FƏHM

is. [ ər. ] Anlama, anlaq, dərrakə.
Olmasın fəhmin, əqlin, idrakın; Var nə qəm ta ki vardır əmlakın. M.Ə.Sabir.

□ Fəhm etmək – anlamaq, başa düşmək, dərk etmək.
Ariflər, fəhm eləyin; Süzüb gedən yarə baxın! Aşıq Ələsgər.
Rəğbət və narazılıqla yoğrulmuş bu dumanlı soyuqluğun incəliyini hamıdan çox Əlikram fəhm eləmiş olardı. B.Bayramov.

Fəhm qılmaq klas. – bax fəhm etmək.
Sözlər dersən ki, bilməzəm mən; Məzmununu fəhm qılmazam mən. Füzuli.

Синонимы

  • FƏHM fəhm bax idrak
  • FƏHM anlayış — anlaq — idrak — zəka — dərrakə — fərasət — qanacaq

Этимология

  • FƏHM (Əsli: fəhim) “ağıllı” deməkdir. Korafəhm (fəhmi kor olan) isə “ağılsız” mənasına uyğun gəlir. (Bəşir Əhmədov
FƏHLƏLİK
FƏHMLİ

Значение слова в других словарях