FATALİZM

taleyə, qismətə inanma, ümumiyyətlə, hər bir hadisənin və insanın hər bir hərəkətinin əzəli və qismətdən bilavasitə asılı olmasına və labüddən həyata keçməsinə etiqad edən dünyagörüşü.
FATALİST
FATİHƏ
OBASTAN VİKİ
Fatalizm
Fatalizm (fatalis-tale, qismət) — anti-dialektik dünyagörüşü konsepsiyası. Bu konsepsiyaya görə aləmdə baş verən bütün proseslər azadlığa, yaradıcılığa imkan yaratmayan zərurətə tabedir və əzəldən müəyyən edilmişdir. İlk əvvəl fatalizm mifologiyada insanların və hətta Allahların mənası, məqsədi olmayan kor taleyə qarşısıalınmaz tabeliyi haqqında təsəvvür kimi inkişaf etdirilmişdir. Fəlsəfədə fatalizm müxtəlif formada təzahür edir. Stoiklərin təliminə görə kosmos üzərində amansız tale hökmrandır və vaxtaşırı meydana gələn dünya yanğınından sonra hər şey təkrar olunur: qabaqcadan müəyyən edilmiş ahəngdarlıq haqqında Leybinits təlimində monadaların qarşılıqlı təsiri Allah tərəfindən qabaqcadan müəyyənləşdirilibdir; Şellinqin obyektiv idealist sistemində azadlıq və zərurətin bir-birindən ayrılması real fərdləri azad surətdə fəaliyyət göstərmək imkanından məhrum edir; Hegeldə şəxsiyyət nəticə etibarilə mütləq ideyanın yalnız aləti kimi meydana çıxır. Metafizik materializm sistemlərində (Hobbs, XVIII əsr fransız materializmi və b.) obyektiv təsadüfün inkarı, səbəbiyyət və eyniyyətin eyniləşdirliməsi də fatalizmə gətirib çıxarmışdır. Teoloji fatalizm tarixin və insan həyatının hadisələrinin Allahın iradəsiilə qabaqcadan müəyyən edilməsinə əsaslanır; teoloji fatalizm çərçivəsində mütləq tale konsepsiyaları (avqustinizm, kalvinizm, yansenizm) ilə Allah bəsirətinin qadirliyini insanın azad iradəsi ilə uyğunlaşdırılmağa çalışan baxışlar arasında (katolisizm, pravoslavlıq) mübarizə gedir. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Teoloji fatalizm
Azad iradə haqqında arqument, azad iradə paradoksu və ya teoloji fatalizm — insan həyatının hadisələrini və gedişatına nəzarət edən ilahi təqdirə inam. Hər bir fərd onun həyat yolunu, qərarlarını və seçimlərini müəyyən edən ali güclərin təsirinə məruz qalır. İnsan həyatına ilahi müdaxiləni vurğulayan İslam, Kalvinizm və Yansenizm də daxil olmaqla müxtəlif dini təlimlərlə əlaqələndirilir. Əsas fikir ondan ibarətdir ki, taleyin əvvəlcədən müəyyən edilmiş planı var, daha yüksək bir güc tərəfindən idarə olunur və dəyişdirilə bilməz. Lakin Allahın hər şeyi bildiyi, xüsusən də hər şeyi bilməklə iradənin bir araya sığmaması və hər iki xüsusiyyəti özündə birləşdirən hər hansı bir Tanrı anlayışının ağlasığmaz olduğu iddiaları ilə bağlı bir çox ziddiyyətlər də vardır. == Hər şeyi bilmə və azad iradə == Tanrının varlığına qarşı bəzi arqumentlər insanlarıb azad iradəyə malik olması ilə Tanrının hər şeyi bilməsi arasında iddia edilən uyğunsuzluğa diqqət yetirir. Məşhur yəhudi filosofu Maymonid ilahi hərşeyə qadirlik ilə yaratdığı insanın azad iradəsi arasındakı ziddiyyəti ənənəvi yaxşı və pis əməllər baxımından belə təsvir etmişdir: Anqlikan teoloq Montqomeri Vott xristian vəhyinin oxşar təsvirini verdi: Bu arqumentin məntiqi forması aşağıdakı kimi ola bilər: İnsanın “azad yaradılmış” olduğunu iddia edən “S”-i (seçimi) Tanrı bilir. İndi “S”-in baş verməsi (gerçəkləşməsi) lazımdır. Əgər indi “S”-in baş verməsi zəruridirsə, “S” başqa cür ola bilməz (“zəruri”nin tərifi budur). Yəni, ilahi təqdirə görə faktiki “imkanlar” yoxdur.

Digər lüğətlərdə