□ Faş etmək – gizli işi, sirri başqalarına demək, bildirmək, yaymaq, açmaq, üzə çıxarmaq, üstünü açmaq. Gizli xəbəri faş etmək.
– [“Molla Nəsrəddin”] Yer üzündə Allah vəkillərinin çirkin əməllərini faş edirdi.
Saldın ayaqlara məhəbbətimi; Faş etdin aləmə hər söhbətimi.
[Zeyd Nofələ və İbn Salama:] Qayıdın geri. Qeysin sirri var. Qoymaram onun sirrini faş edəsiniz.
Faş olmaq – üzə çıxmaq, üstü açılmaq, hamıya məlum olmaq, aşkar olmaq, yayılmaq.
Dildən-dilə düşdü bu fəsanə; Faş oldu bu macəra cəhanə.