FƏQİRLƏR

yoxsulluq və ehtiyac içində yaşayan insanlardır. Onlar haqqında Quranda ayələrə rast gəlmək mümkündür. İslama görə zəkatı verə bilməyən müsəlmanlar yoxsul hesab edilirlər. Zəngin müsəlmanlar zəkat, eləcə də digər mal varlıqlarından düşən payı bu insanlarla bölüşməlidirlər (Quran, 9: 60). Yoxsul müsəlmanlar qurban kəsməkdən də məsul deyillər. Fəqir sözünü geniş anlamda bütün insanlara da aid etmək olar. Çünki onlar Allahın varlığından asılıdırlar (Quran, 35: 15). Beləliklə, hamı yoxsuldur, yalnız Allahın heç nəyə ehtiyacı yoxdur. Sufilərə görə bütün maddi və mənəvi hər bir şeyin Allaha ehtiyacı vardır. Bunu anlayan hər bir insan özünün yoxsul olduğunu dərk edir. Buna görə də onlar “yoxsulluq” sözünü və tərki-dünyalıq anlamında da başa düşürlər. İki növ yoxsulluq vardır: maddi və mənəvi. Bunu dərk edən mənəviyyatlı insan özünü yoxsul hiss edir. Bu yoxsulluq duyğusu insanı var-dövlətin köləsinə çevrilməkdən qoruyur. Ancaq zəngin olmasına da əngəllər yaratmır.
FƏQİH
FƏLƏSTİN