Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abbas Kiarostaminin filmoqrafiyası
Abbas Kiyarüstəminin filmoqrafiyası — İranlı rejissor, ssenarist, prodüser, rəssam, fotoqraf, şair Abbas Kiyarüstəminin çəkdiyi filmlərdir. Rejissor çoxlu sayda film çəkib, ssenari yazmışdır.
Abbas Kiyarüstəminin filmoqrafiyası
Abbas Kiyarüstəminin filmoqrafiyası — İranlı rejissor, ssenarist, prodüser, rəssam, fotoqraf, şair Abbas Kiyarüstəminin çəkdiyi filmlərdir. Rejissor çoxlu sayda film çəkib, ssenari yazmışdır.
Ancelina Colinin filmoqrafiyası
Ancelina Colinin filmoqrafiyası — ABŞ aktrisa və kinorejissoru Ancelina Colinin yer alıdığı ekran işlərinin siyahısı. Uşaq yaşlarında atası Con Voytla birlikdə komediya filmi "Çıxış yolu axtarışında" (1982) filmində debüt etdi. 11 il sonra o, növbəti filmdə —aşağı büdcəli "Kiborq 2: Şüşə kölgə" (1993) filmində göründü, bu filmin satışı uğursuz oldu. Daha sonra o, elmi fantastika trilleri "Hakerlər" (1995) filmində yeniyetmə haker olaraq rol aldı. Colinin karyerası "Corc Volles" (1997) filmində ikinci planda oynaması ilə yaxşılaşdı və bu filmə görə o, "Ən yaxşı ikinci plan qadın roluna görə Qızıl qlobus mükafatı — Telefilm" əldə etdi. Növbəti il HBO telekanalının "Cia" (1998) filmində uğur qazandı. Model Cia Karanci rolunu canlandırdığına görə "Ən yaxşı aktrisa Qızıl qlobus mükafatı — Telefilm" mükafatı qazandı. Coli "Uçuşları idarə edərkən" (1999) filmində yer aldı, filmin gəlirləri az olsa da, həmin ildə yer aldığı "Qorxunun hakimiyyəti" (1999) filmi kommersiya uğuru əldə etmişdir. Coli "Yarıda qalmış həyat" (1999) filmində ona "Ən yaxşı ikinci plan qadın roluna görə Qızıl qlobus mükafatı - kinofilm" və "Ən yaxşı ikinci plan qadın roluna görə Oskar mükafatı" qazandıran sosipatik ruhi xəstə rolunu canlandırdı. "60 saniyəyə qaçırmaq" (2000) soyğun filmində Nikolas Keyclə əks qütbdə canlandırdığı rol ona bu vaxta qədər ən çox gəlir gətirən rol oldu.
Aygün Kazımovanın filmoqrafiyası
Aygün Ələsgər qızı Kazımova (26 yanvar 1971, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2002). Azərbaycan Respublikasının Xalq artisti (2008). == Həyatı və karyerası == Aygün Kazımova 26 yanvar 1971-ci ildə Bakı şəhəri Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası Sədərək rayonundan, anası Fizzə Kazımova İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndindəndir. Ailənin dördüncü – sonuncu övladıdır. Aygün Kazımova uşaqlıqda pika xəstəliyindən əziyyət çəkmişdir. İfaçı bu xəstəliyi barədə ilk dəfə 2015-ci ildə Xəzər TV-də yayımlanan "Körpü şou"da qonaq olduğu zaman etiraf etmişdir. Aygün 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə qədəm qoyur. Məktəbin ən vacib tədbirlərində Aygünün mahnılar ifa etməsi onu bu illərdə daha da həvəsləndirir. 8-ci sinifdə oxuyarkən atasını itirir.
Donald Trampın filmoqrafiyası
Donald Tramp — ABŞ-nin 45-ci prezidenti, biznesmeni və mediamaqnatı. O, müxtəlif illər ərzində filmlərdə və teleseriallarda epizodik rollarda çəkilmiş və televiziya verilişlərinin qonağı olmuşdur.
Emir Kusturitsanın filmoqrafiyası
== Filmoqrafiya == === Rejissor kimi === Bu cədvəldə Emir Kusturiçanın 1978-ci ildən bəri çəkdiyi filmlərin siyahısı verilib.
Emir Kusturiçanın filmoqrafiyası
== Filmoqrafiya == === Rejissor kimi === Bu cədvəldə Emir Kusturiçanın 1978-ci ildən bəri çəkdiyi filmlərin siyahısı verilib.
Kamal Sunalın filmoqrafiyası
Kamal Sunalın filmoqrafiyası — Türk teatr, komediya və kino aktyoru, ssenarist, prodüser Kamal Sunalın rol aldığı filmlərin və serialların siyahısı. Sunal, aktyorluq karyerası ərzində səksən iki filmdə rol almışdır. Bunlardan ilk filmi 1972-ci ildə çəkilmiş Şirin dillim filmi, sonuncu filmi isə Təbliğat filmidir.
Kostas Mendilorun filmoqrafiyası
Kostas Mendilor (Konstantinos "Kostas" Feodosopulos, ing. Constantinos "Costas" Theodosopoulos; yun. Κωνσταντίνος "Κώστας" Θεοδοσόπουλος; d. 3 sentyabr 1965) — yunan-avstraliya əsilli aktyor. O, ən çox Taxta çəpərlər dramına və "Mişar" film seriyasında Mark Hoffman roluna görə tanınır. Mendilorun ilk əsas rolu 1989-cu ildə Auşvitz həbs düşərgəsində çəkilən Zəfər ruhu filmində avropalı yəhudi Avram Arux roludur. O, rejissor Oliver Stoun ilə görüşmək üçün Los-Ancelesə qayıtdı və müəyyən danışıqlardan sonra 1991-ci ildə çəkilən Dorz filmində italyan rolunu qəbul etdi. Mendilor Qanqsterlər filmində amerikan mafiyası bossu Frenk Kostello rolu ilə baş rolda oynamışdır. Özünü bu rola zehni olaraq hazırlayırdı. Los Angeles Times qəzetinə demişdir: 1992-ci ildə o, CBS-də yayımlanan televiziya dramı "Taxta çəpərlər"də dram 1996-cı ildə bitənə qədər zabit Kenni Lakos rolunu aparmışdır.
Kventin Tarantinonun filmoqrafiyası
Kventin Tarantino — ABŞ kinorejissoru, prodüser, ssenarist və aktyor kimi fəaliyyət göstərir və 2015-ci ilin göstəricilərinə əsasən, 11 film çəkmiş və onların hər birinin ssenari müəllifi olmuşdur. Öz karyerasını 1980-ci illərin sonlarında başlayan Tarantino ağ-qara filmi olan "Ən yaxşı dostumun doğum günü" filmində həm rejissor, həm ssenari müəllifi, həm də aktyor kimi iştirak edir. Bu film rəsmi olaraq, heç vaxt təqdim edilməmiş və həvəskar şəkildə çəkilmiş müstəqil qısametrajlı bədii film idi. 1988-ci ildə "Qızıl qızlar" sitkom serialında məşhur müğənni Elvis Preslinin obrazını canlandırmış, ardınca isə "Eddi Presli" filmində (1992) epizodik rolda çıxış etmişdir. Rəsmi müstəqil film istehsalçısı kimi bir-birini tanımayan beş nəfərin qiymətli daş-qaş oğurluğu naminə yığışıb birgə fəaliyyət göstərməsindən bəhs edən "Quduz köpəklər" (1992) kriminal triller filmini çəkmiş, eyni zamanda bu layihənin ssenari müəllifi və rol ifaçısı olmuşdur. "Quduz köpəklər"in təsir qüvvəsi böyük olduğuna görə, "Empire" kino jurnalı bu filmi "Bütün zamanların ən böyük müstəqil filmi" elan edib. Tarantinonun Toni Skottun "Əsl sevgi" (1993) filminə yazdığı ssenari Ən yaxşı ssenariyə görə Saturn mükafatına namizəd olub. 1994-cü ildə Kventin Tarantino neonuar janrında "Kriminal qiraət" qara komediya filminin həm ssenaristi, həm də rejissoru kimi çıxış edir. Bu film onun yaradıcılığında tənqidi və kommersiya baxımından ən böyük uğur qazanan iş olur. Kütləvi informasiya vasitələri bu filmin müasir Hollivudun açıqlamasını verdiyini qeyd edirdi.
Leonardo DiKaprionun filmoqrafiyası
Leonardo DiKaprio aktyorluq karyerasına uşaq yaşlarından seriallarla başlayıb.
Merilin Monronun filmoqrafiyası
Merilin Monronun filmoqrafiyası — amerikalı kinoaktrisa Merilin Monronun çəkilmiş olduğu filmlər haqqında məlumatları özündə cəmləşdirir. Monro 1945-ci ildə fotomodel karyerasına başlayıb, 1946-cı ildə isə Fox kino şirkəti ilə bir illik müqavilə imzalayıb və bu şirkətin bir neçə az tanınan filmlərində epizodik rollarda görünüb. O, özünün ilk baş rolunu 1948-ci ildə Columbia studiyasının az büdcəli müzikli olan "Xor qadınları" filmində oynayıb. Bu film Monronun danışdığı, həm də oxuduğu ilk film olub. 1949-cu ildə o, Marks qardaşlarının "Xoşbəxt məhəbbət" filminin reklam kompaniyasında iştirak etmiş və epizodik rol oynamışdır. 1950-ci ildə "Asfalt cəngəllik" və "Yeva haqqında hər şey" filmləri ekranlara çıxdıqdan sonra, Monro tənqidçilərin diqqətini cəlb edib. Bu epizodik rollardan sonra aktrisa 20th Century Fox kino şirkəti ilə, həftədə 750 dollar məvacib şərti ilə uzunmüddətli müqavilə imzalayıb. Bu müqavilədən sonra Monro ardıcıl olaraq orta səviyyəli komediyalarda "küt sarışın gözəlçə" rolunda çəkilib. 1952-ci ildə o, özünün ilk nuar filmi olan "Qapını döymədən gəlmək olar" filmində baş rolu ifa edib, sonra isə Keri Qrant və Cincer Rocers ilə birlikdə “Meymun biznesi” komediyasında çəkilib. 1953-cü ildə Monro, Cozef Kotten və Cin Piterslə "Niaqara" nuar filmində çəkilib.
Odri Hepbernin filmoqrafiyası
Odri Hepbern (d 4 may 1929 – ö 20 yanvar 1993) — 1948–1993-cü illərdə olduqca geniş kino, televiziya və səhnə fəaliyyəti olmuş tanınmış Britaniya aktrisasıdır. O, müxtəlif rəylərdə bütün zamanların ən gözəl qadınlarından biri hesab edilir. Aktrisa Amerika Film İnstitutunun AFI-nin kinoda yüzilliyin 100 ulduzu siyahısında Amerika kinosu tarixində ən böyük ekran əfsanəsi kimi üçüncü yerdə qərarlaşmışdır. Hepbern, eyni zamanda, həm də kino və stil ikonası kimi xatırlanır. Aktrisanın kinoda debüt işi 1948-ci ildə çəkilmiş "Yeddi dərs ərzində hollandlar" filmində uçuş üzrə stüardessa rolu oldu. O zamanlar Hepbern Britaniya səhnəsində göstərilən "Böyük düyməli ayaqqabılar" müziklində (1948) və "Tartar sousu" tamaşasında (1949) xorda çıxış etmişdi. İki ildən sonra o, "Jiji" tamaşasında əsas qəhrəmanı ifa etməklə Brodveydə debütə imza atır. Odri Hepbernin Hollivudda ilk işi isə 1953-cü ildə Uilyam Uaylerin çəkdiyi "Roma tətilləri" filmində saraydan qaçmış şahzadə qız rolu oldu. Qreqori Peklə tərəf-müqabil kimi çəkilməsi aktrisanı bu sahədə ulduza çevirdi. Bu filmdəki ifasına görə aktrisa "Ən yaxşı qadın roluna görə" nominasiyasında "Oskar", "Ən yaxşı Britaniyalı aktrisa" nominasiyasında BAFTA və "Dram filmində ən yaxşı aktrisa" nominasiyasında "Qızıl Qlobus" mükafatlarına layiq görüldü.
Sammo Hunun filmoqrafiyası
Sammo Hunun filmoqrafiyası.
Tom Kruzun filmoqrafiyası
Tom Kruzun filmoqrafiyası — ABŞ aktyoru və prodüseri Tom Kruzun yer alıdığı ekran işlərinin siyahısı. Tom Kruz 1981-ci ildə "Sonsuz sevgi" dram filmində kiçik rol alaraq film debütünü etdi. O, "Riskli biznes" (1983) komediya filmi ilə məşhurlaşdı, bu film Kruza "Ən yaxşı aktyor üçün Qızıl qlobus mükafatı — komediya və ya müzikl"a iki namizədlik qazandırdı. Kruz 1986-cı ildə rejissor Toni Skottun döyüş filmi "Top Qan"da (həm ilin ən çox gəlir gətirən filmi) dəniz pilotu rolunu canlandırdı, və rejissor Martin Skorsezenin dram filmi "Pulun rəngi"ndə Pol Nyumanla birlikdə göründü. İki il sonra Dastin Hoffmanla birlikdə "Ən yaxşı filmə görə Oskar mükafatı" qazanmış "Yağış adamı" (1986) dram filmində rol aldı və həmçinin "Ən pis filə görə Qızıl moruq mükafatı" qazanmış romantik dram filmi "Kokteyl"də (1988) yer aldı. Beləliklə Kruz 2014-cü ildə eyni ildə "Ən yaxşı filmə görə Oskar" və "Ən pis filmə görə Qızıl moruq" mükafatları qazanan ilk və tək şəxs oldu. Aktyorun növbəti rolu Kovikin eyniadlı memuarına əsaslanan "İyulun dördündə doğulub" (1989) filmində Ron Kovik oldu və bu rol görə o, "Ən yaxşı aktyor üçün Qızıl qlobus mükafatı — dram" əldə etdi. 1992-ci ildə Aaron Sorkinin eyniadlı pyesinə əsaslanan "Bir neçə yaxşı adam" dram filmində Cek Nikolsonla birlikdə rol aldı. Kruz ardınca Con Qrişamın eyniadlı filminə əsaslanan "Firma"da (1993) göründü və "Düşmüş mələklər" teleserialının bir seriyasının rejissoru olaraq rejissor debütünü etdi. Kruz 1993-cü ildə Pola Vaqnerlə birlikdə qurduğu Cruise/Wagner Productions-ın ilk layihəsi olan "Qeyri-mümkün missiya" (1996) adlı döyüş filmində casus Etan Hant rolunu canlandırdı.
Yaşar Nurinin filmoqrafiyası
Yaşar Nurinin filmoqrafiyası
Çarli Çaplinin filmoqrafiyası
İngilis aktyoru, komiki və rejissoru Çarli Çaplinin (1889–1977) çəkdiyi filmlər üzərində işlədiyi dövr 1914–1967-ci illəri əhatə edir. O, kinoda çalışdığı ilk illər ərzində ifa etdiyi avara obrazı ilə bütün dünyada tamaşaçılar tərəfindən bütləşdirilərək şöhrət qazandı. 1910-cu və 1920-ci illərdə onu planetin ən tanınmış siması hesab edirdilər. Çaplin Londonda anadan olmuş və doqquz yaşından etibarən səhnəyə çıxmışdır. 1913-cü ildə Fred Karnonun komediya qrupu ilə ABŞ qastrolunda olarkən, Çaplin Mak Sennetin Keystone film company studiyası ilə müqavilə bağlayır. O, Keystone-da çalışdığı zaman ssenarilər yazmağa və baş rolda özünün çəkildiyi bir neçə film çəkməyə başlayır. 1915-ci ildə Çaplin Essanay Film Manufacturing Company, bir ildən sonra isə Mutual Film Corporation şirkətlərilə müqavilə imzalayır. 1918-ci ildə Çaplin əvvəlcə First National studiyasında, daha sonra isə Meri Pikford, Duqlas Ferbenks və Devid Uork Qriffitlə birgə yatadığı United Artists şirkətində şəxsi filmlərini ərsəyə gətirməyə başlayır. 1940-cı illərin sonu, 1950-ci illərin əvvəlində Çaplin kommunizm tərəfdarı olması ittihamı irəli sürülsə də, özü bu məsələni inkar edib. O, Britaniya vətəndaşı olaraq qalmışdı.
İvan Urqantın filmoqrafiyası
İvan Urqant (rus. Иван Ургант) — rusiyalı aktyor, şoumen, teleradio aparıcısı, müğənni, musiqiçi, prodüser. Hazırda "Pervıy Kanal"da yayımlanan "Urqantın gecəsi" və "Smak" verilişlərinin aparıcısı, "Projektorperishilton" verilişinin isə aparıcılarından biridir. Əvvəllər "Superradio", "Rus radiosu", "Hit-FM" radiostansiyalarında və "Rossiya" və "MTV" telekanallarında işləyib. Dəfələrlə "TEFİ" mükafatının laureatı olub. 2008-ci və 2011-ci illərdəki sorğuların nəticələrinə görə, Rusiyanın ən populyar televiziya aparıcısı seçilib. İvan Urqantın kinoda debüt işi 1996-cı ildə çəkilmiş "Sərt zaman" filmində olmuşdur. O, bu filmdə epizodik rolda çəkilib. İvan sonrakı 10 il ərzində yerli seriallarda və tammetrajlı filmlərdə daha bir neçə epizodik rollarda çəkilib. Aktyorun kinoda ilk böyük rolu kinorejissor Konstantin Xudyakovun 2007-ci ildə çəkdiyi "O, o və mən" filmində olub.
Dueyn Consonun filmoqrafiyası
Bu siyahı ABŞ aktyoru və prodüseri Dueyn Consonun yer alıdığı ekran işlərini və bu barədə məlumatları ehtiva edir. "The Rock" ləqəbi ilə də tanınan amerikalı aktyor Dueyn Consonun filmlərdə, teleseriallarda və video oyunlarda, bir sözlə mediada uzun müddətli karyerası var. Onun filmləri Şimali Amerikada 3,5 milyard dollardan çox, dünya üzrə isə 12,5 milyard dollardan çox gəlir əldə edərək Consonu bütün zamanların ən uğurlu və ən çox gəlir gətirən ulduzlarından birinə çevirib. Conson aktyorluq debütünü Mumiya qayıdır (2001) filmi ilə, baş rol debütünü isə Əqrəb kral (2002) filmi ilə etmişdir. Dueyn o vaxtdan bəri Amazon xəzinəsi (2003), Hündür yerimək (2004), Doom (2005), Cənub nağılları (2007), Oyun planı (2007), Ağıllı ol (2008), İfritə dağına yürüş (2009), Diş pərisi (2010), Səyahət 2: Sirli ada (2012), C.İ. Co: Qisas (2013), Qan-tər içində (2013), Herakl (2014), San-Andreas (2015), Mərkəzi kəşfiyyat (2016), Moana (2016), Rempeyc (2018), Göydələn (2018) və Cəngəllik kruizi (2021) kimi bir çox uğurlu filmlərdə rol almışdır. Consonun ən uğurlu kassa rolu Forsaj franşizasında Lyuk Hobbs olmuşdur. O, ilk dəfə Forsaj 5: Rio soyğunu (2011) filmində personaj kimi göründü və film seriyasını tarixdə ən çox gəlir gətirən film françayzlarından birinə çevirməyə kömək etdi. O, "Forsaj seriyası"nın davam filmləri olan Forsaj 6 (2013), Forsaj 7 (2015) və Forsaj 8 (2017) filmlərində rol almışdır. Personajın populyarlığı Forsaj: Hobbs və Şou (2019) adlı spin-off filminə səbəb oldu. Consonun baş rolda yer aldığı digər diqqətəlayiq filmlər seriyası Cumanci françayzıdır, belə ki, o, Cumanci: Cəngəlliyə xoş gəlmisiniz (2017) və davam filmi olan Cumanci: Növbəti mərhələ (2019) uğurlu filmlərində rol almışdır.
Kventin Tarantino filmoqrafiyası
Kventin Tarantino — ABŞ kinorejissoru, prodüser, ssenarist və aktyor kimi fəaliyyət göstərir və 2015-ci ilin göstəricilərinə əsasən, 11 film çəkmiş və onların hər birinin ssenari müəllifi olmuşdur. Öz karyerasını 1980-ci illərin sonlarında başlayan Tarantino ağ-qara filmi olan "Ən yaxşı dostumun doğum günü" filmində həm rejissor, həm ssenari müəllifi, həm də aktyor kimi iştirak edir. Bu film rəsmi olaraq, heç vaxt təqdim edilməmiş və həvəskar şəkildə çəkilmiş müstəqil qısametrajlı bədii film idi. 1988-ci ildə "Qızıl qızlar" sitkom serialında məşhur müğənni Elvis Preslinin obrazını canlandırmış, ardınca isə "Eddi Presli" filmində (1992) epizodik rolda çıxış etmişdir. Rəsmi müstəqil film istehsalçısı kimi bir-birini tanımayan beş nəfərin qiymətli daş-qaş oğurluğu naminə yığışıb birgə fəaliyyət göstərməsindən bəhs edən "Quduz köpəklər" (1992) kriminal triller filmini çəkmiş, eyni zamanda bu layihənin ssenari müəllifi və rol ifaçısı olmuşdur. "Quduz köpəklər"in təsir qüvvəsi böyük olduğuna görə, "Empire" kino jurnalı bu filmi "Bütün zamanların ən böyük müstəqil filmi" elan edib. Tarantinonun Toni Skottun "Əsl sevgi" (1993) filminə yazdığı ssenari Ən yaxşı ssenariyə görə Saturn mükafatına namizəd olub. 1994-cü ildə Kventin Tarantino neonuar janrında "Kriminal qiraət" qara komediya filminin həm ssenaristi, həm də rejissoru kimi çıxış edir. Bu film onun yaradıcılığında tənqidi və kommersiya baxımından ən böyük uğur qazanan iş olur. Kütləvi informasiya vasitələri bu filmin müasir Hollivudun açıqlamasını verdiyini qeyd edirdi.
Cim Kerrinin filmoqrafiyası
Cim Kerri müxtəlif kinofilmlərdə, telefilmlərdə, teleseriallarda və video oyunlarında rol almış Kanada və ABŞ aktyorudur. Ümumilikdə 2,5 milyard ABŞ dollarından çox gəlir, eləcə də film başına ortalama 94,3 milyon dollar ilə Şimali Amerikada tarixin ən çox gəlir əldə etmiş 50 aktyorundan biridir. Dünya miqyasında 250 milyon dollardan çox gəlir gətirən 13 filmdə yer almışdır. Ən çox gəlir gətirmiş filmi "Qüdrətli Brüs" filmidir. Kerri baş rol debütünü 1984-cü ildə "The Duck Factory" qısamüddətli teleserialında gənc karikaturaçını canlandıraraq etmişdir. Kino sektorunda ilk baş rol debütünü Loren Hattonun vampiri, Kerrinin isə həmin vampirin qurbanını canlandırdığı 1985-ci ildə buraxılmış komediya qorxu filmi "Once Bitten" olmuşdur. "Peggy Sue Got Married" (1986), "The Dead Pool" (1988) ve "Earth Girls Are Easy" (1988) kimi filmlərdə ikinci plan rollarda yer almışdır.
Donald Tramp filmoqrafiyası
Donald Tramp — ABŞ-nin 45-ci prezidenti, biznesmeni və mediamaqnatı. O, müxtəlif illər ərzində filmlərdə və teleseriallarda epizodik rollarda çəkilmiş və televiziya verilişlərinin qonağı olmuşdur.
İlon Maskın filmoqrafiyası
İlon Mask filmlərdə və teleşoularda öz adından çox sayda kameo görüntülərdə yer almış amerikalı biznesmen və investor. Bunların arasında "Dəmir adam 2", "Simsonlar", "Cənubi Park", "Böyük partlayış nəzəriyyəsi" və "Rik və Morti" misal göstərilə bilər. Həmçinin bir çox sənədli filmdə rol almışdır.
Kim Su-Hyonun filmoqrafiyası
Kim Soo-hyun -Cənubi Koreyalı aktyor.
Son Cun-ki filmoqrafiyası
Song Joong-ki (kor. 송중기) Cənubi Koreyalı aktyordur.
Donni Yenin filmoqrafiyası
Honq Konq aktyoru, kinorejissor, prodüser Donni Yenin filmoqrafiyası. Donni Yen 74 filmə və 9 tele-seriala çəkilib.