Faleristika
Faleristika (lat. falerae, phalerae — hərbi fərqlənmə nişanlarından ibarət metal bəzək; yun. φάλαρα — metal nişan) — mükafatları öyrənən köməkçi tarix elmi.
"Falera" Qədim Roma mükafatlarının adıdır, orden, medal və fərqlənmə nişanlarının tarixini öyrənən köməkçi tarix fənni. Ənənəvi olaraq numizmatikaya aid edilir. Müstəqil fənn kimi 20-ci əsrin 60–70-ci illərindən inkişaf edir.