FATALİST

taleyə, qismətə, qəzavü-qədərə, olacağa, təqdirə inanma.
FASİQ
FATALİZM
OBASTAN VİKİ
Fatalist
Fatalizm (fatalis-tale, qismət) — anti-dialektik dünyagörüşü konsepsiyası. Bu konsepsiyaya görə aləmdə baş verən bütün proseslər azadlığa, yaradıcılığa imkan yaratmayan zərurətə tabedir və əzəldən müəyyən edilmişdir. İlk əvvəl fatalizm mifologiyada insanların və hətta Allahların mənası, məqsədi olmayan kor taleyə qarşısıalınmaz tabeliyi haqqında təsəvvür kimi inkişaf etdirilmişdir. Fəlsəfədə fatalizm müxtəlif formada təzahür edir. Stoiklərin təliminə görə kosmos üzərində amansız tale hökmrandır və vaxtaşırı meydana gələn dünya yanğınından sonra hər şey təkrar olunur: qabaqcadan müəyyən edilmiş ahəngdarlıq haqqında Leybinits təlimində monadaların qarşılıqlı təsiri Allah tərəfindən qabaqcadan müəyyənləşdirilibdir; Şellinqin obyektiv idealist sistemində azadlıq və zərurətin bir-birindən ayrılması real fərdləri azad surətdə fəaliyyət göstərmək imkanından məhrum edir; Hegeldə şəxsiyyət nəticə etibarilə mütləq ideyanın yalnız aləti kimi meydana çıxır. Metafizik materializm sistemlərində (Hobbs, XVIII əsr fransız materializmi və b.) obyektiv təsadüfün inkarı, səbəbiyyət və eyniyyətin eyniləşdirliməsi də fatalizmə gətirib çıxarmışdır. Teoloji fatalizm tarixin və insan həyatının hadisələrinin Allahın iradəsiilə qabaqcadan müəyyən edilməsinə əsaslanır; teoloji fatalizm çərçivəsində mütləq tale konsepsiyaları (avqustinizm, kalvinizm, yansenizm) ilə Allah bəsirətinin qadirliyini insanın azad iradəsi ilə uyğunlaşdırılmağa çalışan baxışlar arasında (katolisizm, pravoslavlıq) mübarizə gedir. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.

Digər lüğətlərdə