Füzuli Nizami oğlu Həbibi (8 mart 1995, Cəlilabad, Azərbaycan — 31 oktyabr 2020, Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Füzuli Həbibi | |
---|---|
Füzuli Nizami oğlu Həbibi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Cəlilabad, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Qubadlı, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Cəlilabad |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri | 2020, 2020, 2020 |
Həbibi Füzuli 8 mart 1995-ci ildə Cəlilabad şəhərində anadan olub. 2012-ci ildə Cəlilabad şəhər 8 saylı məktəb-liseyi bitirmişdir. 2013-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış, 2014-cü ildə hərbi xidmətini başa vurub evinə dönmüşdür. Nişanlı idi. Ailədə 3 qardaş idilər.[2][3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli Həbibi Cəbrayıl və Qubadlının azad edilməsində savaşıb. 4 noyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Cəlilabadda dəfn edilib.[4][5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Füzuli Həbibi ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Füzuli Həbibi "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Füzuli Həbibi ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[8]