Fillit
Fillit — sıx qara ipək parıltılı şist süxurları; kvars, bəzən xlorit qarışıqlı silisit və biotit, albitdən təşkil olunmuşdur. Gil şistlərinin metamorfizmi nəticəsində əmələ gəlir, lakin onlardan fərqli olaraq, tərkibində gil mineralları olmur. Metamorfizləşmə dərəcəsinə görə gil şistlərilə mika şistləri arasında keçid təşkil edir.
== Fillitləşmə ==
Fillitləşmə gil şistlərinin regional metamorfizm şəraitində dəyişilmə prosesidir; süxurun sıxlaşması, maddənin yenidən kristallaşması, kristal dənələrinin böyüməsi və gil minerallarının serisit, biotit və xloritə çevrilmə prosesləri. Fillitləşmə nəticəsində fillitlər əmələ gəlir.
== İstinadlar ==
== Mənbə ==
Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.