feyz

is. 1) abondance f ; 2) bien m ; jouissance f, délice m ; plaisir m ; ~ almaq jouir vi de qch ; s’en donner à cœur joie

fevral
feyzyab
OBASTAN VİKİ
Möhsün Feyz Kaşani
Molla Məhəmməd Möhsün Feyz Kaşani (fars. ملا محسن فیض کاشانی‎; 15 sentyabr 1598, Kaşan, İsfahan ostanı və ya صفوی‌لر – 22 may 1680, Kaşan, İsfahan ostanı və ya صفوی‌لر) — İslam alimi. == Həyatı == Feyz Kaşani 14 səfər 1007-ci ilində Kaşan şəhərində elm və təqva dolu bir xanədanda dünyaya gəlib və miladi ilə 1670-cı ildə dünyadan köçüb. Atası Molla Fəthullah Kaşani və Ziyauddin Muhəmməd Razinin şagirdlərindən olan Rəziyuddin Şah Murtəza Kaşan Elmlər Hövzəsinin böyük fəqihlərindən olub. Anası alimə və şairə olan Zəhra Xatun Rey şəhərinin böyük alim və fəqihlərindən olan Ziyaul-Urəfa Razinin qızıdır. Feyz Kaşani Şah Murtəzanın dördüncü uşağıdır. İki yaşında atasını itirdikdən sonra dayısı və əmisi onun və qardaşlarının təhsilini boynuna götürürlər. Feyz Kaşani digər qardaşlarından daha ağıllı olduğu üçün yetkinlik çağına qədər Kaşanda dayısı və əmisinin yanında müqəddimə elmini tamamlayır. İyirmi yaşında böyük qardaşıyla birlikdə o dövrdə müxtəlif elm ustadlarının iqamət etdiyi elm mərkəzi İsfahana gedir. === Feyz Kaşaninın İsfahandakı məşhur ustadları === 1.
Aydın Feyzullayev
Bağça (Behi-yi Feyzullah Bəyi)
Bağça (fars. باغ چه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (40 ailə).
Bezhan Feyzullayev
Həsən Feyziyev
Həsən Feyziyev (10 sentyabr 1936, Tahirli, Astraxanbazar rayonu) — Tanınmış alim, Azərbaycan Respublikasının əməkdar müəllimi, texnika elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü. == Həyatı == Həsən Qulu oğlu Feyziyev 1936-cı il sentyabrın 10-da Azərbaycan Respublikasının Cəlilabad rayonunun Tahirli kəndində anadan olmuşdur. 1953-cü ildə Bakı Energetika Texnikumuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci) daxil olmuş, 1957-ci ildə oranı “İstilik Energetikası” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakültəsində təhsilini davam etdirərərk, 1962-ci ildə “Elektrik stansiyalarının istilik energetik qurğuları” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmən ildən AzNKİ-nin “Buxar və qaz turbinləri və istilik elektrik stansiyaları” kafedrasında assistent, 1967-ci ildən baş müəllim, 1970-ci ildən isə dosent vəzifələrində çalışmışdır. Həsən müəllim 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) ”İstilik qaz təchizatı və ventilyasiya” kafedrasına müdir seçilmiş, 1981-ci ildən 2012-ci ilədək isə “İstilik təchizatı və istilik texnikası” kafedrasının müdiri vəzifəsində işləmişdir. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi məsləhətçidir. Həsən müəllim Türkiyə, Kipr və İsrail dövlətlərinə elmi konfrans və müşavirələrə dəvət olunmuş və elmi məruzələrlə çıxış etmişdir. Professor Feyziyev bir neçə ixtisaslaşdırılmış Elmi Şuranın, AAK-nın Ekspert Şurasının üzvi və bir neçə birdəfəlik İxtisaslaşdırılmış Elmi Şuranın sədri olmuşdur. Professor Həsən Feyziyev suyun emal texnologiyası sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeniliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış alimdir. O insanlar xoşbəxtdilər ki, təkçə özləri üçün yaşamırlar.
Kürəkənzadə Feyzullah Əfəndi
Kürəkənzadə Feyzullah Əfəndi (1700, Bursa – 27 dekabr 1761, Bəyoğlu, İstanbul ili) — Osmanlı alimi, bəstəkarı və şeyxülislamı. Atası Sultan Osman və Sultan Mustafa səltənətlərinin şeyxülislamlarından Əhməd Əfəndidir. == Həyatı == 1700-cü ildə Bursada dünyaya gəldi. Atası o əsnada Bursa qazısı olan, Sultan Osman və Sultan Mustafa səltənətlərinin şeyxülislamlarından Əhməd Əfəndidir. Təhsilini tamamlayıb müdərris lik dərəcəsi ladı və müxtəlif mədrəsələrdə xidmət etdi. Ailəsinin nüfuzundan istifadə edərək sürətlə dərəcələri artdı və 1730-cu ildə öncə Qalata, ardından həmin il Bursa qazısı oldu. İstanbul qazılığına təyinatından bir neçə ay sonra 1739-cu ildə Anadolu qazəsgərliyinə gətirildi. Ancaq bu vəzifədə 9 ay qala bildi və azad edildikdən sonra 10 il boyunca dövlət vəzifələrindən uzaq qaldı. Bunda atasının vəfatı ilə nüfuzunun azalmasının rolu mühümdür. 1750-ci ildə və 1754-cü ildə 2 dəfə Rumeli qazəsgəri oldu.
Lətif Feyzullayev
Lətif Mirəbdülbaqi oğlu Feyzullayev (13 oktyabr 1918, Bakı – 25 mart 1987, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1977). == Yaradıcılığı == 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan Lətif Feyzullayev buranı bitirdikdən sonra təhsilini Moskvada – V. İ. Surikov adına Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsində davam etdirmişdir. Bu illərdə o, müəllimləri Moçalski, Pokarjevski və Qrabardan təsviri sənətin incəliklərini böyük həvəslə öyrənir. Hələ tələbə ikən gələcək rəssam "Qaçaq Nəbi" və "Qatır Məmməd" kimi tarixi mövzulu əsərləri ilə respublika sərgilərində iştirak edir. Rəssam Böyük Vətən Müharibəsi illərində hərbi vətənpərvərlik ruhunda bir sıra əsərlər yaradır, hərbi hissələrdə təbliğat-təşviqat xarakterli plakatların müəllifi kimi tanınır. O, eyni zamanda Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda da dərs deyir. 1944-cü ildə Lətif Feyzullayev yarımçıq qalmış təhsilini davam etdirmək məqsədi ilə Moskvaya qayıdır. Elə həmin il Moskvada təhsil alan Vəcihə Səmədova ilə ailə qurur. 1949-cu ildə institutu uğurla bitirən gənc rəssam Lətif Feyzullayev Bakıya qayıdır. Müharibədən sonrakı illərdə qurub-yaradan insanların – müharibə qəhrəmanlarının, kənd zəhmətkeşlərinin, fəhlələrin əməyi rəssamın əsərlərinin əsas mövzusunu təşkil edir.
Mirheydər Feyzi
Mirheydər Feyzullin (tam adı: Mirheydər Mustafa oğlu Feyzullin, başq. Мирхәйҙәр Мостафа улы Фәйзуллин, tatar. Мирхәйдәр Мостафа улы Фәйзуллин rus. Мирхайдар Мустафович Файзуллин; təxəllüsü: Mirheydər Feyzi, başq. Мирхәйҙәр Фәйзи, tatar. Мирхәйдәр Фәйзи, rus. Мирхайдар Файзи; 19 oktyabr 1891, Orsk qəzası[d], Orenburq quberniyası[d] – 9 iyul 1928, Baymak, Başqırd MSSR, RSFSR, SSRİ) — Başqırdıstan və Tatarıstan yazıçısı, şairi, dramaturqu və publisisti. == Həyatı == Mirheydər Mustafa oğlu Feyzullin 19 oktyabr 1891-ci ildə Rusiya imperiyasının Orenburq quberniyasının Orsk mahalında anadan olmuşdur. Onun atası – Mustafa Feyzullin Orenburq sahibkarı Hüseynovun fermasını idarə edirdi. Bir müddət sonra o, ailəsi ilə birlikdə Orska köçür.
Mirheydər Feyzullin
Mirheydər Feyzullin (tam adı: Mirheydər Mustafa oğlu Feyzullin, başq. Мирхәйҙәр Мостафа улы Фәйзуллин, tatar. Мирхәйдәр Мостафа улы Фәйзуллин rus. Мирхайдар Мустафович Файзуллин; təxəllüsü: Mirheydər Feyzi, başq. Мирхәйҙәр Фәйзи, tatar. Мирхәйдәр Фәйзи, rus. Мирхайдар Файзи; 19 oktyabr 1891, Orsk qəzası[d], Orenburq quberniyası[d] – 9 iyul 1928, Baymak, Başqırd MSSR, RSFSR, SSRİ) — Başqırdıstan və Tatarıstan yazıçısı, şairi, dramaturqu və publisisti. == Həyatı == Mirheydər Mustafa oğlu Feyzullin 19 oktyabr 1891-ci ildə Rusiya imperiyasının Orenburq quberniyasının Orsk mahalında anadan olmuşdur. Onun atası – Mustafa Feyzullin Orenburq sahibkarı Hüseynovun fermasını idarə edirdi. Bir müddət sonra o, ailəsi ilə birlikdə Orska köçür.
Mərdan Feyzullayev
Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı, Azərbaycan diasporunun nümayəndəsi. == Həyatı və fəaliyyəti == Mərdan Əhmədiyyə oğlu Feyzullayev 1959-cu ildə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. O, 1979–1983-cü illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində, 1984–1989-cu illərdə B. Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb. 1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi işə başlayan M. Feyzullayev 1985–1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989–1998-ci illərdə isə baş rejissor vəzifəsində işləyib. 1999-cu ildən Moskvada yaşayan Mərdan Feyzullayev həm də Moskvada fəaliyyət gostərən "Dərviş" teat rının yaradıcısı və baş rejissoru idi. M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Elçinin "Şekspir" əsərlərini rus dilində səhnəyə qoyub və hər iki tamaşa paytaxtda uğurla numayiş etdirilib.2010-cu ildə noyabrın 4-də Rusiyanın ali mukafatı olan II dərəcəli "Vətən qarşısında xidmətlərinə gorə" medalı ilə təltif olunub.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə incəsənət sahəsindəki nailiyyətlərinə gorə "Əməkdar artist" fəxri adına layiq gorulmuşdur. 13 avqust 2017-ci ildə Moskvada vəfat etmişdir. Şəkidə dəfn olunub.
Nicat Feyzullayev
Nicat Lətif oğlu Feyzullayev — Azərbaycan kinorejissoru və ssenari müəllifi. == Həyatı == Nicat Feyzullayev 1 noyabr 1945-ci ildə Bakıda görkəmli rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində anadan olub. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda, 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alır. 1970-ci illərdən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. Bir neçə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu rejissoru, ssenari müəllifidir. 4 may 2015-ci ildə vəfat etmişdir.
Qaraca-i Feyzullah (Mərənd)
Qaraca-i Feyzullah (fars. قراجه فيض اله‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,851 nəfər yaşayır (449 ailə).
Rafiq Feyzullayev
Rafiq Babaş oğlu Feyzullayev (10 sentyabr 1943, Bakı – 17 iyun 2001, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycanın xalq təhsili naziri (1989–1992), Azərbaycan Respublikası müdafiə nazirinin müavini (1992-ci ildən). == Həyatı == Feyzullayev Rafiq Babaş oğlu 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir (1965). 1965–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. Xarkov Radiotexnika İnstitutunun aspiranturasında təhsil almışdır (1967–1970). 1971‑ci ildə Saratov Dövlət Universitetində cəbr və topologiya ixtisası üzrə namizədlik, 1985‑ci ildə Belorusiya Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda doktorluq dissertasiyalarını müdafiə edib. 1990‑cı ildə professor və 14 dekabr 1990‑ci ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülüb. 1976–1983‑cü illərdə SSRİ Ali Attestasiya Komissiyasında Azərbaycanın səlahiyyətli nümayəndəsi olub. 1980–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Xalq Nəzarəti Komissiyasının sədri kimi fəaliyyət göstərib. Rafiq Feyzullayev 1988‑ci ildə Azərbaycan KP Bakı Şəhər Komitəsinin üzvü, Bakı Şəhər Sovetinin deputatı seçilib.
Sadiq Feyziyev
Seyid Feyzullah Əfəndi
Seyid Feyzullah Əfəndi (1639, Ərzurum – 3 sentyabr 1703, Ədirnə) — Osmanlı alimi, şair və şeyxülislamı. == Həyatı == 1639-cu ildə Ərzurumda dünyaya gəlmiş, əsl adı Mehmeddir. Atası Ərzurum müftüsü Seyid Mehmed Əfəndi, anası isə Şərifə Xatundur. İlk təhsilini atasından almışdır. Ərzurumda ikən ərəbcə, farsca və din təlimi dərslərini almışdır. Müəllimi Mehmed Vani Əfəndinin təkidiylə 1664-cü ildə İstanbula, daha sonra Ədirnəyə gələn Feyzullah Əfəndi ardından müəlliminin kürəkəni oldu. Şeyxülislam Minkarizadə Yəhya Əfəndinin müdərrislik təklifini müəllimi və qaynatası olan Mehmed Əfəndinin rəyi ilə qəbul etməyərək həccə getdi. (1687–1688) Döndükdən bir müddət sonra Mehmed Əfəndinin vasitəsiylə IV Mehmedin oğlu Şahzadə Mustafaya lələ təyin olundu. (1669) Bundan sonra Feyzullah Əfəndi üləma zümrəsində sürətli bir şəkildə irəliləməyə başladı. Üsküdar Mihrimah Sultan, Sahn-ı Səman və Aya Sofiya mədrəsələrində müdərrislik etdi.
Toğrul Feyzizadə
Zahir Feyzullayev
İsmayıl Feyzullabəyli
Feyzullabəyli İsmayıl Əli oğlu (24 may 1925, İrəvan – 2008, Bakı, Azərbaycan) — nasir, publisist; iqtisad elmləri doktoru, professor. Feyzullabəyli Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında li və Orta İxtisas Təhsili Nazirliyinin Elmi-metodik şurasının (konkret iqtisad elmləri bölməsi) sədr müavini kimi fəaliyyət göstərmişdir. == Həyatı == 24 may 1925-ci ildə İrəvan şəhərində anadan olmuşdur. İsmayıl İrəvan azərbaycanlılarınnı məşhur bəy ailəsi olan Feyzullabəylilər nəslinin mənsubu idi. 1926-cı ildə ailəsi İrəvanı tərk etməyə məcbur olmuş və Gəncəyə köçmüşdür. Orta təhsilini Gəncədə almış, daha sonra Sovet Ordusunda xidmətə çağırılmışdır. 1943-cü ildə Moskva Piyada Məktəbini bitirdikdən sonra cəbhəyə göndərilmiş və 1945-ci ildə müharibənin bitməsinə qədər cəbhədə xidmət etmişdir. Müharibədən geri qayıtdıqdan sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnistitutunda təhsil almış, universiteti bitirdikdən sonra AMEA-da çalışmağa başlamışdır. Lakin Stalin repressiyaları zamanı millətçilikdə ittiham edilərək öldürülən qardaşı Xəlil Feyzullabəyliyə görə bu işindən qovulmuşdur. Stalinin ölümündən sonra mülayimləşən siyasi vəziyyətdə yenidən akademik mühitlərdə işləməyə başlamışdır.
Şah Feyzal məscidi
Şah Feyzal məscidi və ya Feysəl məscidi — dünyanın ən böyük məscidlərindən biri. Pakistanın əsas və ən böyük məscidi olan paytaxt İslamabadda yerləşir. Dünyanın ən böyük məscidlərindən birinin belə adlanması tikintini maliyyələşdirilmiş Səudiyyə Ərəbistanı karlı Feysəl ibn Əbdüləziz Əl Səudla bağlıdır. Məscidin tikintisi 1976-cı ildə başlayıb, 1986-cı ildə sona çatıb. Məscidin sahəsi 5000 kv.metrdir. Burada 700000 insan ibadət edə bilər. Türkiyəli memar Vedat Dalokay tərəfindən dizayn edilib. Məscidin adı Ginnesin Rekordlar Kitabına daxil edilib. == Ümumi məlumat == Şah Feyzal məscidi Pakistanın paytaxtı İslamabad şəhərində, Şah Feyzal prospektində yerləşir. Böyüklüyünə görə Pakistanda 1-ci, dünyada 6-cı yeri tutur.
Əbusəidzadə Feyzullah Əfəndi
Əbusəidzadə Feyzullah Əfəndi (16 yanvar 1631, İstanbul – 21 oktyabr 1698, İstanbul) — Osmanlı alimi, şair və şeyxülislamı. == Həyatı == 16 yanvar 1631-ci ildə İstanbulda dünyaya gəlmişdir. Məşhur Osmanlı üləma ailəsinə mənsubdur. Xoca Sadəttin Əfəndinin oğlu Əsad Əfəndinin şəcərəsindən olub, şeyxülislam Əbu Səid Mehmed Əfəndinin oğludur. Anası isə yenə bu ailə mənsub olub, Xocazadə Əbdüləziz Əfəndinin qızıdır. Ailə ənənəsinə uyğun olaraq ilk təhsilini atasından aldı. Atasının şeyxülislamlığından istifadə edərək uşaq yaşlarından müxtəlif mədrəsələrə müdərris təyin edildi. İlk müdərrisliyi isə hələ 15 yaşında ikən Üsküdar Mihrimah Sultan mədrəsəsi oldu. Ardından 1650-ci ilədək müxtəlif mədrəsələrdə xidmət etdi. Beləliklə, 20 yaşına çatanda artıq mədrəsə həyatında ən yüksək pilləyə çatmışdı.
Əkpər Feyzullayev
Əkpər Əkbər oğlu Feyzullayev (2 noyabr 1945, Bakı) — Azərbaycanın tanınmış geoloq alimi, Geologiya-mineralogiya elmləri doktoru, professor, akademik. == Həyatı == Əkpər Feyzullayev 2 noyabr 1945-ci ildə Bakı şəhərində anadan olub. O, 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsini mühəndis-geofizik ixtisası üzrə bitirmişdi. 1970-1972-ci illərdə Əkpər Feyzullayev keçmiş “Kirovneft” NQÇİ-də neft hasilatı üzrə 5-ci dərəcəli operator vəzifəsində işləmişdi. O, 1972-1973-cü illərdə Ümumittifaq Elmi-Tədqiqat Layihə Qaz İnstitutunun Azərbaycan filialında mühəndis vəzifəsində işləmişdir. 1973-cü ildən başlayaraq AMEA-nın (Azərbaycan Milli Elmlər Akademiyasının) Gelogiya və Geofizika İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır. Hal-hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun “Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsi” şöbəsinin rəhbəridir. Əkpər Feyzullayev 1983-cü ildə yer elmləri üzrə fəlsəfə doktoru, 1992-ci ildə elmlər doktoru dərəcələrini, 2006-cı ildə isə professor elmi adını almışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. Əkpər Feyzullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinın Neft və qaz yataqların geologiyası, axtarışı və kəşfiyyatı kafedrasının və AMEA magistraturasının professorudur.
Əli Feyziyev
Turhan Feyzioğlu
Turhan Feyzioğlu (1922, Kayseri – 24 mart 1988, Ankara) — Türkiyəli akademik və siyasətçi == Həyatı == Turhan Feyzioğlu Türkiyənin Kayseri şəhərində anadan olub. İbtidai məktəbi Kayseridə bitirdikdən sonra Galatasayar liseyində, daha sonra is və İstanbul Universitetinin Hüquq fakültəsində təhsil alıb. Böyük Britaniyada magistratura təhsili aldıqdan sonra Türkiyəyə qayıdıb və Ankara Universitetinin professoru olub. 1955-ci ildə o, Ankara Universitetinin Siyasi elmlər fakütləsinin dekanı seçilib. Həmçinin o, məktəbin bülletenində məqalələr yazmağa başlayıb, lakin onun məqalələri Demokrat Partiyası hökumətini qıcıqlandırıb və o istefa verib. 1960–1961-ci illərdə qısa müddətə akademik sahəyə qayıdaraq Ankarada Orta Şərq Texniki Universitetinin rektoru olaraq çalışıb, amma onun əsas maraq dairəsi siyasət olub. == Siyasi fəaliyyəti == 1957-ci ildə o, siyasətə atılıb və Cümhuriyyət Xalq Partiyasının üzvü olub. Eyni ildə Sivas vilayətinin millət vəkili seçilib. 1960-cı ildə (ODTÜ-də işlədiyi müddətdə) təsis məclisində də çalışıb və I Gürsəl Kabinetində Təhsil Naziri təyin edilib. Daha sonra 1961-ci ildə keçirilən seçkilərdə öz bölgəsi olan Kayseri vilayətindən millət vəkili seçilib.
Nicat Feyzullayev (professor)
Nicat Feyzullayev (22 yanvar 1932, Bakı ― 20 iyul 2001) ― AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Nicat Feyzullayev 22 yanvar 1932-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini 1950-1955-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində alıb. == Əmək fəaliyyəti == Nicat Feyzullayev əmək fəaliyyətinə 1956-cı ildə AMEA-nın Zoologiya İnstitutunda başlayıb. O, 1956-1964-cü illərdə baş laborant, 1964-1974-cü ildə illərdə isə baş elmi işçi kimi çalışıb. 1974-2001-ci illərdə Helmintlərin sistematikası və bio­logiyası laboratoriyasının müdiri vəzifəsini icra edib. == Akademik fəaliyyəti == Nicat Feyzullayev Azərbaycanda quşların, balıq və molyuskaların parazitlərinin tədqiqçılarından biri olmuşdur. Alimin işlə­rinə ABŞ, Braziliya, Kanada, Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Brita­niya, Polşa, Bolqariya, Çexiya, Maca­rıstan, Avstraliya, İsrail, Nigeriya kimi ölkə­lərdən göndərişlər gəlmiş, yaxın və uzaq xarici ölkələrin biologiya fakül­tələ­rinin və tibb universitetlərinin mühazirələrində onun tərəfindən nəzəri cəhətdən işlənib hazırlanmış əsərlər istifadə olunmuşdur. Nicat Feyzullayev 1962-ci ildə fəlsəfə, 1983-cü ildə elmlər doktoru dissertasiyalarını müdafiə edib. O, 1996-cı ildə professor elmi adına layiq görülüb.
Aytac Feyzullayeva
Aytac Feyzullayeva - (16 iyun 2004, Oğuz, Azərbaycan) - Azərbaycanlı peşəkar qadın futbolçu. Qazaxıstanın "Okjetpes" klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət U19 millisinin qapıçısı == Həyatı və Karyerası == 2018-ci ildə Şəkinin "Gənclik" klubunda çıxış edib. 2- il sonra yəni 2020-ci ildə Şəkinin "Marxal" klubunda çıxış edib. Şəkidə karyerasına davam edən Aytac Feyzullayeva 2022-ci ilin əvvəllərində Şəkinin "Nuxa" klubunda forma geyinirdi. 2022-ci ildə Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Xırdalan Siti" komadnasının əsas qapıçısı idi. 2023-cü ildə "Xırdalan Siti" komandasından Türkiyənin "Şırnak Belediye Spor 72" klubuna transfer oldu. 2023/2024 futbol mövsümünün ilk yarısını "Sumqayıt" klubunda keçirən Aytac Feyzullayeva, mövsümün ikinci yarısını isə "Okjetpes" klubuna keçirməyə başladı. Belə ki, Qazaxıstan klubu ilə müqavilə bağladı. == Milli Karyerası == A Milli yığmaya əvvəllər dəvət alıb.

Значение слова в других словарях