FƏLƏSTİN

Aralıq dənizinin şərqində yerləşən tarixi bir ərazidir. Miladi tarixlə m. ö. III minillikdə orada kənanlılar adlanan sami xalqı yaşamışdırlar. Buna görə əvvəllər bu yerlərə Kənan eli də deyilmişdir. Sonra buranı fələstinlilər ələ keçirmiş və onlar burada inkişaf etmiş bir qövmə çevrilmişdirlər. Onların əsas məşğuliyyəti gəmiçilik olmuşdur. Tarixi mənbələrə görə onlarla yanaşı burada İsrail oğulları da yaşamışdırlar. Sonra onların çoxu Misirə köçmüşdür. Sonralar onlar yenə də Fələstinə qayıdıb yerli xalqlarla savaşmış, onları məğlub etmişdilər. Daha sonra İsrail oğullarından Davud və Süleyman orada güclü bir dövlət yarada bilmişdirlər. Ancaq sonralar bu ölkə gücdən düşmüş, İsrail və Yəhudiyyə adlanan iki ölkəyə parçalanmışdır. Sonra İsrailin varlığına Assur imperiyası son qoymuşdur. Yəhudiyyəni isə bir neçə əsrdən sonra babillilər darmadağın edərək əhalisini sürgün etmişdir. Makedoniyalı İsgəndərin hakimiyyətindən sonra bu yerləri onun varisləri olan Selevkoslar idarə edirdilər. Sonralar isə bu ölkəni romalılar ələ keçirmişdirlər. Onlara qarşı yəhudilərin bir neçə üsyanı uğursuzluqla nəticələnmişdir. Bundan sonra romalılar onların əksəriyyətini yenə də sürgün etmişdir. Bununla da, yəhudilərin o yerlərdəki dövlətçilik ənənəsi sona çatmışdır. Sonralar bu yerlər bizanslıların, daha sonra isə Osmanlıların hakimiyyəti altında olmuşdur. Birinci dünya müharibəsindən sonra Fələstin ingilislərin əlinə keçmiş, 1948-ci ildə isə burada İsrail dövləti yaradılmışdır. Bununla yanaşı orada ərəb fələstinlilərinin də muxtar vilayəti vardır.
FƏQİRLƏR
FƏLSƏFƏ

Digər lüğətlərdə