fies

adj. iyrənc, pis, kobud
fiepen
Fiesling
OBASTAN VİKİ
Fiest
Fiest və ya Tiest ( q.yun. Θυέστης) — yunan mifologiyasında personaj. O, Pelops və Hippodamiyanın oğlu, Atreyin qardaşı, Egisfin atasıdır. Fiestin adı "İliada" və "Odisseya"da xatırlanır. Fiestin mifi bütün yunan mifologiyasındakı ən dəhşətli miflərdən biri hesab edilir. Sofoklun indiki dövrə qədər gəlib çatmamış faciə trilogiyası bu mifə həsr edilmişdir. Sofoklun "Arteya və ya mikenalılar", "Birinci Fiest", "Fiest", "Fiest Sikionda" faciələrinin, Evripidin "Kritlilər" və "Fiest" faciələrinin, Karkina Kiçiyin, Aqafonun, Diogenin, Kleofontun, Heremonun, Tarslı Apollodorun, Pakuviyanın, Enniyanın, Senekiyalı Variyanın "Fiest" komediyasının baş qəhrəmanıdır.
Fiesta (roman)
Fiesta (ing. The Sun Also Rises; azərb. "Günəş doğur"; "Günəş də doğar"; Günəş bir də doğacaq; Günəş də qalxır‎) — Ernest Heminqueyin romanı. 1926-cı ildə yazılmış “Fiesta” Ernest Heminqueyin ilk əhəmiyyətli əsəri hesab olunur. 2009-cu ildə "Newsweek" jurnalı "Fiesta"nı bütün xalqların və bütün dövrlərin ən yaxşı 100 kitabı arasına daxil edib. Roman Fransa və İspaniyaya səfərləri sırasında müharibələrarası zaman kəsiyində “itirilmiş nəsil” adlanan bir neçə nəfərin tarixinə həsr olunub. Birinci Dünya Müharibəsindən sonra müharibədə aldığı yara səbəbindən cinsi iqtidardan məhrum olmuş amerikalı jurnalist Xake Barnes və müharibədə tibb bacısı olmuş Brett Aşley müharibələrarası zaman içində Parisdə yenidən görüşürlər. Onlar Şimali Amerika cəmiyyəti ilə əlaqə saxlayırlar. Romanın ilk, əsas hissəsindəki hadisələr bu cəmiyyətin ətrafında dövran edir. Oradan Xake, Brett və yoldaşları Con, Bill və Mayk balıq tutmaq və Sanfermin bayramında iştirak üçün İspaniyanın Pamplona şəhərinə yola düşürlər.