Fəlakət diplomatiyası
Fəlakət diplomatiyası — quraqlıq diplomatiyası, zəlzələ diplomatiyası, tibbi diplomatiya, tsunami diplomatiyası, peyvənd diplomatiyası və vulkan diplomatiyası kimi anlayışları birləşdirən inkişaf edən anlayış. O, humanitar aksiyaların həm effektiv strategiyaları, həm də siyasi nəticələri ilə bağlıdır.
== Quraqlıq diplomatiyası ==
Dünyanın ən böyük suyun duzsuzlaşdırıcı ölkələrdən olan İsrail və dünyanın ən çox su çatışmazlığı olan ölkələrdən olan İordaniya arasında 2021-ci ildə imzalanan müqaviləyə görə, İordaniya İsraildən su alır, əvəzinə isə İsrail İordaniyadan günəşdən gələn elektrik enerjisini alır. O zaman, İordaniya öz tarixində ən ağır quraqlıqlarıdanan birini yaşayırdı.
== Zəlzələ diplomatiyası ==
Türkiyə və Yunanıstan arasındaki Kardak böhranıdan üç il sonra, 1999-cu ildə hər iki ölkədə baş verən zəlzələlər münasibətlərinin yaxşılaşdırmağı ilə nəticələnib. Öncə avqustun 17-də İstanbulun yanında yerləşən İzmit şəhərində baş verən zəlzələdən sonra Yunanıstan Türkiyəyə xilasediciləri, axtırış itləri, həkimləri, mobil xastəxanaları və humanitar yardımı göndərib. Bundan bir ay sonra, Yunanısatan paytaxt şəhəri Afina şəhərində də zəlzələ baş verib və bu dəfə Türkiyə Yunanıstana öz yardımını göndərmiş.2020-ci ildə Egey dənizində baş vermiş zəlzələ və tsunami ən çox Türkiyənin İzmir şəhərinə təsir edib. Yunanıstan Baş Naziri Kiriakos Mitsotakis Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək baş sağlığını bildirib və Türkiyəyə xilasedici komandaları gönərmiş.Araşdırmacı və jurnalist Güney Yılmazın fikrincə, 1999-cu ilin zəlzələləridən sonra Türkiyə-Yunanıstan münasibətlərində müşahidə olunan yaxınlaşma başqa siyasi amillərlə bağlı idi. 2020-ci ilin zəlzələsidən sonra, gözləmələrə baxmıyaraq, isə bu cür yaxınlaşma müşahidə olunmamış.2023-cü ildə Türkiyə və Suriyada baş vermiş zəlzələdən sonra Yunanıstan Türkiyəyə yardımını təklif etmiş ilk ölkə olub.Həm 1999-cu, həm də 2023-cü ildə İsrail Türkiyəyə yardım göndərən ölkələrin arasında idi. Halbuki, The Jerusalem Post üçün yazan Herb Keinon qeyd edir ki, 1999-cu ilin nümunəsi fəlakət diplomatiyasının siyasi təsiri qısa ömürlü olduğunu göstərir.