Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qabaqcıl (qəzet)
Oğuz səsi — Şahbuz rayonunda nəşr olunan qəzet. Qəzet 1936-cı ildə "Sosializm maldarlığı" adı ilə nəşr olunmağa başlayıb. Yarandığı ilk günlərdən rayonun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı ilə bağlı olub. Qəzet o dövrkü sovet cəmiyyətində sosializm ideyalarının təbliğinə, sosialist iqtisadiyyatının yaranmasına, yeni mənəvi-əxlaqi dəyərlərin meydana gəlməsinə xidmət edib. 1963-cü ildə Şahbuzun bir rayon kimi ləğv edilməsinə qədər "Sosializm maldarlığı" adı ilə nəşr olunan qəzet 3 il sonra – rayon yenidən yaradılanda "Qabaqcıl" adı ilə nəşr olunmağa başlayıb. 1991-ci ilin sentyabrından isə yeni ictimai-siyasi vəziyyətlə – yəni sovet quruluşunun ləğv olunması ilə qəzetin adı dəyişdirilərək "Oğuz yurdu" qoyulmuşdur, 1992-ci ildə isə qəzetin adı müəyyən səbəblərdən yenidən dəyişdirilmiş və "Oğuz səsi" adı ilə nəşrinə başlanılmışdır. Qəzetin ilk redaktoru Rəzzak Babayev, sonrakı redaktorları Abbas Rəcəbli, Müseyib Mehdiyev, Mənaf Xudiyev, Bayram Qurbanov, Əsəd Quliyev, Əhməd Əhmədov, Aslan Bağırov, Elşən Məmmədov, Tahir Fərzəliyev, İmran Məmişov olmuşdur. Bir vaxtlar rayonda savadsızlığın ləğv olunması uğrunda ciddi mübarizə aparan qəzetin sonradan böyük müəlliflər ordusunun yaranmasında, alimlərin, şairlərin, yazıçıların yetişməsində özünəməxsus rolu olmuşdur. Allahverdi Həziyev, Güllü Məmmədova, Xeyrulla Abbasov, Əhməd Məmmədov, Xanlar Səfərəliyev, Çərkəz Məhərrəmov, Şirzad Quliyev, Şəhla Nəbiyeva, Bağdagül Əsgərova, Minayə Abdullayeva və başqaları qəzetin ən tanınmış yazarlarıdır. Uzun illər qəzetin tərkibində "Qönçə", hazırda isə "Məmməd Araz" adı ilə fəaliyyət göstərən ədəbi birlikdə onlarla şair yetişmiş, onların şeirləri xüsusi almanaxlarda dərc edilmişdir.
Qabaqcıl Sovxozda (1955)
Qabaqcıl şifrləmə standartı
Qabaqcıl şifrləmə standartı– elektron məlumatları qorumaq üçün istifadə edilən, ABŞ hökuməti tərəfindən bəyənilmiş şifrləmə alqoritmini müəyyən edir (2000-ci ildən qüvvədədir). AES alqoritmi informasiyanın şifrlənməsi və deşifrlənməsi üçün simmetrik blok şifridir. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Qabaqcıl Elmlər Politexnik İnstitutu
Qabaqcıl Elmlər Politexnik İnstitutu (IPSA; fr. Institut polytechnique des sciences avancées) — Fransaın Cənub-Pireneylər bölgəsində, Tuluza şəhərində yerləşir, aviasiya ixtisaslaşan özəl universitetdir. O IONIS Education Group üzvüdür. Institut polytechnique des Sciences Appliquées 1961-ci ildə aviasiya sektorundan gələn və Parisdə məskunlaşmış üç mühəndis Mişel Kazin, Moris Pradier və Pol Lefort tərəfindən yaradılmışdır. 2001-ci ildə adı Institut polytechnique des sciences avancées olaraq dəyişdirildi. 2007-ci ildə o, Tuluzada bölgədəki mühüm aviasiya sənayesindən qorunan törəmə müəssisəsini açdı. Fransa hökuməti 2005-ci ildə məktəbin məzunlarına "Aeronaviqasiya və kosmik sistemlərin mühəndisliyi üzrə ekspert" adını tanıdı və 2011-ci ildə Komissiya des titres d'ingénieur instituta mühəndis adının verilməsinə icazə verdi. Bu mühəndislik ixtisasının ilk məzunları 2013-2014-cü tədris ilinin sonunda təhsillərini başa vurmuşlar. Məktəb iki illik hazırlıq dövrü və üç illik təkmilləşdirmə dövrü təklif edir: "Telekommunikasiya sistemləri", "Botda hesablamalar", "Elektromexaniki sistemlər", "Mexanika və konstruksiyalar", "Enerji və hərəkət". Məzunlar məktəbi "Aeronaviqasiya Sistemləri və Spatiaux Mühəndisliyi üzrə Ekspert" rəsmi adı ilə tərk edirlər.
Qabaqcıl Traktor Briqadasında (1953)
Qabaqcıl sovxozda (film, 1955)
Qabaqcıl traktor briqadasında (film, 1953)
Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi
Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi — Azərbaycan Respublikası Təhsil Nazirliyi "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı və Fəxri Fərman vasitəsilə təhsil sektorunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların çalışanlarına təltif verir. Bu təltiflər aşağıdakı hallarda verilir: Təhsil sahəsində dövlət tapşırıqlarının uğurla yerinə yetirilməsinə görə. Təhsil sistemi və təhsil müəssisələrinin idarə olunmasında yüksək səviyyəli menecment fəaliyyətinə görə. Gənc nəslin təlim-tərbiyəsinə əldə edilmiş yüksək nəticələrə görə. Yüksək ixtisaslı kadrların yetişdirilməsinə və elmi-pedaqoji fəaliyyətinə görə. İxtisaslı fəhlə və orta ixtisas təhsilli kadrların hazırlanmasında nailiyyətlərə görə. Rəhbər və pedaqoji kadrların hazırlanması, tərbiyə edilməsi və təcrübələrin öyrənilməsi sahəsində yüksək nəticələrə görə. Dərsliklərin, tədris-metodiki və əyani vasitələrin hazırlanmasında yüksək nəticələrə görə. Təhsil sahəsində elmi-tədqiqat işlərinin səmərəliyinə görə. Təhsil sisteminin yeniliklərinin həyata keçirilməsi sahəsində əldə edilən yüksək nəticələrə görə.
Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (kor. 카이스트) və ya qısaca KAIST (ing. Korea Advanced Institute of Science and Technology) — Koreya Respublikasının Dəjeon şəhərinin Yuseonq rayonunda Daedeok elmi şəhərciyində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1971-ci il fevralın 16-da Koreyada qəbul edilmiş xüsusi qanuna əsasən, elm və texnika üzrə mütəxəssislər hazırlayan Koreya Qabaqcıl Elmlər İnstitutu yaradılır. Tələbələr bu ali məktəbə xüsusi müsabiqə yolu ilə qəbul edilirlər. Buraya qəbul olunan tələbələr hərbi xidmətdən azad olunur, lakin məzunların qarşısında institutu bitirdikdən sonra 5 il Koreya Respublikasını tərk etməmək qadağası qoyulur. Bu qadağa ölkədən "beyin axını"nın qarşısını almaq məqsədi ilə edilir. 1973-cü ildən institutda ilk dəfə olaraq magistr səviyyəsi üzrə tələbələr qəbul edilir, iki il sonra avqustun 20-də isə ilk magistr diplomu verilir. Həmin il sentyabrın 12-də doktorantura pilləsinə ilk qəbul aparılır, 1978-ci il avqustun 19-da isə ilk doktorluq diplomları təqdim olunur. 1980-ci illərdə Koreya Qabaqcıl Elmlər İnstitutunun fəaliyyətində bir sıra böyük dəyişikliklər baş verir.
Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu

Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi (film, 1955)
Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi qısametrajlı sənədli filmi rejissor Həbib İsmayılov tərəfindən 1955-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə pambıqçılığın inkişafında qabaqcıl aqrotexnikanın tətbiq edilməsinin səmərəsindən danışılır. 1955-ci ildə rejissor Həbib İsmayılov filmə görə ÜİKTS-in Gümüş Medalına layiq görülmüşdür. == Məzmun == Elmi-kütləvi filmdir. Filmdə pambıqçılığın inkişafında qabaqcıl aqrotexnikanın tətbiq edilməsinin səmərəsindən danışılır. == Mükafat == 1955-ci ildə rejissor Həbib İsmayılov filmə görə ÜİKTS-in Gümüş Medalına layiq görülmüşdür.
DQMV qabaqcılları Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində (film, 1940)
== Məzmun == Filmdə Azərbaycanın Dağlıq Qarabağ Vilayətinin əmək qabaqcıllarının təsərrüfat sahəsində qazandıqları nailiyyətlərdən və onların Moskvaya Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinə yola salınmalarından bəhs olunur. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissorlar: L. Martirosov, Qəmər Salamzadə Ssenari müəllifi: L. Martirosov Operator: L. Martirosov Səs operatoru: Y.Qomerov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 66-67.
Qabaqçöl
Qabaqçöl — Azərbaycan Respublikasının Balakən rayonunun Qabaqçöl qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Balakən rayonunun Xalatala, Meşəşambul və Şərif kəndlərindən ayrılmış ərazidəki yaşayış məntəqəsi Qabaqçöl adı ilə rayonun yaşayış məntəqələri siyahısına daxil edilərək şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və bu qəsəbə mərkəz olmaqla Qabaqçöl qəsəbə Soveti yaradılmışdır. Əhalisinin milli tərkibinin hamısını Avarlar təşkil edir. 2009-cu il əhali siyahıyaalınmasına əsasən qəsəbədə 999 nəfər (456 nəfəri kişilər, 543 nəfəri qadınlar) əhali yaşayırdı. Rəsul Çunayev Murad Bazarov Hacımurad Bağmanov Hacımurad Çopsiyev Əhali əsasən kənd təsərrüfatı, fermer təsərrüfatı və kiçik bizneslə məşğul olur.
Qabaqçöl bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qabaqçı Mustafa üsyanı
Qabaqçı Mustafa üsyanı (türk. Kabakçı Mustafa isyanı) – 1807-ci ildə İstanbulda baş verən və III Səlimin taxtdan endirilməsi ilə nəticələnən üsyan. Hakimiyyətdəki bir Osmanlı sultanının taxtdan endirilməsiylə nəticələnən sonuncu yeniçəri üsyanıdır. == Üsyandan əvvəlki vəziyyət == III Səlimin səltənət illəri (1789–1807) müxtəlif üsyanlara — Dağlı üsyanları (1790–1795), Pəsvəndoğlu Osman Paşanın üsyanı (1792), Serb ayaqlanması (1804), Mahmud Təyyar Paşanın üsyanı (1805), İkinci Ədirnə hadisəsi (1806) və məşhur Qabaqçı Mustafa üsyanı (1807) səhnə olmuşdur. Sonuncu istisna olmaqla, digər bütün üsyanlar əyalətlərdə mərkəzi hakimiyyətlə digər qruplar arasındakı siyasi sürtüşmə olaraq baş vermişdir. Ancaq Qabaqçı Mustafa üsyanı isə imperiyanın mərkəzi sayılan paytaxtda baş vermiş, hakimiyyətdəki bir sultanın taxtdan endirilməsiylə nəticələnmişdir. Qabaqçı Mustafa üsyanının səbəbləri arasında ən mühümü Sultan Səlimin başlatdığı və Nizami-cədid olaraq olaraq bilinən modernləşmə hərəkatıdır. Nizami-cədid ordusuna qarşı kin bəsləyən yeniçərilər və digər qruplar ordunun qurulduğu 1793-cü ildən 1805-ci ilədək kollektiv şəkildə hər hansı bir reaksiya bildirməmişdi. Bu yolda ilk etiraz aksiyası 1805-ci ildə baş tutan Səlimiyyə məscidi hadisəsidir. 1805-ci ilin aprelində inşası yeni tamamlanan Böyük Səlimiyyə məscidinə cümə namazına getməsi planlaşdırılan Sultan Səlimin, ənənəyə uyğun olaraq yeniçəriləri deyil, Nizami-cədid əsgərlərini mərasimə dəvət etməsi etirazlara səbəb oldu.
Qabaqlı
Qabaxlı (Keşişkənd) — Dərələyəz mahalında, Alagöz çayının (erm.: e. Եղեգիս գետի, l. Yeğeqis qeti) sol sahilində kənd. Qabaxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Qabaxlı (Axta) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında indi Axta (Razdan) rayonunda kənd. Qabaxlı körpüsü — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü. Qabaxlı çayı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Qabaxlı selavı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda selav.
Qabaqyal dağı
Qabaqyal – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Bəysal qövsvari şaxəsinin suayrıcında, Yuxarı Yaycı kəndindən 3 km cənub-şərqdə dağ (hünd. 1824,4 m). Üst Permin Murqab regiomərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentində, onun mərkəzi hissəsinin şimal-şərq qanadında müşahidə edilən Yuxarı Danzik antiklinalının tağ hissəsində yerləşir. Zirvə hissəsindən və şimal-şərq yamacından şimal-qərb istiqamətli əks-fay qırılmaları keçir.
Qabarcıq nizamlama
Qabarcıqlı nizamlama və ya qabarcıqlı sıralama (ing. Bubble sort) — iki qonşu elementi müqayisə etməklə və əgər onlar səhv nizamda isə onların yerini dəyişməklə verilən siyahını təkrarla yoxlayaraq, sıralayan alqoritmdir. Alqoritmin performansı aşağıdakı kimidir: ən yaxşı vaxt = O ( n ) {\displaystyle O(n)} orta vaxt = O ( n 2 ) {\displaystyle O(n^{2})} "5 1 4 2 8" şəklində bir massiv götürək, və massivi artma sırasına görə sıralayaq. Hər bir addımda müqayisə olunan elementlər tünd qara ilə göstərilib. Sona qədər sıralama üçün 3 keçid lazımdır. Birinci keçid: ( 5 1 4 2 8 ) → {\displaystyle \to } ( 1 5 4 2 8 ), Burada alqoritm ilk iki elementi müqayisə edir və 5>1 olduğu üçün 5 ilə 1-in yerini dəyişir. ( 1 5 4 2 8 ) → {\displaystyle \to } ( 1 4 5 2 8 ), 5 > 4 olduğu üçün ( 1 4 5 2 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 > 2 olduğu ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 < 8, heç bir dəyişiklik olmur. İkinci keçid: ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ) ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ), 4 > 2 olduğu üçün ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) Hal - hazırda massiv artma sırasına görə sıralanıb (nizamlanıb). Amma alqoritm bunun belə olduğunu bilmədiyi üçün elementlərin yerini dəyişmədən birdaha elementləri müqayisə edəcək. Üçüncü keçid: ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) Python dilində implementasiya aşağıdakı kimi olar.
Qabarcıq sıralama

Qabaqlı (Çiftlikköy)
Qabaqlı — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda kənd. == Tarixi == Kəndin əsası 1892-ci ildə qoyulmuşdur. Kəndin adı 1911-ci il qeydlərində Sultaniyyə kimi qeyd olunur.
Babagil
Babagil — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 289 nəfərdir. == Toponimiyası == Kəndin adı 1508-ci ilə aid edilən Babagil türbəsinin adındandır. Qədim adı Asnaqaran/Əsnəkəran (talış. "dəmirçilər") olmuşdur. Babagil türbəsi Səfəvilərin gilanlı müridlərindən birinə mənsub olmuş, sonralar zaviyəyə çevrilmişdir. Türbə sahibinin nəvəsi Babagilli Əmir Şahsevər Kəskəri Səfəvilərin tanınmış sərkərdələrindən olmuş, 1578-ci ildə talış hakimi Bayandır xanın fərmanı ilə Xorasanda baş verən iğtişaşı yatırarkən döyüş zamanı öldürülmüşdür.
Babagil türbəsi
Babagil türbəsi — Azərbaycanın Lerik rayonunda dini-tarixi memarlıq abidəsi. Babagil türbəsi Lənkəran-Lerik yolunun 40-cı kilometrliyində, çayın sağ sahilindədir. Burada onlarca qədim palistik sənətkarlıq nümunələri qeydə alınmışdır. Qədim qəbristanlıqda məqbərə ucalır. Məqbərəni daş qoç fıqurları, günbəz və günəş şəkilli başdaşları dövrəyə alır. Başdaşları dörd cürdür. Bir qismində çevrə içərisində günəşin təsviri verilmişdir. İkinci növ başdaşlarında ox, əmud, xəncər təsvir olunmuşdur. Bu alətlər qəbirlərdə dəfn olunanların iş və əməllərindən xəbər verir. Üçüncü növ daşlarda daraq şəklinin təsviri vardır.
Qarağıl (Azərşəhr)
Qarağıl (fars. قراغيل‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,527 nəfər yaşayır (332 ailə).
Saat Qabağı
Saat Qabağı — Təbrizin ən önəmli meydanının adıdır və qədim zaman oraya Milli Məclis deyərmişlər, amma indi bələdiyyə tikintisidir.
Su qabağı
Su qabağı (lat. Lagenaria) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Adenopus Benth. Sphaerosicyos Hook.f.
Adi su qabağı
Adi su qabağı (lat. Lagenaria siceraria) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin su qabağı cinsinə aid bitki növü. == Arealı == Vətəni Afrikadır. Birevli, bircinsiyyətli çiçəkləri yarpaq qoltuğunda tək-tək yerləşir. Meyvəsinin uzunluğu 20—90 sm, diametri orta hesabla 20—30 sm-dir. Hər iki yarımkürənin tropik və subtropiklərində qədimdən yetişdirilir. Azərbaycanın bir çox rayonlarında meyvəsinə görə, bəzən də dekorativ bitki kimi becərilir. == Sinonimləri == Cucumis bicirrha J.R.Forst. ex Guill. Cucumis lagenaria (L.) Dumort.