Fama

die; - (Gerüchte) şaiyə, səs-səda
falzen
familiär
OBASTAN VİKİ
Yucin Fama
Yucin Fama (ing. Eugene Francis "Gene" Fama; 14 fevral 1939[…], Boston) — amerikalı iqtisadçı. 2013-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Xüsusilə portfel nəzəriyyəsi və varlıq qiymətləri mövzusunda olan tədqiqatları ilə tanınır. Yucin Fama çağdaş maliyyənin atası hesab olunur. İqtisadiyyat üzrə Nobel mükafatına varlıq qiymətləri mövzusundakı təcrübi analizlərlə bağlı tədqiqatlarına görə layiq görülmüşdür. Yucin Fama yeni məlumatların tez-tez daxil olduğunu söyləyərək, səhm qiymətlərini qısamüddətli dövrdə təxmin etmənin olduqca çətin olduğunu ifadə etmişdir.
Baccharis famatinensis
Baccharis famatinensis (lat. Baccharis famatinensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Euphorbia famatamboay
Euphorbia famatamboay (lat. Euphorbia famatamboay) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Famaqusta
Famaqusta (yun. Αμμόχωστος; türk. Gazimağusa) — De-yure Kipr Respublikasının ərazisində olan de-fakto isə Şimali Kipr Türk Respublikasının nəzarətində yerləşən şəhər. Famaqusta şəhəri ərazidə yaşayan Kipr türkləri tərəfindən (türk. Gazimağusa) formasında adlandırılır. == Tarixi == Antik dövrdə Famaqusta şəhərinin yerində Arsinoi şəhəri mövcud idi . Arsinoi e.ə. III əsrdə Misir fironu II Ptolomey tərəfindən salınmışdı. 1184-cü ildə Komninlər sülaləsindən olan İsaak Kiprdə hakimiyyətə gəlir. Ancaq onun hökmranlığı uzun müddət çəkmədi.
Famaqusta darvazası
Famaqusta darvazası (türk. Mağusa Kapısı) — Nikosiya şəhərində Venesiya dövründə tikilmiş üç darvazadan biri. == Tarixi == Darvaza 1567–1570-ci illərdə venesiyalı memar Culio Savornyano tərəfindən dizayn edilmişdir. Onun adından darvaza "Porta Culiana" adlandırılmışdır. Qapı şəhər istehkamlarında tunel yaradır, tağın mərkəzi hissəsindəki okulusla işıqlandırılır. Darvazanın hər iki tərəfində iki otaq var. 1981-ci ildə geniş restavrasiya işlərindən sonra darvaza mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir; burada sərgilər, debatlar və konsertlər təşkil olunur.
Famatinit
Famatinit — mineral, Cu3SbS4 == Haqqında == Lüsonit – famatinit fasiləli izomorf sıranın son üzvü. Tetraedr. Nadir kiçik kristallar. İkiləşmə polisintetik. Ayrılma {101} üzrə orta, {100} üzrə nisbətən pis. Aqreqat: dənəvər, böyrəkvari. Rəngi misi-qırmızıdan bənövşəyi-qırmızımtıl-bozadək. Cizgisi qara. Parıltısı metallik. Sərtliyi 3,5–4,5.
Nea Salamina Famaqusta FK
Nea Salamina — Kiprin futbol klubu 1 dəfə Avropa kuboklarında iştirak edib.
Senecio famatinensis
Senecio famatinensis (lat. Senecio famatinensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Famadihana
Famadihana - Madaqaskarda yaşayan yerli xalqlara məxsus xüsusi dəfn ritualı. Sümüklərin çevirilməsi və ya dəfn edildiyi yerdən çıxarılması kimi də başa düşülən rituala görə insanlar öz əcdadlarına məxsus məzarları 5-7 il birdən yenidən açır, cəsədləri yeni parçaya bükür və həmişə xatırlanması üçün adlarını parçanın üzərinə yazırlar. Ritualın növbəti hissəsi olaraq cəsədlər başlarının üzərində danışanaraq rəqs edilir və cənzalar ailə məzarlarına qaytarılmazdan əvvəl məzarlığın, bəzi hallarda isə vəfat etmiş şəxsin yaşadığı evin ətrafında dövrələr vurulur. Malaqas xalqına görə Famadihana ritualının təşkil edilməsində əsas məqsəd vəfat etmiş şəxsin ruhuna ehtiram göstərmək və onun keçmiş həyatını xatırlamqdan ibarətdir. Famadihana, Cənub-Şərqi Asiya və Okeaniyadan gələn toplu dəfn adətlərinin yerli əhali tərəfindən uyğunlaşdırılmış forması olsa da, XVII əsrdən etibarən Madaqaskarın özünə məxsus milli adət və ənənəsi kimi çıxış etməyə başlamışdır. Adətin təşkil edilməsində bir digər məqsəd isə dəfn edilmiş şəxsin ruhuna rahatlıq gətirmək və onun olduğu aləmdəki həyatını asanlaşdırmaq prinsipinə söykənkənməkdədir. Madaqaskarda sözügedən ritual əsasən 5-7 il birdən bir icra edilməkdədir. Dəfn edilmiş şəxsin məzarı ekshumasiya edilir və məzar tamamilə açılır. Məzardan çıxarılan cəsəd xüsusi olaraq hazırlanmış ağ parçaya büküldükdən sonra xüsusi ritualların icrasına başlanılır və adətən həmin də gündə rituallar yekunlaşdırılaraq yenidən dəfn prosesi icra edilir. Madaqaskar folkoloruna görə Famadihana ritualı ailələrin bir araya gətirilməsi, qohum-əqraba münasibətlərinin qorunub saxlanılması, hətta bəzi küsülü münasibətdə olan qohumların, yaxınların barışması üçün əla fürsətdir.