Həsən Fəhmi Əfəndi

Həsən Fəhmi Əfəndi (1795, Akşehir, Konya ili1881, Mədinə, Hicaz vilayəti) — Osmanlı İmperiyasının 149-cu şeyxülislamı (1868–1871), müdərris (müəllim), kazasker (qazi-əsgər), alim.[1]

Həsən Fəhmi Əfəndi
Doğum tarixi 1795
Doğum yeri
Vəfat tarixi 1881
Vəfat yeri

Kiçik yaşlarından elmə olan böyük marağı olan Həsən Fəhmi Əfəndi ilk təhsilini Konyada alıb. Təhsilini uğurla başa vurub Amasyadan Konyaya gələn Kara Halil Əfəndi ilə birlikdə İstanbula yola gedir. Vidinli Mustafa Əfəndinin yanında dərs almağa davam edən Həsən Fəhmi Əfəndi təhsilini uğurla başa vurub Ayasofya Camisində tədris fəaliyyətinə başlayır. 1847-ci ildə Haric rürbəsi ilə Feth-ül-Gazi mədrəsəsinə müdərris təyin edilir. Müxtəlif mədrəsələrdə müdərrislik edib elm öyrətdikdən sonra Sahn-ı Seman (Fatih) mədrəsələrində müdərris olur. Çoxlu tələblər yetişdirdi. Yalnız şeyxülislamların dərs dediyi Bəyazid mədrəsəsində dərs vəkili vəzifəsinə təyin edildi. 1861-ci ildə Sultan Əbdüləzizin hakimiyyətə gəlişindən sonra hoca olub, "Camiurriyaseteyn" ünvanına sahib oldu. Sultan Əbdüləzizin Misir səfərində iştirak etdi. Cami-ül-Əzhərin (Əzhər Universitetinin) məşhur alimi Şeyx Saka ilə görüşüb söhbət etdi. Misir alimləri onun elminin aliliyini təqdir etdilər. 1867-ci ildə Anadolu, daha sonra Rumeli qazi-əsgəri oldu. Şeyxülislam Əl-Hac Mehmed Refik Əfəndinin şeyxülislamlığı başa çatdıqdan sonra 1868-ci ildə şeyxülislam məqamına təyin edildi.

Sədrəzəm Ali Paşa tərəfindən İstanbula gətirilərək vəzifə verilən, Darülfünunun (İstanbul Universiteti) açılışında və başqa vaxtlarda keçirdiyi tədbirlərdə Cəmaləddin Əfqaninin çıxışlarına münasibət bildirdi. Verdiyi fətva ilə Cəmaləddin Əfqaninin doğru yoldan ayrılıb və küfrə qədəm basdığını bəyan etdi. ali Paşa bu səbəbdən Cəmaləddin Əfqanini İstanbuldan çıxartmalı oldu. 5 il 2 ay 10 gün şeyxülislam vəzifəsini icra edən Həsən Fəhmi Əfəndi 1871-ci ildə vəzifəsindən azad edildi. 1874-cü ildə növbəti dəfə şeyülsilam oldu. 1876-cı ildə bu vəzifədən azad edilərək Mədinəyə səfər etdi. Məkkəyə gedib həcc ziyarətini yerinə yetirdikdən sonra Mədinəyə qayıdaraq orada ibadətlə məşğul oldu. 1881-ci ildə vəfat etdi. Cənnət-ül-Baqi qəbiristanlığında dəfn edildi.[1]

  1. Riyaz-ı Hakaniyye (Ədəbi elmlərdən bəhs edən bir əsərdir.)
  2. Resail-i İmtihaniyye (Müxtəlif elmlər haqqındadır)
  3. Ahkam-ı Meriyye
  4. Aziziyye ve Şerh-i Yusufiyye (Məntiq elmindən bəhs edən mənzum əsərdir.)
  5. Şerh-i Salait-ı Feyziyye liş-Şeyh-i Ekber
  6. Risale fi Keyfiyyet-i İman-ı Firavn
  7. Yusufiyye
  8. Şerh-i Akaid ve Siyalkuti
  9. Arabi Divançe
  1. 1 2 "Hasan Fehmi Efendi — TDV İslâm Ansiklopedisi". 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.