Əbusəidzadə Feyzullah Əfəndi

Əbusəidzadə Feyzullah Əfəndi (16 yanvar 1631, İstanbul21 oktyabr 1698, İstanbul) — Osmanlı alimi, şairşeyxülislamı.

Əbusəidzadə Feyzullah Əfəndi
25 iyun 1690 – 7 mart 1692
ƏvvəlkiDabbaqzadə Mehmed Əfəndi
SonrakıÇatalcalı Əli Əfəndi
19 aprel 1692 – 22 iyun 1694
ƏvvəlkiÇatalcalı Əli Əfəndi
SonrakıSədrəddinzadə Sadiq Mehmed Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 16 yanvar 1631(1631-01-16)
Doğum yeri
Vəfat tarixi 21 oktyabr 1698(1698-10-21) (67 yaşında)
Vəfat yeri
Atası Əbu Səid Mehmed Əfəndi

16 yanvar 1631-ci ildə İstanbulda dünyaya gəlmişdir. Məşhur Osmanlı üləma ailəsinə mənsubdur. Xoca Sadəttin Əfəndinin oğlu Əsad Əfəndinin şəcərəsindən olub, şeyxülislam Əbu Səid Mehmed Əfəndinin oğludur. Anası isə yenə bu ailə mənsub olub, Xocazadə Əbdüləziz Əfəndinin qızıdır. Ailə ənənəsinə uyğun olaraq ilk təhsilini atasından aldı. Atasının şeyxülislamlığından istifadə edərək uşaq yaşlarından müxtəlif mədrəsələrə müdərris təyin edildi. İlk müdərrisliyi isə hələ 15 yaşında ikən Üsküdar Mihrimah Sultan mədrəsəsi oldu. Ardından 1650-ci ilədək müxtəlif mədrəsələrdə xidmət etdi. Beləliklə, 20 yaşına çatanda artıq mədrəsə həyatında ən yüksək pilləyə çatmışdı.

Daha sonra qazı vəzifəsinə gətirildi və 1651-ci ildə Qalata qazısı oldu. Bu vəzifədə 1 il qaldıqdan sonra 1655-ci ildə İstanbul qazısı oldu. Ancaq bu vəzifəsində də çox qala bilmədi. İbşir Mustafa Paşa hadisəsi səbəbilə şeyxülislam olan atasının köşkünə hücum edilmiş, bütün ailə xəzinələri üsyançıların əlinə keçmişdi. Bununla da kifayətlənməyən üsyançılar Əbu Səid Mehmed Əfəndi və oğlunun onlara təslim edilməsini tələb etdilər. Ancaq bu təklifi qəbul etməyən Sultan Mehmed Əbu Səid Əfəndi və oğlu Feyzullah Əfəndini bütün vəzifələrindən azad etdi və dəniz yoluyla Gəliboluya sürgünə göndərdi. 1 ay sonra üsyan yatırıldıqdan sonra onları geri çağırsa da, düşmənlərinin fəaliyyəti səbəbilə ata-oğul Təkirdağdan ayrılmadı.

1656-cı ildə Feyzullah Əfəndi İstanbula qayıtdı. Atasının iqtidardan uzaqlaşması səbəbilə 10 ilə yaxın bütün dövlət vəzifələrindən uzaq qaldı. Nəhayət, 1666-cı ildə Anadolu, 1668-ci ildə isə Rumeli başqazılığına gətirildi. 1672-ci ildə İzmir, 1676-cı ildə Saloniki qazısı oldu. 1 il sonra vəzifədən alındı və 1684-cü ildə ikinci dəfə Anadolu başqazısı təyin edildi. Bu vəzifəsi əsnasında Mələk İbrahim Paşayla sədrəzəm Qara İbrahim Paşa arasında yaranan rəqabəti aradan qaldırmağa çalışdı. Mələk İbrahim Paşanın edamına etiraz etsə də, paşa edam edildi. 1685-ci ildə vəzifədən alınsa da, 1 il sonra yenidən Rumeli başqazısı oldu.

Feyzullah Əfəndi 25 iyun 1690-cı ildə Dabbaqzadə Mehmed Əfəndinin yerinə şeyxülislam oldu. 1 il 8 ay bu vəzifədə qaldıqdan sonra vəzifədən alındı (7 mart 1692). Səbəbi isə, Sultan Əhmədin önündə sədrəzəm Əli Paşayla mübahisəsi oldu. Ancaq ondan sonra şeyxülislamlığa gətirilən Çatalcalı Əli Əfəndinin 40 gün sonra vəfat etməsindən sonra səhv iş gördüyünü anlayan Sultan Əhməd onu Ədirnəyə dəvət etdi və 19 aprel 1692-ci ildə yenidən şeyxülislam oldu. Ancaq onun sultana yaxınlığından çəkinən sədrəzəm Sürməli Əli Paşa şeyxülislamın fətva məsələlərində ehmalı olduğunu, afyon və tütün istifadə etdiyini söyləyərək vəzifədən alınmasını istədi. Sədrəzəmin səyləriylə 22 iyun 1694-cü ildə vəzifədən alınan Feyzullah Əfəndi Saqqız adasına sürgün edildi. Adanın işğalından sonra öncə Manisaya, daha sonra isə Qahirəyə göndərildi.

Sultan Mustafa üzərində nüfuz sahibi olan Seyid Feyzullah Əfəndinin səyləriylə 1695-ci ildə İstanbula qayıtsa da, 3 il sonra vəfat etdi.

  • Mustafa Əfəndi
  • Safiyə xanımRumeli qazəsgəri Həkimbaşızadə Feyzullah Əfəndiylə evləndirildi.
  • Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyiât (haz. Abdülkadir Özcan), Ankara 1994, s. 363, 475, 484, 508–509;
  • Silâhdar, Târih, II, 624;
  • Şeyhî, Vekāyiu’l-fuzalâ, II, 148–151;
  • Râşid, Târih, I, 494–495, 531;
  • Sâlim, Tezkire, İstanbul 1315, s. 553–558;
  • Devhatü’l-meşâyih, s. 76–77;
  • Sicill-i Osmânî, IV, 33;
  • İlmiyye Salnâmesi, s. 494;
  • Uzunçarşılı, Osmanlı Tarihi, III/2, s. 485–486;
  • a.mlf., İlmiye Teşkilâtı, s. 182;
  • "Feyzullah Efendi (Ebu Saidzâde)", TDEA, III, 217–218;
  • Feridun Emecen, "Ali Paşa, Sürmeli", DİA, II, 427