Səfəvilər dönəmində Dizaq qəzasına bağlı şenliklərdən biri idi. Kənd ərazisi Səfəvilər dövlətinin son dönəmində Cavanşir elinin qışlağı olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağının adı çəkilir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağı haqqında bilgi var.
Füzuli Allahverdiyev
Füzuli Allahverdiyev (30 noyabr 1962 və ya 1 yanvar 1963) — futbolçu. == Həyatı == 1963-cü il yanvarın 1-də anadan olub. 1980-ninci ildən 2002-ci ilə kimi Kəpəz futbol komandasının əvəzedilməz futbolçusu olub. Kəpəz komandasının tarixində yeganə futbolçudur ki 22-il oynayib. Kəpəzlə 4-dəfə kubok, 3-dəfə cempion, 2-dəfə gümüş, 1-dəfə bürünc medallara sahib olub. Hal hazirda Kəpəzdə köməkçi məşqiçi işləyir.
Füzuli Bayat
Füzuli Bayat (Gözəlov Füzuli Xeyrulla oğlu; 28 aprel 1958 və ya 1958, Xırmandalı, Masallı rayonu) – folklorşünaslıq, dil tarixi, təsəvvüf ədəbiyyatı sahəsində tanınmış Azərbaycanlı alim, filologiya elmləri doktoru, professor. == Həyatı == Füzuli Gözəlov (Bayat) 1958-ci ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1990-cı illərdə Özbəkistan EA Ədəbiyyat və Dil İnstitutunun aspiranturasına daxil olmuş, 1990-cı ildə vaxtından 6 ay öncə müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. Füzuli Bayat 1997-ci ildə "Oğuz dastanı: tarixi-mifoloji kökləri və spesifikası" mövzusunda doktorluq işi müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. 1993-1995-ci illərdə "Ortaq türk ədəbiyyatı" şöbəsinin müdiri olmuş, 1995-1999-cu illərdə isə "Dədə Qorqud Ensiklopediyası"nda baş redaktorun müavini vəzifəsində çalışmış, ensiklopediyanın hazırlanmasında və məqalələrin yazılmasında iştirak etmişdir. 1999-2008-ci illərdə Türkiyənin Qaziantep Universitetində çalışmışdır. 2003-cü ildən AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi olmuş, 2012-ci ildə isə "Müasir Folklor" şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 1997-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Ailəlidir, 3 övladı var.
Füzuli Cavadov
Füzuli Cavad oğlu Cavadov (20 dekabr 1950, Bakı – 4 aprel 2021, Bakı) — Sovet futbolçusu. == Həyatı == Futbolçu karyerasının böyük hissəsini "Neftçi"də keçirib. O, 1972–1978-ci illərdə "ağ-qara" formanı geyinib. O, Naxçıvanın "Araz", həmçinin Rusiyanın OİK (Rostov) və Latviyanın "Dauqava" komandalarında da çıxış edib. 2021-ci il aprelin 4-də koronavirusdan vəfat edib. Dəfn mərasimi saat 11:00-da mərhumun Bakının Mərdəkan qəsəbəsindəki bağ evində olub. Binə qəbiristanlığında torpağa tapşırılıb. === Şəxsi həyatı === O, Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası və futbolçu İsgəndər Cavadovun qardaşıdır.
Füzuli Fərəcov
Füzuli Fərəcov (azərb. Fərəcov Füzuli Ataş oğlu; rus. Фараджев Физули Аташ оглы; 15 avqust 1958, Ağsu rayonu) — Texnika elmləri namizədi. "Texno‑Svar TMZ" ASC‑nin baş direktoru. Buranın füzelyajının yığımının iştirakçısı. İctimai Elmlər Akademiyasının həqiqi üzvü. == Həyatı == Fərəcov Füzuli Ataş oğlu 1958-ci il avqustun 15-də Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbuşağı kəndində çoxuşaqlı traktorçu ailəsində anadan olub. Hələ məktəbdə oxuyarkən o, fizikaya maraq göstərib. Odur ki, onillik təhsilini başa çatdırmaq üçün Bakıya gəlib, 1 saylı fizika-riyaziyyat təmayüllü internat-məktəbə daxil olub. Məktəbi bitirəndən sonra M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə qəbul imtahanlarını uğurla verən F. Fərəcovu rus dilini bilmədiyinə görə universitetə qəbul etməyiblər.
Füzuli Hacıyev
Füzuli Hacıyev (4 aprel 1956, Siyəzən) — Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı (1995–2002), Lerik Rayon İcra Hakimiyyətinin başçısı (2002–2007), tarix elmləri üzrə fəlsəfə doktoru. == Həyatı == Füzuli Mirzə oğlu Hacıyev 1956-cı il aprelin 4-də Siyəzən şəhərində anadan olmuşdur. 1973-cü ildə Siyəzən şəhər 2 saylı orta məktəbini, 1977-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini, daha sonra isə aspiranturanı bitirmişdir. 1977–1992-ci illərdə Dəvəçi və Siyəzən rayonlarında orta məktəblərdə tarix müəllimi işləmişdir. 1992-ci ildə Dəvəçi Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, 1992–1995-ci illərdə Siyəzən Rayon Xalq Deputatları Sovetinin sədri, 1995–2002-ci illərdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2007-ci illərdə isə Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 1990–1995-ci illərdə Şabran (Dəvəçi) Rayon Xalq Deputatları Sovetinin və Siyəzən Rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur. 2007-ci ilin aprel ayında SOCAR Eİ ekoloji təbliğat və sosial məsələlər şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 2000-ci ildə "XVIII-XIX əsrin birinci otuzilliyində Azərbaycan — Dağıstan münasibətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Yeni Azərbaycan Partiyasının üzvü, bir kitabın (ali məktəblər üçün dərslik) müəllifidir. "Respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanına və "Ən yaxşı əyalət məmuru" nominasiyası üzrə mükafata layiq görülmüşdür.
Füzuli Hüseynov
Füzuli İsmət oğlu Hüseynov (9 sentyabr 1962, Balakən) – Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Füzuli Hüseynov 9 sentyabr 1962-ci ildə Balakən rayonunda anadan olub. 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülmüşdür. Burada çalışdığı illər ərzində F. Hüseynov bir çox müxtəlif janrlı əsərlərdə maraqlı obrazlar yaratmaqla, öz istedadını büruzə vermişdir. O V. Səmədoğlunun "Yayda qartopu oyunu"nda Adil, İ. Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı"nda Ayaz Turan, "Bizim qəribə taleyimiz"də Samir, "Şeyx Xiyabani"sində Şeyx Xiyabani, F. Q. Lorkanın "Qadın faciəsi"ndə Viktor, Anarın "Təhminə və Zaur"unda Spartak, S. Rəhmanın "Yalan"ında Şamil, N. Xəzrinin "Gecə döyülən qapılar"ında Səfər, V. Şekspirin "Kral Lir"ində Edmond kimi sanballı rollar silsiləsi yaradaraq, tamaşaçı rəğbətini qazanmış, onun sevimli sənətçisinə çevrilmişdir. Akademik Milli Dram Teatrındakı fəaliyyəti ilə paralel olaraq, F. Hüseynov "Azərbaycanfilm"in istehsal etdiyi bir neçə filmdə də çəkilmişdir. "Təhminə"dəki Spartak, "Bəyin oğurlanması"ndakı Elxan, "Ölülər"dəki Mirzə Cəlil və s. bu kimi obrazlar aktyorun yaradıcılıq imkanlarının geniş diapazonunu bir daha təsdiqləyir. F. Hüseynov Azərbaycan Televiziyasında çəkilmiş ilk teleseriallarda klassik milli, türk və dünya dramaturgiyasının nümunələrindən olan "Yad qızı", "Kamança", "Ortabab amerikalı qadın", "Dədə Qorqud", "Sonuncu şahid", "Kimdir haqlı?" və başqa tamaşalarda maraqlı obrazlar qalereyası, dolğun xarakterlər, və ən başlıcası, yaradıcılıq imkanlarının çoxşaxəliyini aça bilmişdir. Sonralar səhhəti ilə bağlı F. Hüseynov sənətdən ayrı düşmüş, lakin 2004-cü ilin aprel ayından yenidən Akademik Milli Dram Teatrına qayıtmışdır.
Füzuli Həbibi
Füzuli Musayev
Füzuli Musayev (Gəncə) — Azərbaycan Karate Federasiyasının birinci vitse-prezidenti, Karate üzrə 8-ci dan qara kəmər sahibi, Dünya Taekvondo Federasiyasının Gənclər Komitəsinin üzvü. == Həyatı == Füzuli Musayev Gəncədə fəhlə ailəsində anadan olmuş, orada böyümüş və cavanlığı da elə orada keçmişdir. O, böyük idmana 20 yaşında gəlmişdir. İdmanla fərdi məşğul olmuşdur. Karate ilə məşğul olmuş və iki dəfə dünya çempionu adını qazanmışdır. Sonralar taekvondo ilə məşq etmiş və Şərq döyüş növlərindən taekvondo olimpiya idman növü olduğuna görə onu bir mütəxəssis kimi bura təyin ediblər. 2001-ci ildən Füzuli Musayev Azərbaycan Taekvondo Federasiyasının I Vitse Prezidenti vəzifəsini həyata keçirir. Arxangelsk vilayətində hərbi qulluq etmişdir. Əsgərlikdən sonra vətənə qayıdanda Gəncədə karate ilə bağlı məktəb olmadığından Bakıya üz tutmuş, Lenin adına zavodda işə düzəlmiş, yataqxanada qalmışdır. İlk karate müəllimi Azad Kazımov olmuşdur.
Füzuli Məcidli
Füzuli Zülfü oğlu Məcidli – Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq, jurnalist. 2013-cü ildən baş qərargahı Kanadanın Monreal şəhərində yerləşən Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının (International Political Science Association) üzvüdür. 2016-2021-ci illərdə qərargahı Qazaxıstanın paytaxtı Astana şəhərində yerləşən Türk Akademiyası Beynəlxalq Təşkilatı (TWESCO) prezidentinin müşaviri olub. 2021-ci ilin oktyabr ayında Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti təyin edilib. 2012-2019-cu illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Asiya ölkələri üzrə bürosuna rəhbərlik edib. 2019-2021-ci illərdə Azərbaycan Televiziyasının Mərkəzi Asiya bürosunun rəhbəri vəzifəsini icra edib. == Həyatı == Füzuli Məcidli 1982-ci il sentyabrın 15-də anadan olub. 1999-cu ildə Azərbaycan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub, 2003-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. 2001-2002-ci illərdə Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiya Hüquq Təşəbbüsləri (ABA CEELİ) layihəsi çərçivəsində insan hüquqları üzrə bir illik kursu uğurla başa vurmuşdur. 2003-2005-ci illərdə Azərbaycan Universitetinin magistraturasında Beynəlxalq iqtisadi münasibətlər üzrə təhsil almış və oranı fərqlənmə ilə bitirmişdir.
Füzuli Məmmədov
Füzuli Məmmədov (aktyor)
Füzuli Nəsirov
Füzuli Əkbər oğlu Nəsirov — Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 15 №-li laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru. == Ümumi məlumatlar == Füzuli Əkbər oğlu Nəsirov 28.09.1952-ci ildə Bərdə şəhərində anadan olmuşdur. O, 1959-cu ildə Bərdə şəhər 1 №-li orta məktəbinə daxil olmuş, 1968-ci ildə yeni açılmış 5 №-li orta məktəbə köçürülmüş və 1969-cu ildə həmin məktəbi əlaçı attestatı ilə bitirmişdir. F.Ə.Nəsirov 1970-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuş, 1975-ci ildə oranı əla qiymətlərlə başa vuraraq, təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna işləməyə göndərilmişdir. Həmin zamandan bu günə qədər F.Ə.Nəsirov bu İnstitutda mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, baş elmi işçi, qrup rəhbəri vəzifələrində çalışmış və hal-hazırda laboratoriya müdiridir. Füzuli Nəsirov 1978-ci ildə İnstitutun aspiranturasına daxil olmuş, oranı müvəffəqiyyətlə bitirərək 1983-cü ildə “Nikel (kobalt) üzvi ditiotörəmələri əsaslı katalitik sistemlər iştirakı ilə aşağı molekül kütləli polibutadienlərin alınması prosesının ışlənib hazırlanması” mövzusunda (“02.00.13 - Neft kimyası” və “02.00.15 – Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə) namizədlik dissertasiyası müdafiə etmiş və kimya üzrə elmlər namizədi elmi dərəcəsi almışdır. Füzuli Əkbər oğlu Nəsirov uzun illər apardığı məhsuldar tədqiqatların nəticələrini ümumiləşdirərək 2003-cü ildə “Polibutadienlərin alınması və stabilləşdirilməsi üçün bifunksional katalitik ditiosistemlərin yaradılmasının elmi əsaslarının işlənib hazırlanması” mövzusunda (“02.00.13 - Neft kimyası” və “02.00.15 – Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə) doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1985-ci ildə keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi elmi adına layiq görülmüşdür. O, 1975-2000-ci illərdə AMEA NKPİ-də mühəndis, kiçik və böyük elmi işçi, 1989-1995-ci illərdə “Metalkompleks kataliz proseslərinin texnologiyası” qrupunun rəhəri, 1995-2014-cü illərdə “Metalüzvi kataliz prosesləri” laboratoriyasının müdiri vəzifəsində işləmişdir. 2016-cı ildən indiyə qədər “Polifunksional kompleksonlar və metalkompleks birləşmələr laboratoriyasının (15 №-li lab.) müdiri vəzifəsində çalışır.
Füzuli Ramazanoğlu
Füzuli Ramazanoğlu (tam adı: Quliyev Füzuli Ramazan oğlu; 6 fevral 1961, Çalburun, Gədəbəy rayonu) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Füzuli Ramazanoğlu 1961-ci il fevralın 6-da Gədəbəy rayonunun Miskinli obasının Çalburun kəndində dünyaya göz açıb. 1978-ci ildə Çalburun kənd orta məktəbini ilk məzun kimi "əla" qiymətlərlə bitirib. Bir il Daşkəsəndə Zəylik Alunit Mədən Idarəsində fəhlə işləyib. 1979-cu ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olub. 1984-cü ildə həmin ali məktəbi "Elektron mühəndisi" ixtisası üzrə bitirib. Təyinatla Bakı "Radioquraşdırma" İstehsalat Birliyində mühəndis kimi əmək fəaliyyətini davam etdirib. İki dəfə ikiillik ictimai jurnalistlər fakültəsində oxuyub. 1990-cı ilin avqustundan 1992-ci ilin yanvar ayınadək həmin müəssisədə çıxan çoxtirajlı "İmpuls" qəzetinin redaktoru vəzifəsini daşıyıb. Füzuli Ramazanoğlu mətbuatda fəaliyyət göstərənədək müxtəlif qəzet və jurnallarda, respublika radiosunda şeirlər və məqalələrlə çıxış edib.
Füzuli Rüstəmov
Füzuli Salah oğlu Rüstəmov (25 dekabr 1965, Hüsənli, Mirbəşir rayonu – 26 fevral 1992, Ağdam) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. == Həyatı == Füzuli Salah oğlu Rüstəmov 25 dekabr 1965-ci il Tərtər rayonunda anadan olmuşdur. Ata və anasını erkən itirən Füzuli Xocalıda babası Kərim kişinin himayəsində böyümüşdür. Burada səkkizillik məktəbi bitirən Füzuli ağır şəraitdə yaşadığından məktəbi bitirən kimi işləməyə başlayır. == Döyüşlərdə iştirakı == Qəlbi daima Vətən eşqi ilə dolu olan Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıtmışdı. Bundan ötrü ona 4 ay həbs cəzası verildi. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı aerportunu partlatmaq lazım gəldi. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun üzvü oldu və əməliyyatı uğurla başa vurdular. Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Füzuli Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevi də yaralı vəziyyətdə döyüş meydanından çıxarmağa müvəffəq olmuşdu. Neçə-neçə insanı xilas edən cəsur döyüşçü boynundan ağır güllə yarası aldı, onu Ağdam Mərkəzi Xəstəxanasına çatdırsalar da, artıq gec idi Füzuli xeyli qan itirmişdi.
Füzuli SES
Füzuli SES (tam adı: Füzuli su-elektrik stansiyası) — Baş Mil kanalı üzərində yerləşən su-elektrik stansiyası. Füzuli su-elektrik stansiyasının tikintisi Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2007-ci il 31 oktyabr tarixli Əlavəyə əsasən həyata keçirilmişdir. Stansiyanın təməlini 2008-ci ildə Füzuliyə səfəri çərçivəsində ölkə prezidenti İlham Əliyev qoymuşdur. Tikinti işləri yerli "Azenco" şirkəti tərəfindən həyata keçirilmişdir. Füzuli su-elektrik stansiyası Baş Mil kanalı üzərində 14 hektar ərazidə inşa olunmuşdur. Stansiyanın ümumi gücü 25,2 meqavatdır. Su-elektrik stansiyası Füzuli rayonundakı 110 kilovoltluq "Haramı" yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə birləşdirilərək, sistemlə paralel rejimdə işlədilir. Qurğu üçün Baş Mil kanalı üzərində 40 min ton tutumu olan su anbarı yaradılmışdır. Anbara toplanan su dörd hidroturbin vasitəsilə generatora ötürülür. Hər bir hidroturbin avtomatlaşdırılmış qapılarla açılıb-bağlanır.
Füzuli Sabiroğlu
Füzuli Sabiroğlu (tam adı: Elyazov Füzuli Sabir oğlu; 20 noyabr 1964, Kiçik Məzrə, Basarkeçər rayonu) — Azərbaycan yazıçısı, şair, ssenari müəllifi, rejissor, baş redaktor. == Həyatı == Füzuli Sabiroğlu 20 noyabr 1964-cü ildə Göyçə mahalının Basarkeçər (indiki Vardenis) rayonunun Kiçik Məzrə kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Texniki Universitetini bitirib. Ədəbi yaradıcılığa XX əsrin 80-ci illərində başlayıb. Respublika mətbuatında ilk çıxışı 1988-ci ildə "Gənclik" jurnalında olub. O vaxtdan müntəzəm olaraq şeir, hekayə və publisistik yazıları respublika mətbuatında dərc olunur. 1993–1994-cü illərdə Azərbaycan Milli Ordusunun zabiti kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 2003-cü ildə "Sahilsiz Dəniz" jurnalının redaktoru işləyib. 2004-cü ildən 2008-ci ilə qədər "Lider" televiziyasının "Azərbaycan" sənədli filmlər redaksiyasında redaktor işləyib. 2008-ci ildən həmin redaksiyanın baş redaktorudur.
Füzuli abidəsi
Məhəmməd Füzuli heykəli — Mərkəzi park ərazisində yerləşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə orta əsr Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış heykəl. 1958–1963-ci illərdə hazırlanmış abidənin heykəltaraşları Tokay Məmmədov və Ömər Eldarov, memarı isə Hacı Muxtarovdur. Bu işə görə heykəltaraşlar Tokay Məmmədov və Ömər Eldarov SSRİ Rəssamlıq Akademiyasının gümüş medallarına layiq görülmüşdülər. == Tarixi == 1958-ci ildə orta əsrlər Azərbaycan şairi Məhəmməd Füzulinin ölümünün 400 illiyi münasibətilə şairin abidəsinin yaradılması üçün müsabiqə elan edilir. Vaxtilə İ. E. Repin adına Sankt-Peterburq Dövlət Akademik Rəssamlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda bir yerdə təhsil almış Tokay Məmmədov və Ömər Eldarovun memar Hacı Muxtarovla bir yerdə hazırladıqları layihə müsabiqədə qalib gəlir. Füzulinin heykəli üzərində işləməzdən əvvəl həm Tokay Məmmədov, həm də Ömər Eldarov “poetik” mövzuya müraciət etmişdilər. Belə ki, bir müddət öncə Məmmədov Nizami Gəncəvinin portreti üzərində işləmişdi. Azərbaycan heykəltaraşlığında ağac üzərində işlənmiş ilk əsər olan bu portret Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Ömər Eldarov isə XX əsrin 50-ci illərində XIX əsr Azərbaycan şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın mərmər portretini işləyir. Tezliklə Ali Sovetin Rəyasət Heyətinin sədri, Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimovun təklifi ilə Ömər Eldarov Natəvanın tunc heykəlini işləmək sifarişini alır.
Füzuli bələdiyyələri
Füzuli bələdiyyələri — Füzuli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Füzuli-500 (film, 1997)
Füzuli-Şuşa avtomobil yolu
Füzuli–Şuşa avtomobil yolu və ya "Zəfər yolu" — Füzuli şəhərindən Şuşa şəhərinə birbaşa avtomobil yolu. Avtomobil yolunun təməli noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. 7 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Füzuli rayonunda Zəfər yolunun açılışını ediblər. == Tarixi == İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi olmuşdur. 2020-ci il noyabrın 16-da İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilmişdir. 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılmışdır. Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilmişdir. == İnşaası == Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu ilkin hesablamalara əsasən 101.5 km təşkil edir.
Füzuli Beynəlxalq Hava Limanı
Füzuli Beynəlxalq Hava Limanı — Azərbaycan, Füzuli rayonu ərazisində inşa olunan beynəlxalq hava limanı. 16 oktyabr 2021-ci ildə Azərbaycan Baş Nazirinin sərəncamı ilə hava limanına beynəlxalq status verilmişdir. 2021-ci il oktyabrın 26-da hava limanının rəsmi açılışı olmuşdur. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və birbaşa təyyarəsi hava limanına eniş edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. == Tarixi == Birinci Qarabağ müharibəsi zamanı 23 avqust 1993-cü ildə Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Rayonla yanaşı Füzuli şəhərinin də təxminən 17.000 sakininin hamısı zorla qovuldu. İşğal dövründə şəhər bütünlüklə dağıdıldı və kabus şəhərinə çevrildi. Ermənistan işğalçıları tərəfindən tutulduqdan sonra şəhər həm də minalanmışdı. 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Silahlı Qüvvələrinin şəhərə nəzarəti yenidən ələ keçirdiyini elan etmişdir. Ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi Füzulidən Azərbaycan əsgərlərinin şəhərin mərkəzində Azərbaycan bayrağını qaldırdığını göstərən video yayımladı.
Füzuli Dövlət Dram Teatrı
Füzuli Dövlət Dram Teatrı — Füzuli rayonunda yerləşən dövlət dram teatrı. == Tarixi == 1913–1914-illərində Qaryagin Musiqili Dövlət Dram Teatrı yaranmışdır. Bu teatrın səhnəsində S.Şuşinski, Cəmil bəy Bağdadbəyov, Cəmil Vəzirov, Şamxal Vəzirov, M.Əliyev, S.Ruhulla, Məmməd Cavadov, Əyyub Əliyev, Əsəd Cəfərov, Adışirin Əliyev, Zəroş Həmzəyeva, Ağabala Abdyllayev, Abdulla Abdullayev, Cəmil Cəfərov, Firuzə Cəfərova, Dilarə Bayramova, Durna Quliyeva, Famil Musayev, Oktay Əhmədov, Suğra Abbasova, Səmayə Ağayeva, Mürşüd Haşımlı, Ələkbər Məmmədov, Fehruz Əliyev kimi sənətkarlar yetişmiş, əvəzedilməz obrazları ilə teatr səhnəsində böyük iz qoymuşlar. Bu teatrın səhnəsində Ü.Hacıbəyovun "Əsli və Kərəm", " Leyli və Məcnun", N.B.Vəzirovun "Hacı Qənbər", S.Vurğunun "Vaqif", M.İbrahimovun "Həyat", C.Cabbarlının "Almaz", "Oktay Eloğlu", A.Şaiqin "Vətən", İ.Əfəndiyevin "Bahar suları" və s. əsərlər əsasında maraqlı tamaşalar oynanılmışdır. Daha sonra Hüseynqulu Sarabski Qaryagin qəzasında Dövlət Dumasına deputat seçilmiş, teatr 1940–1953-cü illərdə ustad sənətkarın şərəfinə onun adını daşımışdır. H.Sarabski öz sevimli " Məcnun" rolunu Qaryagin Musiqili DDT-nın səhnəsində dəfələrlə oynamışdır. 1953-cü ildə sarabski DDT müəyyən səbəblər üzündən bağlandı. Teatr bağlansa da öz fəaliyyətini xalq teatrı formasında davam etdirirdi. Ürəkləri sənət eşqi ilə yanan aktyorlar özlərinə xalq teatrı yaratmaqla şərəfli sənət yolunu davam etdirdilər.
Füzuli Dövlət Rəsm Qalereyası
Füzuli Dövlət Rəsm Qalereyası — 16 noyabr 2016-cı ildə yaradılmışdır == Qalereya binası == Heydər Əliyev və prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Binanın sahəsi 324 kvadratmetrdir. Qalereyanın ikimərtəbəli binasında rəsm əsərlərinin nümayiş etdirilməsi üçün sərgi zalı fəaliyyət göstərir. == Fəaliyyət istiqamətləri == Gələcəkdə qalereyanın fondunun zənginləşdirilməsi nəzərdə tutulub. == Həmçinin bax == Füzuli Horadiz Azərbaycan Dövlət Rəsm Qalereyaları == Xarici keçidlər == "İlham Əliyev Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının açılışında iştirak edib". president.az. İstifadə tarixi: 01.04.2021. "Prezident İlham Əliyev Horadizdə Dövlət Rəsm Qalereyasının açılışında iştirak edib". www.salamnews.org. İstifadə tarixi: 01.04.2021.
Füzuli Məmmədov (aktyor)
Füzuli Məmmədov (tam adı: Füzuli Şahbala oğlu Məmmədov; 25 avqust 1952 – 18 mart 2009) — aktyor, teatr direktoru. == Həyatı == Füzuli Məmmədov 1968-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1973-cü ildə universiteti bitirmişdir. 1984-cü ildə Moskva Ümumittifaq Təkmilləşdirmə İnstitutunun "Teatr iqtisadiyyatı və işinin təşkili" fakültəsinə daxil olmuş və 1986-cı ildə oranı bitirmişdir. 1973-1982-ci illərdə N.b.Nəzirov adına Lənkəran Dövlət Dram teatrında aktyor işləmişdir. 1982-1984-cü illərdə N.b.Nəzirov adına Lənkəran Dövlət Dram teatrında direktor müavini, direktor vəzifələrində, 1986-1988-ci illərdə "Qaya" ansamblında icraçı direktor və 1988-2006-cı illərdə Dövlət Gənc Tamaşaçılar teatrında direktor müavini vəzifələrində işləmişdir, 1999-cu ildən Bakı Oksford məktəbində pedaqoq, 2006-cı ildən Dövlət Pantomima Teatrında direktor işləyir. F.Məmmədov Türkiyədə (Trabzon 1-13 may 2006-ci il 7-ci uluslar arası Karadeniz tiyatro festivali) Beynəlxalq Teatr Festivalında iştirak etmişdir.
Füzuli Məmmədov (futbolçu)
Füzuli Nurəddin oğlu Məmmədov (8 sentyabr 1977, Uluxanlı) — azərbaycanlı futbol mütəxəssisi. UEFA-nın "A" kateqoriyalı məşqçisidir. "Neftçi PFK" nın keçmiş baş məşqçisi == Bioqrafiyası == Məmmədov Füzuli Nurəddin oğlu 1977-ci il sentyabr ayının 8-də Qərbi Azərbaycanın Masis rayonunda dünyaya gəlib. 2-ci sinifdə oxuyarkən, 1984-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb və təhsilini 96 saylı orta məktəbdə davam etdirib. Futbolla uşaq yaşlarında, Kazbek Tuayevin futbol məktəbində, Valeri Nikiforovun başçılığı altında məşğul olmağa başlayıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "İdman oyunları" fakültəsinin məzunudur. Evlidir, üç ovladı — iki oğlu və bir qızı var. Qardaşı Xəqani Məmmədov da Azərbaycanın tanınmış futbol simalarındandır. Milli komandamızın sabiq hücumçusudur. Hal-hazırda da məşqçilik fəaliyyəti ilə məşğuldur.

Значение слова в других словарях